“Ali-İmran” surəsinin 42-ci ayəsində buyurulur: “Ey Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur”. Görəsən, bu ayə əhli-sünnənin iddia etdiyi kimi Həzrət Məryəmin bütün aləmlərin qadınlarından, o cümlədən Xanım Zəhradan (ə) da üstünlüyünə dəlalət edirmi? Belə olduğu təqdirdə bəs Xanım Zəhranın (ə) aləmlərin bütün qadınlarından və o cümlədən Həzrət Məryəmdən üstün olması barədə Qurani-Kərimdə bir dəlil varmı?
Yeni məqalələr
Fəqihlərə istehza edib özlərini alim hesab edən bəzi cahillər iddia edirlər ki, ramazan ayı 29 gün ola bilməz. İddialarına əsasən, bu ay yalnız 30 gün ola bilər və yenə onlara görə, bəzi illərdə ramazan ayını 29 gün oruc tutan şəxslər isə bir gün qəza etməlidirlər. Bu iddia həmin şəxslərin savadsız fitnəkar olduqlarını bir daha sübut edir. Bu kiçik məqaləmizdə onların bu gülünc iddialarının nə qədər batil olduğunu Allah-taalanın izni ilə göstərəcəyik.
İmam Rza (ə) öz atalarından (ə), onlar da İmam Əlidən (ə) belə nəql edir: Allahın elçisi (s) bir gün bizə xütbə edərək dedi: Ey insanlar, Allahın ayı bərəkət, rəhmət və bağışlanma ilə sizə doğru yönəlib. O elə bir aydır ki, Allah yanında bütün aylardan üstündür. Onun gündüzləri ən üstün gündüz, gecələri ən üstün gecə, saatları isə ən üstün saatlardır. O elə bir aydır ki, siz o ayda Allahın qonaqlığına dəvət edilmiş və Allahın ehtiram etdiyi şəxslərdən qərar verilmisiniz...
Dövrümüzün imamı Həzrət İmam Mehdinin (ə.f.) dünyaya gəlməsinin il dönümünün yaxınlaşdığı bu günlərdə bəzi möminlər tərəfindən Ayətullah Seyid Əli Sistaninin (Allah onu qorusun) ofisinə sual ünvanlanmış, qeyb dövründə möminlərin vəzifələrinin nələrdən ibarət olduğu soruşulmuşdur. Nəcəfül-Əşrəf şəhərindəki ofisi də bu müraciəti və onun cavabında Ayətullah Seyid Əli Sistaninin verdiyi tövsiyələri yayımlamışdır.
Peyğəmbər (s) Əhli-beyti (ə) Aşura günü Kərbəlada misli görülməmiş zülmə məruz qaldıqdan sonra başda İmam Hüseyn (ə) olmaqla şəhidlərin başları və Peyğəmbərin (s) ailəsindən olan qadınlar, uşaqlar diyar-diyar gəzdirilərək Şama aparıldı. Pak bədənləri üç gün torpaq üzərində qaldıqdan sonra İmam Hüseyn (ə) və digər şəhidlər dəfn edildilər. Lakin bu zaman dəfn olunan sadəcə imamın (ə) pak bədəni idi. Onun başı bədənindən ayrılmışdı və nizələr üzərində daşınmaqda idi. Elə isə, İmam Hüseynin (ə) kəsilmiş başı harada dəfn edilib?
Hədis mənbələrinə nəzər yetirdikdə İmam Hüseynin (ə) başına gətirilmiş müsibətlər üçün əza saxlamağın, göz yaşı axıtmağın əsasının İmam Hüseynin (ə) faciəli şəkildə qətlə yetirilməsindən hələ neçə illər əvvəl peyğəmbərlər tərəfindən qoyulduğunun şahidi oluruq. Hədislərə əsasən, hətta İmam Hüseyn (ə) dünyaya gəlməmişdən öncə belə onun müsibətləri Allah-taala tərəfindən peyğəmbərlərə xəbər verilmişdir.
Fəqihlərin böyük bir qismi fətva veriblər ki, “Yeni ayı cihazla görməyin istər görən şəxs üçün, istərsə də digər şəxslər üçün heç bir əhəmiyyəti yoxdur”. Bәzi şəxslər bu fәtvanın səbəbini soruşurlar ... nəyə görə şəriətin digər yerlərində müasir cihazlardan istifadə olunduğu halda, ayı görmə məsələsində bu cihazlara əsaslanılmır? Bir çoxlarını düşündürən bu sual Seyid Sistaninin (Allah onu qorusun) saytına ünvanlanmış, onun ofisindən bu suala cavab verilmişdir. Həmin sual-cavabın tərcüməsini oxuculara təqdim edirik.
Qurani-Kərimin təhrif edildiyi barədə bəzi şəxslərin şübhə etməsinə, zehinlərində suallar yaranmasına səbəb olan rəvayətlərdəndən bir qrupu da İmam Əlinin (əleyhissəlam) və İmam Mehdinin (Allah zühurunu tezləşdirsin) Quranı barədə olan rəvayətlərdir. Məzmunu məşhur olan bu rəvayətlərdən həmin Quranın bizim dövrümüzdə mövcud olan, oxuduğumuz Qurandan müəyyən qədər fərqləndiyi aydın olur. Bəs fərq nədən ibarətdir?