VƏHY EVİNİN YANDIRILMASI-SÜNNİ MƏNBƏLƏRİNDƏ
Müqəddimə
Allahummə salli əla Muhəmmədin və ali-Muhəmməd.
Hər şeydən əvvəl möminlər buna diqqət etməlidirlər ki, biz dinimizi, əqidə və fiqhimizi əldə etmək üçün, müxaliflərin kitablarına ehtiyac duymuruq. Bizim bu barədə mötəbər qaynaq kitablarımız var ki, dini məsələlərimizi onlardan əldə edirik. Müəyyən ixtilaflı mövzularda qarşı tərəfin kitablarına müraciət etməyimizin səbəbi budur ki, məsələnin həqiqətini onlara sübut edə bilək. Həqiqətdə isə o kitabların bizim üçün əhəmiyyəti yoxdur.
Tarixin ürək yandıran səhifələrindən biri də Xanım Zəhranın (s.ə.) evinə hücum edilməsidir. Bəli... Nə qədər ağır və kədərli olsa da bu, tarixi bir həqiqətdir. Qüreyşin böyük bütlərindən biri olan Əbu Bəkr xilafəti qəsb etdikdən sonra, Qüreyşin ikinci böyük bütü sayılan Ömər bin Xəttabı Əhli-Beytdən (ə) beyət almaq üçün Xanımın (s.ə.) evinə göndərir. Bu hadisənin nəticəsində evin qapısı önündə alov qalanaraq onu yandırmaq istəyirlər. Daha sonra, evə hücum edilir, Xanım Zəhra (s.ə.) qapı arxasında qalaraq ağır şəkildə zədələnir və mübarək bətnindəki körpəni-Muhsini (ə) itirir. Xanımın (s.ə.) özü isə, aldığı zədə nəticəsində bir müddət sonra şəhid olur...
Bu tarixi hadisə şiə mənbələrində təfsilatı ilə qeyd edilmişdir. Təəssüflər olsun ki, sünni mənbələrində bu, geniş şəkildə nəql edilməmiş, onlar sadəcə olaraq bu tarixi cinayətin müəyyən hissələrini qeyd etməklə kifayətlənmişlər. Bu isə təbii bir haldır. Çünki əgər həqiqət olduğu kimi göstərilsəydi bu gün sünni məzhəbində təəssübkeş və axmaqlardan başqa heç kəs qalmazdı. Buna görə də təhrif qələmləri işə düşərək, bu böyük cinayəti ört-basdır etməyə çalışmışlar. Amma bununla belə yenə də sünni mənbələrində bu hadisənin əslini tapmaq mümkündür. Bəsirət və insaf əhli az olan bu məlumatlara təəssübdən uzaq şəkildə nəzər edib düşünsələr, hökmən həqiqəti anlayar və qəbul edərlər.
DAVAMI NÖVBƏTİ SƏHİFƏDƏ