|
Peyğəmbərin (s) səhabələrinin İmam Hüseynin (ə) qatilləri arasında olması Vəhabiləri çaşqın qoyan cavablardan biri də Ömər ibn Sədin ordusunda Peyğəmbərin (s) bəzi səhabələrinin olmasıdır. Əhli sünnə mənbələrinə əsasən Yezidin qoşununda İmam Hüseynə (ə) məktub yazanlardan bəziləri də var idi. Onlar peyğəmbərin (s) səhabələri idilər. Əgər onlar şiə olsalar, o zaman səhabələrin arasında da şiələrin olduğu bizə aydın olar. Yox əgər onlar Əhli beyt (ə) düşməni olmuşlarsa deməli səhabələrin də arasında Əhli beyt düşməni - nasibilər olub. Bu isə vəhabilərin və əhli sünnənin əqidə sütunlarını sarsıdır. Çünki onlar etiqad edirlər ki, səhabələr hamısı adil şəxslərdir. Əbu Hamid Ğəzzali, məşhur əhli sünnə alimi moizə edənlərin və başqa şəxslərin Hüseynin (ə) məqtəlini deməsinin icazəli olmadığını açıq aşkar bildirir. İbn Həcər Heysəmi deyir: "Ğəzzali və başqaları demişlər ki, moizə edənlərə və digər şəxslərə Hüseynin məqtəlini (öldürülməsini) və səhabələr arasında olan düşmənçilik və mübahisələr haqqında danışmaq qadağandır. Həqiqətəndə bunlar bəzi səhabələrə qarşı çıxmağa və onlara tənə vurmağa səbəb olur.”[i] Ömər ibn Sədin ordusunda olan və İmam Hüseynin (ə) qətlində iştirak edən səhabələr 1) Kəsir ibn Şihab Harisi Əbu Nəim İsfəhani (v.430) deyir: "Kəsir ibn Şihab Bəcəli Peyğəmbəri (s) görüb."[ii] İbn Həcər Kəsir ibn Şihab əl-Harisinin tərcümeyi halında deyir: "Deyilir ki, o, səhabə olub... Deyirəm: Onun səhabə olması nəzərini qüvvətləndirən şeylərdən biri də budur ki, əvvəldə də keçdiyi kimi, onlar yalnız səhabələr tərəfindən əmr olunardılar. Ömərin ona yazdığı da buna dəlalət edir ki, o, (Kəsir ibn Şihab) onların əmiri (onlara əmr verən) idi."[iii] 2) Həccar ibn Əbcər əl-İcli İbn Həcər Əsqəlani qeyd edir ki, o səhabədir. Bilazuri onun İmam Hüseynə (ə) yazdığı məktubu nəql etmişdir: “Həccar ibn Əbcər ibn Cabir İcli, Peyğəmbəri (s) görmüşdür.”[iv] "Deyiblər: "Kufənin böyük şəxsləri ona (İmam Hüseynə) məktub yazmışlar... və Həccar ibn Əbcər əl-İcli ...(onlardandır)"[v] Əhməd ibn Yəhya ibn Cabir Bilazuri deyir: "İbn Ziyad Ömər ibn Səd ilə görüşdükdən bir və ya iki gün sonra Husayn ibn Təmimi və onunla birlikdə olan dörd min nəfəri Hüseynin üzərinə göndərdi. O həmçinin Həccar ibn Əbcər İclini də min nəfərlə Hüseynin üzərinə göndərdi."[vi] İbn Həcər Əsqəlani deyir: "Təbərani Abdullah ibn Hisn ibn Səhli səhabələr arasında qeyd edib."[vii] O, İmam Hüseynə (ə) Kərbəlada ehtiramsızlıq etmiş və onu (ə) təhqir etmişdir. "Abdullah ibn Hisn əl-Əzdi Hüseyni səsləndi: "Ey Hüseyn, suyu görmürsənmi? O, sanki mavi səma kimidir. And olsun Allaha sən ondan bir qətrə belə içməyəcək və susuz öləcəksən."[viii] 4) Əbdurrəhman ibn Əbu Səbrə Cufi İbn Əbdul-Bərr (v.463 h.) deyir: “Əbdurrəhman ibn Əbu Səbrə Cufi, Əbu Səbrə-nin adı Zeyd ibn Malikdir. Kufəfilərdən hesab edilir. Onun adı Uzeyr (başqa nüsxəyə əsasən “Əziz”) idi. Allah Rəsulu (s) onu Əbdurrəhman adlandırdı..."[ix] O, Bəni Əsəd qəbiləsinə başçılıq etmiş və İmam Hüseynin (ə) qətlində iştirak etmişdir. İbn Əsir deyir: "Ömər ibn Səd Mədinə camaatına Əbdullah ibn Züheyr Əzdini, Rəbiə və Kindəyə Qeys ibn Əşəs ibn Qeysi, Muzhəc və Əsədə Əbdurrəhman ibn Əbu Səbrə Cufini, Təmim və Həmdana Hürr ibn Yezid Riyahini təyin etdi. Bunlar hamısı Hüseynin öldürülməsinə şahid oldular."[x] 5) Əzrə ibn Qeys Əhməsi İbn Həcər Əsqəlani deyir: “Əzrə ibn Qeys ibn Ğəzyə Əhməsi əl-Bəcəli, İbn Səd birinci təbəqədə (səhabələr arasında) onu qeyd etmişdir."[xi] O İmam Hüseynə (ə) məktub yazan şəxslərdəndir. "Nəql olunur: Kufənin böyük şəxsləri ona (İmam Hüseynə ə.) məktub yazmışlar...və Əzrə ibn Qeys... (onlardandır).”[xii] O, Ömər ibn Sədin qoşununda süvarilərə rəhbərlik etmişdir. "Ömər ibn Səd... süvarilərə Əzrə ibn Qeys Əhməsini başçı təyin etdi."[xiii] O, şəhidlərin kəsilmiş başlarını ibn Ziyada apardı. "Öldürülənlərin başları kəsildi və ibn Ziyada yetmiş iki baş aparıldı. Başları aparanlar Şimr... və Bəcilədən olan Əzrə bin Qeys idi. Onlar kəsilmiş başları ibn Ziyada təqdim etdilər."[xiv] Səhabədir. Əbu Hatim deyir ki, peyğəmbəri (s) görmüş və onun arxasında namaz qılmışdır.[xv] Mizzi deyir: "İmam Hüseynlə (ə) döyüşdə iştirak edənlərdən olub."[xvi] Künyəsi Əbu Səiddir. Peyğəmbəri (s.a.s.) görmüşdür.[xvii] Ordunun başçılarından olmuşdur. "Ordu başçılarından biri də Əmr ibn Hureys idi. İbn Ziyad Kufədə bayrağı ona verdi və onu insanlara əmir təyin etdi."[xviii] "O, bəni-Üməyyəyə sadiq qaldı və ibn Ziyad onu Kufəyə vali təyin etdi."[xix] “450. Onun atasını və əmisi Hürrü səhabələr arasında qeyd ediblər.[xx] O, İmam Hüseynin qətlində iştirak etmişdir. "İbn Ziyad ... və Əsma ibn Xaricə əl-Fəzarini ... çağırdı və dedi: "İnsanlar arasında gəzin və onlara itaət etməyi əmr edin... və onları hərbiyə təşviq edin.”Onlar çıxdılar, Kufəni dolandılar sonra gəlib onunla görüşdülər."[xxi] |
[i] İbn Həcər Heysəmi"Səvaiqul-muhriqa" c.2 s.640 Nəşriyyat: "Muəssisətur-Risalə" Livan.
[ii] "Tarixu İsbəhan" c.2 s.136 Nəşriyat: Darul-Kutubil-İlmiyyə. Beyrut h.1410 m.1990. Birinci çap
[iii] Əl-İsabə fi təmyizis-səhabə c.5 s.571 nəşr:Darul-Ceyl Beyrut, 1992-1412. Birinci çap.
[iv] "Əl-İsabə fi təmyizis-səhabə" c.2 s.167 rəqəm 1957. Nəşriyat: Darul-Ceyl Beyrut.
[v] “Ənsabul-əşraf” c.1 s.411
[vi] "Ənsabul-əşraf" c.1 s.416
[vii] "Əl-İsabət fi təmyizis-səhabə" c.4 s.61 rəqəm 4630. Nəşriyat: Darul-Ceyl Beyrut.
[viii] "Ənsabul-Əşraf" c.1 s.417
[ix] "Əl-İstiab" c.2 s.834 rəqəm 1419. Nəşr: Darul-Ceyl Beyrut.
[x] "Əl-Kamil fit-tarix" c.3 s.417 Nəşriyat: Darul-kutubil-ilmiyyə Beyrut.
[xi] "Əl-İsabə fi təmyizis-səhabə" c.5 s.125 rəqəm 6431. Nəşriyat: Darul-Ceyl. Beyrut.
[xii] "Ənsabul-Əşraf" c.1 s.411
[xiii] "Ənsabul-əşraf" c.1 s.419
[xiv] "Ənsabul-əşraf" c.1 s.424
[xv] İbn Həcər "Əl-İsabə" c.4 s.239
[xvi] "Təhzibul-kəmal" 11/90 rəqəm 3731
[xvii] İbn Əsir "Usdul-ğabə" c.4 s.97
[xviii] "Biharul-ənvar" c.44 s.352
[xix] "Ənsabul-Əşraf" 6/376
[xx] "Əl-İsabə" c.1 s.195. Nəşriyat: Darul-Ceyl Beyrut.
[xxi] "Ənsabul-əşraf" c.1 s.416