|
“İMAM HÜSEYNİ (Ə) ŞİƏLƏRİN ÖLDÜRMƏSİ” ŞÜBHƏSİNƏ BAŞQA BİR CAVAB Şiə məfhumunun indiki zamanımızdakı mənası ilə İslamın ilk dövrlərində ifadə etdiyi mənanın müxtəlifliyi İbn Teymiyyə “Minhacus-sunnə”-də bu məsələ haqqında deyir: “Şiələr Əlinin tərəfdarları idilər. Əbu Bəkri və Öməri (fəzilətdə) ondan öndə bilirdilər. İxtilaf isə Əlinin Osmandan önə salınmasındadır.”[i] İbn Həcər Əsqəlani də bu şəkildə açıqlayır: “Şiəlik Əlini sevib, onu səhabələrdən (fəzilətdə) öndə tutmaqdır. Kim əgər onu Əbu Bəkr və Ömərdən öndə tutsa o şiəlikdə həddini aşıb (ğüluv edib). Bu halda ona rafizi deyilər. Əks təqdirdə isə şiədir. Əgər razifiliyindən əlavə (o ikisini) söysə və ya düşmənçilik-nifrətini açıq aşkar bildirsə rafizilikdə həddi aşmışdır. Amma əgər rəcətə inansa o zaman ğüluvun (həddi aşmanın) ən şiddətli həddinə çatmışdır.”[ii] Bu tərifə əsasən, İmam Hüseyni (ə) öldürən şiələrdən məqsəd on iki imamçı şiələr deyil. Əksinə, onlar Əhli sünnənin böyük hissəsidir. Əli sevgisinə etiqad etdikləri halda, Əbu Bəkr və Öməri mövlamız Əlidən (ə) öndə tuturlar. İmam Hüseynin (ə) öldürülməsi Yezidin (l) əmri ilə baş vermişdir Əhli sünnə mənbələrinə əsasən İmam Hüseynin (ə) qatili Yezid ibn Muaviyədir (Allah hər ikisinə lənət etsin). İbn Əsir deyir: “Hüseyni öldürənə gəlincə, Hüseyn öz qətlinin Yezidin əli ilə olduğunu bildirmişdir.”[iii] “Yezid Mədinə camaatına həmən şeyləri etdiyi və Hüseyni, qardaşlarını və ailəsini öldürdüyü zaman...”[iv] İbn Kəsir Dəməşqi deyir: “O (Yezid), Hüseyni və onun səhabələrini Ubeydullah ibn Ziyadın əli ilə öldürdü.”[v] İmam Hüseynin (ə) qatilləri Əbu süfyan ailəsinin şiələridir Məqtəllərdə gələn bəzi rəvayətlərə əsasən İmam Hüseyn (ə) Kərbəlada düşmənlərinə bu şəkildə xitab etmişdir : "Ey Əbu Süfyan ailəsinin şiələri." Xarəzmi deyir: “Onlara səsləndi:"Vay olsun sizə, ey Əbu Süfyan ailəsinin şiələri, əgər dininiz yoxdursa və məaddan (qayıdış günündən) qorxmursunuzsa elə isə bu dünyanızda azad olun."[vi] İmam Hüseynin qatilləri nasibilər və İmam Əliyə (ə) nifrət bəsləyən şəxslərdir Bəzi Əhli-sünnə kitablarında qeyd olunmuşdur ki, İmam Hüseyni (ə) öldürənlər Əliyə (ə) qarşı kin bəsləyən nasibilər idi. "Onlar Hüseynə dedilər:"Biz səni atana olan nifrətimizə görə öldürürük."[vii] |
[i] “Minhacus-sunnə” c.2 s.96 nəşr: Qurtuba Muəssisəsi-1406 (h.q.) çap: Birinci çap. Təhqiq: Muhəmməd Rəşad Salim
[ii] “Hədyus-sari” “Fəthul-bari fi şərhi Səhih Buxari”-nin müqəddiməsi s.459 Nəşr: Darul-mərifət Beyrut 1379. Təhqiq: Muhəmməd Fuad Əbdul-Baqi, Muhibbud-din Əl-Xətib.
[iii] “Əl-Kamil fit-tarix” c.3 s.474 Nəşriyat: Darul-kutubil-ilmiyyə. Beyrut. 1415 h. 2-ci çap. Təhqiq: Abdullah Qazi
[iv] “Tarixul-islam” c.5 s.30 Nəşriyat: Darul-kutubil-ərəbi. Livan/Beyrut. 1407 h. 1987 m. 1-ci çap. Təhqiq: D. Ömər Əbdussəlam.
[v] “Əl-Bidayə vən-nihayə” c.8 s.222 Nəşriyat: Məktəbətul-məarif. Beyrut.
[vi] Xarəzmi "Məqtəlul-Huseyn" c.2 s.38; "Biharul-ənvar" c.45 s.51; "Əl-Luhuf fi qətlət-tufuf" s.45
[vii] Qunduzi "Yənabiul-məvəddə lizəvil-qurba" c.3 s.80