|
İmam Hüseynin (ə) qatilləri Əbu Süfyan ailəsinin şiələridir. Cavab 4. İmam Hüseyn (ə) onları aşura günündə “Əbu Süfyan ailəsinin şiələri” adlandırıb. Belə ki, buyurub: “Vay olsun sizə, ey Əbu Süfyan ailəsinin şiələri. Əgər sizin dininiz yoxdursa, məaddan qorxmursuzsa heç olmasa bu dünyada azad şəxslər olun. Əgər güman etdiyiniz kimi ərəbsinizsə şərəfli ləyaqətli olun.”[i] İmam Hüseynin (ə) düşmənləri onun xeymələrini talan edənlərdir Cavab 5: Həmin şəxslər İmam Hüseynə (ə) qarşı şiddətli düşmənçilik bəsləyirdilər. Belə ki, ona və əhli beytinə (ə) suyu qadağan etdilər. Onun özünü (ə) , bütün səhabələrini və əhli beytini (ə) qətl etdilər. Onların başlarını kəsdilər. Bədənlərini atlarının ayaqları altında əzdilər. Qadınlarını təhqir etdilər. Onların bütün zinət əşyalarını qəsb etdilər və s. İbn Əsir “Əl-Kamil” kitabında deyir: “Sonra Ömər ibn Səd öz əshabına belə dedi: “Kim Hüseynin cavabını verə bilər və onun bədəni üstündə at çapar?” On nəfər bu işi qəbul etdi. İshaq ibn Həyat Həzrəmi də onlardan idi. O, Hüseynin köynəyini oğurlayandır. Daha sonra o, dəri xəstəliyinə (qarayara) tutuldu. Onlar Hüseynin üstündə o qədər at çapdılar ki, onun sinəsini və belini sındırdılar.”[ii] İbn Əsir deyir: “Hüseynin üzərində olan hər şey oğurlandı. Onun şalvarını Bəhr ibn Kəb götürdü. Qeys ibn Əşəs isə onun qətifəsini götürdü. Daha sonralar o, “Qeysu Qətifə” deyə adlandı. Onun başmaqlarını Əsvəd əl-Əvdi götürdü. Qılıncını darəmli bir kişi götürdü. Onun yükünü və qadınların üstündə olanları talan etdilər. Hətta əgər bir qadın üstündən bir paltar atsaydı onu da götürərdilər.”[iii] İbn Kəsir “Əl-bidayə vən-nihayə” əsərində Əbu Muxənnəfdən nəql edir: “Sənan və digərləri onu talan etdilər. İnsanlar onun bütün mal-mülkünü, çadırında nə varıydısa hətta qadınlarda təmiz paltarlardan nə varıydısa bölüşdürdülər. Ömər ibn Səd gəlib dedi: “Heç kəs bu qadınların yanına daxil olmasın, heç kəs bu cavanı (İmam Səccadı (ə) qəsd edir) öldürməsin. Hər kim onlardan nə götürübsə onlara qaytarsın.” Əbu Muxənnəf deyir: “And olsun Allaha heç kəs onlara heç nə qaytarmadı.”[iv] Bütün bunları yalnız Əhli-beytə kin və şiddətli düşmənçilik bəsləyən şəxslər edə bilər. Elə isə Əhli-beyti sevən şiənin bu işləri görməsi necə düşünülə bilər?!! Hüseynin (ə) qatilləri onun düşmənlərindən və ona nifrət edən şəxslərdəndir İbn Əsir deyir: (Ömər bin Sədə İmam Hüseynə qarşı çıxmaq əmr olunduqda) O, İbn Ziyada dedi ki, mənə bu gün möhlət ver fikirləşim. O, məsləhətləşdi və hamı onu bu işdən çəkindirdilər. Həmzə ibn Muğeyrə ibn Şöbə - onun bacısı oğlu – onun yanına gəlib dedi: “Dayı, Allaha xatir Hüseynə qarşı çıxma. Çəkin bu işdən! Qohumluq əlaqələrini qoparacaqsan (Qureyşdən olduğuna görə İmam Hüseynlə qohum idi-müt.). And olsun Allaha sən dünya, mal-mülk, yerdə hökmranlıq etməyə görə çıxırsan. Amma bil ki, əlin Hüseynin qanına bulaşmış halda Allahla görüşməkdə heç bir xeyir yoxdur. Ömər ibn Səd dedi: “Bu işi görəcəm.” O bütün gecəni bu barədə düşünərək keçirdi. Öz-özünə belə deyirdi (şer şəklində): “Rey müllkünü tərk edim? Halbuki Rey arzumdur.Ya Hüseynin qətlinə görə qınanaraq qayıdım? Onu öldürməyin sonu cəhənnəmdir ondan başqa yer yoxdur (bu işin sonunda). Rey mülkü isə göz aydınlığıdır.”[v] Həməvi deyir: “Dünya və hakimiyyət sevgisi ona qalib gəldi və Hüseynin (Allah ondan razı olsun) qətli baş verdi.”[vi] |