Ömərin nübuvvətə şəkk etməsi

Ömərin nübuvvətə şəkk etməsi

2017-11-27 380

Ömərin nübuvvətə şəkk etməsi

Allahummə salli əla Muhəmmədin və ali-Muhəmməd

Hüdeybiyyə sülhü islam tarixinin məşhur hadisələrindəndir. Peyğəmbər (s) Mədinədən səhabələri ilə Məkkəyə yola düşmüşdü. Səhabələr bu il Kəbəni ziyarət edəcəklərini düşünürdülər. Lakin Peyğəmbər (s) Məkkəyə daxil olmamış müşriklərlə sülh müqaviləsi bağlayıb geri döndü. Bu zaman bəziləri Peyğəmbərə (s) etiraz etdilər. Ömər bin Xəttab isə nəinki etiraz etmiş, hətta o həzrətin peyğəmbər olmasına belə şəkk etmişdi. Əhli-sünnə mənsubları bu hadisəni nə qədər yozmağa çalışsalar da bu hadisə tarixi bir fakt olaraq qalır və Xəttab oğlunun rəzil xüsusiyyətlərindən birini aşkara çıxarır.

Belə ki, “Səhih əl-Buxari” kitabında nəql olunur:

فأتيت النبي صلى الله عليه وسلم فقلت ألست نبي الله حقا قال بلى قلت ألسنا على الحق وعدونا على الباطل قال بلى فلم نعطي الدنية في ديننا إذن قال إني رسول الله ولست أعصيه وهو ناصري قلت أوليس كنت تحدثنا أنا سنأتي البيت فنطوف به قال بلى أفأخبرتك أنا نأتيه العام قلت لا قال فإنك آتيه ومطوف به قال فأتيت أبا بكر فقلت يا أبا بكر أليس هذا نبي الله حقا قال بلى قلت ألسنا على الحق وعدونا على الباطل قال بلى قلت فلم نعطي الدنية في ديننا إذن قال أيها الرجل إنه رسول الله ليس يعصي ربه وهو ناصره فاستمسك بغرزه فوالله إنه على الحق قلت أليس كان يحدثنا أنا سنأتي البيت فنطوف به قال بلى أفأخبرتك أنك تأتيه العام قلت لا قال فإنك آتيه وتطوف به

Ömər dedi: Mən Peyğəmbərin (s) yanına gəlib dedim: “-Sən Allahın haqq peyğəmbəri deyilsənmi?” Peyğəmbər (s) buyurdu: “-Bəli (Allahın peyğəmbəriyəm).” Dedim: “Biz haqq, düşmənlərmiz isə batil deyilmi?” Peyğəmbər: “-Bəli (biz haqq onlar batildirlər).” Dedim: “-Elə isə, (onlarla sülh edərək) dinimizi niyə alçaldırıq?!” Peyğəmbər (s) buyurdu: “-Mən həqiqətən də Allahın elçisiyəm. Mən Ona asi olmaram və O, mənə kömək edəndir.” Dedim: “- Sən bizə demədinmi ki, biz tezliklə Allahın evinə gəlib onu təvaf edəcəyik?!” Peyğəmbər (s) buyurdu: “-Bəli (demişəm). Amma mən sənə bunu bu il edəcəymizi dedimmi?” Dedim: “-Xeyr.” Peyğəmbər (s) buyurdu: “-Elə isə, Sən həqiqətən də (Allahın evinə) gedib onu təvaf edəcəksən.” Ömər dedi: Sonra mən Əbu-Bəkrin yanına gedib dedim: “-Bu Allahın haqq peyğəmbəri deyilmi?” Əbu-Bəkr dedi: “-Bəli (Allahın peyğəmbəridir).” Dedim: “-Biz haqq, düşmənlərmiz isə batil deyilmi?” Əbu-Bəkr: “-Bəli (biz haqq onlar batildirlər).” Dedim: “-Elə isə, (onlarla sülh edərək) dinimizi niyə alçaldırıq?!” Əbu-Bəkr: “-Ay kişi! O, həqiqətən də Allahın elçisidir. Rəbbinə qarşı asi olmaz və Rəbbi ona kömək edəndir. Elə isə, onun ətəyindən möhkəm yapış! And olsun Allaha o, haqq üzərindədir.” Dedim: “-O, bizə demədimi ki, tezliklə Allahın evinə gəlib onu təvaf edəcəyik?!” Əbu-Bəkr dedi: “-Bəli (dedi). Amma o, sənə bu il gələcəyni dedimi?” Dedim: “-Xeyr.” Dedi: “-Elə isə, Sən həqiqətən də (Allahın evinə) gedib onu təvaf edəcəksən.”

Mənbə: Əl-Buxari, “əs-Səhih”, səh.366-67, hədis 2731,2732; Darur-Rüşd, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Əbdüs-Salam b. Muhəmməd Ömər Alluş

Həmçinin bax: “Səhih əl-Müslim” cild 3, səh.1412; Təbərani “əl-Mucəmul-Kəbir” cild 6, səh.109; “Musnədu-Əhməd”  cild 4, səh.330; “əl-Bidayə vən-Nihayə” cild 4, səh.200; “əs-Sunənul-Kubra” cild 9, səh.220; “əd-Durr əl-Mənsur” cild 6, səh.77.

Bu hədisdə diqqət ediləsi bir neçə mühüm nöqtə var:

• Ömər Peyğəmbərin (s) peyğəmbərliyinə şəkk edir. Bu barədə Ömərin öz dilindən də hədis nəql edəcəyik.

• Ömər düşünürdü ki, Peyğəmbər (s) sülh bağlamaqla İslam dinini alçaltmışdır (nəuzu billah).

• Ömər Peyğəmbərin (s) günah etdiyni düşünürdü. Çünki Peyğəmbər (s) Ömərin cavabında “mən Allaha qarşı asi olmaram”-deyə buyurur.

• Peyğəmbər (s) “mən həqiqətən də Allahın elçisiyiəm” dedikdən sonra, Ömər bu cavaba yenə də qane olmayaraq “axı sən bizə Allahın evini təvaf edəcəymizi söyləmişdin” deyir. Yəni əgər peyğəmbərsənsə niyə sözün düz çıxmadı?!!

• Ömər Peyğəmbərin (s) son cavabına da qane olmayaraq, gedib eyni sualları Əbu-Bəkrə verir. Belə çıxır ki, Ömər Əbu-Bəkrə daha çox inanırdı nəinki Peyğəmbərə (s).

Əhli-sünnə alimi ən-Nəvəvi bu məsələdə Ömərə bəraət qazandırmaq üçün deyir:

لم يكن سؤال عمر - رضي الله عنه - وكلامه المذكور شكاً بل طلباً لكشف ما خفي عليه

«Ömərin Peyğəmbərə (s) bu sualları verməsi onun şəkk etməsi demək deyil. Çünki o, bu suallarla özünə gizli qalmış şeyləri bilmək istəyirdi...»

Muhyiddin ən-Nəvəvi, “əl-Minahc Şərhu-Səhih Muslim ibn əl-Həccac”, cild 12, səh.141 (1969-cu il Misir çapı)

Cavab: Əvvəla Peyğəmbərə (s) xalis niyyətlə iman gətirmiş kəs, bilmədiyi şeyləri Peyğəmbərdən (s) bu cür ehtiramsızlıqla soruşmamalıdır. Düzgün niyyətli insan bu cür sualları nəinki Peyğəmbərə (s), hətta öz ustadına belə verməkdən həya edər. Hədisin mətnini, sualların verilmə tərzini, həmçinin yuxarıda qeyd etdiymiz nöqtələri insafla incələyən hər bir şəxs bu dediklərmizi hökmən təsdiqləyər.

Nəvəviyə cavab olaraq isə belə bir sadə sual veririk: “Əgər Ömər özünə gizlin qalan məsələləri öyrənmək üçün bu sualları vermişdisə, o zaman Peyğəmbərin (s) cavablarına qane olmayaraq eyni sualları niyə yenidən Əbu-Bəkrə verir?! Yoxsa Ömər Əbu-Bəkrə daha çox inanırdı?!”

Hətta “Səhih əl-Buxari”də eyni məzmunlu başqa bir hədisdə Peyğəmbərin (s) Ömərə verdiyi cavablardan sonra qeyd olunur:

فرجع مطغيظا فلم يصبر حتى جاء أبا بكر

«...(Ömər) əsəbi halda (Peyğəmbərin (s) yanından) qayıtdı və səbr etməyərək Əbu-Bəkrin yanına getdi...»

Əl-Buxari, “əs-Səhih”, Kitabu-təfsiril-Quran, Surətul-fəth, səh.686, hədis 4844; Darur-Rüşd, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Əbdüs-Salam b. Muhəmməd Ömər Alluş

Budurmu Ömərin bilmədiyi bir məsələni soruşması?! Əgər Ömərin Peyğəmbərə (s) verdiyi suallardan məqsədi bilmədiyni öyrənmək idisə, o zaman Peyğəmbərin (s) verdiyi cavablardan sonra niyə qəlbi aram olmur və o Həzrətin (s) hüzurundan qəzəbli şəkildə ayrılır?!! Görəsən Nəvəvi və digər əhli-sünnə alimləri mən bisavadın gördüyü həqiqətləri görə bilməyiblər yoxsa görməzdən gəliblər?!

İrad: İbn Hişamın “Sirətun-Nəbəviyyə” kitabında keçən bir hədisə əsasən Ömər qeyd etdiyniz sualı ilk öncə Əbu-Bəkrə verir. Daha sonra Peyğəmbərin (s) yanına gedərək həmin sualları təkrarən o Həzrətə (s) verir. Elə isə, sizin “Nəyə görə Ömər Peyğəmbərin (s) cavablarına qane olmayıb, yenidən Əbu-Bəkrin yanına gedərək eyni sualları ona da verir” iradınız qüvvədən düşür.

Cavab: Əvvəla Ömərin sualları ilk öncə Peyğəmbərə (s) verməsini deyən hədislərin sayı kifayət qədərdir. Mənbələri də mötəbərdir. Hətta ilk öncə Əbu-Bəkrin yanına getdiyini qəbul etsək belə, nə dəyişir ki?! Peyğəmbərə (s) xalis imanı olan bir şəxs bu cür sualları o Həzrətə (s) necə verə bilər? Əlavə olaraq bizim məqsədimiz Ömərin nübuvvətə şəkk etdiyni göstərməkdir. Buna görə də, Ömərin ilk öncə Əbu-Bəkrin yoxsa Peyğəmbərin (s) yanına getməsi o qədər də əhəmiyyətli deyil. Çünki, həmin gün şəkk etdiyini Ömər özü də etiraf edir. Belə ki, Əbdür-Rəzzaq “Müsənnəf” kitabında Ömərdən nəql edir:

والله ما شككت منذ أسلمت إلا يومئذ

«(Ömər dedi): And olsun Allaha müsəlman olduğum gündən bu yana bu gün istisna olmaqla (heç vaxt) şəkk etməmişdim.»

Əbdürrəzzaq əs-Sənani, “əl-Müsənnəf” cild 5, səh.339; əl-Məclis əl-İlmi, 1390/1970; təhqiq: Həbib İbrahim əl-Azami

Ömərin öz şəkkini eyniylə yuxarıda qeyd etdiyimiz tərzdə etiraf etməsini İbn Hibban da öz səhihində uzun bir hədisdə qeyd edir. İbn Hibbanın bu kitabına təliq (qeyd) yazmış məşhur əhli-sünnə alimi Nasiruddin əl-Albani hədisin sonunda belə yazır:

صحيح

«Səhihdir.»

“ət-Təliqatul-hisan əla səhihi ibni Hibban”, cild 7 səh.230; Dar Bəvazir, Ciddə, Səudiyyə Ərəbistanı, 1424/2003; təliq: Nasiruddin əl-Albani

Eyni hədisin səhih olduğunu Şüeyb əl-Arnaut da təsdiq edir.

حديث صحيح

Hədis səhihdir.

əl-İhsan fi təqrib Səhih ibn Hibban, cild 11, səh.216; Müəssisətur-Risalə, Beyrut, 1414/1993, təhqiq: Şueyb əl-Arnaut

İrad: Ömərin şəkk etdiyni qəbul edirik. Lakin nəyə əsasən deyirsiniz ki, o, nübuvvətə şəkk etmişdi? Bu hədisdə Ömər ümumi olaraq “şəkk etdim” deyir. Lakin siz dəlil olmadan Ömərin bu şəkkini nübuvvətə aid edirsiniz.

Cavab: İbn Hibbanın “Səhih”ində qeyd olunmuş hədisə diqqət etsəniz məsələ tam aydın olar. Belə ki:

فَقَالَ عُمَرُ بْنُ الْخَطَّابِ رِضْوَانُ اللَّهِ عَلَيْهِ، وَاللَّهِ مَا شَكَكْتُ مُنْذُ أَسْلَمْتُ، إِلَّا يَوْمَئِذٍ، فَأَتَيْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَقُلْتُ أَلَسْتَ رَسُولَ اللَّهِ حَقًّا

Ömər dedi: “And olsun Allaha müsəlman olduğum gündən bu yana bu gün istisna olmaqla (heç vaxt) şəkk etməmişdim. Buna görə də (ətəytu kəliməsinin əvvəlindəki “fə” hərfi səbəb mənasındadır. Buna nəhv elmində “fau-səbəbiyyə” deyilir) Peyğəmbərin (s) yanına gəlib dedim: “-Sən Allahın haqq peyğəmbəri deyilsənmi?”

əl-İhsan fi təqrib Səhih ibn Hibban, cild 11, səh.216; Müəssisətur-Risalə, Beyrut, 1414/1993, təhqiq: Şueyb əl-Arnaut

Gördüyünüz kimi Ömərin Peyğəmbərə (s) “sən peyğəmbər deyilsənmi” sualını verməsinə səbəb onun şəkk etməsi idi. Deməli Ömər Peyğəmbərin (s) peyğəmbərliyinə şəkk etmişdi.

Həmçinin əhli-sünnə alimi əl-Vaqidi “əl-Məğazi” kitabında yazır:

الّذِي تَكَلّمْت يَوْمئِذٍ. فَكَانَ ابْنُ عَبّاسٍ رَضِيَ اللهُ عَنْهُ يَقُولُ: قَالَ لِي عُمَرُ فِي خِلَافَتِهِ، وَذَكَرَ الْقَضِيّةَ: ارْتَبْت ارْتِيَابًا لَمْ أَرْتَبْهُ مُنْذُ أَسْلَمْت إلّا يَوْمئِذٍ، وَلَوْ وَجَدْت ذَلِكَ الْيَوْمَ شِيعَةً تَخْرُجُ عَنْهُمْ رَغْبَةً عَنْ الْقَضِيّةِ لَخَرَجْت.

«İbn Abbas deyir: Ömər xəlifəliyi dövründə (hüdeybiyyədə) baş vermiş hadisəni xatırlayaraq mənə dedi: Həmin gün elə bir şəkkə düşmüşdüm ki, müsəlman olduğum gündən bu yana heç vaxt elə olmamışdım. Əgər həmin gün baş verənlərə görə onlardan (müsəlmanlardan) ayrılmış bir dəstə görsəydim, mən də (onlara qoşulub) ayrılardım.»

əl-Vaqidi, “əl-Məğazi”, cild 2, səh. 607; Dar əl-Aləmi, Beyrut, 1409/1989

Deməli Ömərin şəkki o həddə çatmışdı ki, hətta öz fikriylə müvafiq başqa bir dəstə olsaydı onlara qoşulardı və Peyğəmbərə (s) qarşı çıxardı!! Bunu tarix və hədis yazanlar Ömərin öz dilindən nəql edirlər. Nəvəvi kimi alimlər isə “Ömər Peyğəmbərə (s) sualları həqiqəti öyrənmək üçün vermişdi, şəkk etdiyi üçün yox”-deyirlər.

Amma gördüyünüz kimi bütün bunlar Nəvəvinin və digər əhli-sünnə alimlərinin Ömər haqqında gətirdikləri bəraəti əsassız edir.

Beləliklə, Ömər sülh məsələsində Peyğəmbərlə (s) razılaşmamaqla ən yüngül formada desək, haram iş görmüşdür. Çünki o, Peyğəmbərin (s) qərarını səhv və dinin alçaldılması kimi hesab edirdi.

Ən əsası isə budur ki, o, Peyğəmbərin (s) peyğəmbər olmasına şəkk etmişdi. Allah təbarəkə və təala isə Qurani-Kərimdə belə buyurur:

Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!(Hucurat,15)

Nəticə çıxarmağı isə əziz oxucuların öhdəsinə buraxırıq.

Əli Abdullah

besiret.az