Bu kitabda böyük İslam şəxsiyyətlərinin, o cümlədən Peyğəmbəri-Əkrəm, imamlar və böyük alimlərimizin keçmişdən indiyə qədərki müxtəlif məsələlər barəsində elmi mübahisələri qeyd olunmuşdur ki, bu da onların inkarçı, şübhəçi insanlarla mübahisə üslubunu göstərir. Həmçinin, bu mübahisələr haqqı necə müdafiə etmək lazım olduğunu öyrədir. Ümumilikdə kitab iki hissədən ibarətdir. Birinci hissədə İslam peyğəmbəri, imamlar (əleyhimussalam) və onların tələbələri tərəfindən müxtəlif şəxslərlə və müxtəlif hədislər barəsində olan mübahisələr qeyd olunmuşdur. İkinci hissədə isə böyük mühəqqiqlərin və alimlərin müxtəlif şəxslərlə apardığı mübahisələrdən ibarətdir ki, kitabdakı bütün mübahisələrin sayı hamısı birlikdə yüzə çatır.