3. Bu münasibәtlә nazil olduğu iddia olunan ayәlәrdәn anlaşılan budur ki, bu iş hәmin şәxsin adәtindәn, tәbiәtindәn, xüsusiyyәt vә әxlaqındandır. Belә ki, kafir olsalar belә, imkanlılara diqqәt ayırıb, önәm göstәrir vә müsәlman olsalar belә, fәqirlәri özündәn uzaq tutaraq onlara diqqәt göstәrmir. Biz hamımız yaxşı bilirik ki, bu, Peyğәmbәrin sifәtlәrindәn, xüsusiyәtlәrindәn, tәbiәt vә әxlaqından deyil. Necә ki, fәqirә qarşı qaşqabaq sallamaq vә ondan üz çevirәrәk özündәn uzaqlaşdırmaq heç vaxt onun (s) sifәtlәrindәn olmayıb, hәtta düşmәni belә olsa. Bu halda bәs necә ola bilәr ki, bu şeyi dostlarından vә yaxınlarından olan möminlәrә qarşı etsin?[1] O hәmәn şәxsdir ki, Allah onu vәsf edәrәk buyurur: “Möminlərə qarşı çox mərhəmətli və mehribandır”.[2] Әksinә, onun (s) adәtlәrindәn idi ki, fәqirlәrlә otur-dur etsin vә onlara diqqәt ayırsın. Belә ki, bu, böyük vәzifәli şәxslәrә pis gəlmiş, onları narahat etmiş vә Qureyşdәn olan bu camaat Peyğәmbәrdәn (s) tәlәb etmişdi ki, fәqirlәri öz yanından uzaqlaşdırsın vә belәliklә, onlar da Peyğəbərə (s) tabe olsunlar. Ömәr isә Qureyş әhlinin ona (s) tabe olması üçün fәqirlәri qovmağı mәslәhәt görürdü. Bu zaman ayә nazil oldu “Rəbbinin razılığını qazanmaq və Ona yaxınlaşmaq istəyərək səhər-axşam Onu çağıranları öz yanından qovma!”[3]
Aydın olur ki, İbn Mәsud rәvayәtdә mövcud olduğuna görә ayә ya Peyğәmbәrin (s) Hәbәşә hicrәt etmәsindәn öncә nazil olub, ya da atəşkəs hadisəsinin mühacirlərə çatması və onların Məkkəyə qayıtmasından sonra nazil olub. Lakin burada Ömәrin zikr olunmağının yersiz olması barәdә heç bir işkal (irad) yoxdur. Belә ki, hәmin zamanlar o hәlә müsәlman olmamışdı. Çünki o, hicrәtdәn az müddәt öncә müsәlman olmuşdu.
Allah Öz Peyğәmbәrini “O qaşqabağını töküb üzünü çevirdi” ayәsindәn öncә nazil olmuş “Qәlәm” surәsindә әzәmәtli әxlaqla vәsflәndirir. Elә isә necә ola bilәr ki, Peyğəmbər tərəfindən (s) bunun kimi, Allahın öz Peyğәmbәrini mәzәmmәt edib qınamasına sәbәb olacaq bir iş baş versin. Belә olduqda Allah öz Peyğәmbәrinin (s) әxlaqının necәliyindәn xәbәrsiz idi? Yoxsa o, bunu bilirdi, lakin bunu lazım qılan hәr hansı bir hikmәt vә mәslәhәtә görә belә demişdi. Haqq vә hidayәt yolundan azmaqdan Allaha sığınırıq!
4. Hәmin ayәlәrdә Allah buyurur: “Halbuki onun paklanmamasına görə sən məsul deyilsən”. Bu ayәyә görә Peyğәmbәrә xitab edilmәsi doğru deyil, çünki o, insanları dinә dәvәt etmәk vә onları günahlardan tәmizlәmәk üçün göndәrilib. Bu halda bәs necә ola bilәr ki, onu etmәsin? Halbuki Peyğәmbәrliyin missiyasının әvvәli vә sonu bundan ibarәtdir vә bundan qeyri bir missiyası yoxdur. Allah buyurmamışdırmı ki, “Savadsızlara özlərindən elçi göndərən Odur. Elçi onlara Allahın ayələrini oxuyar, onları pis əməllərdən təmizləyər, onlara kitabı və hikməti öyrədər...”[4] Elә isә Allah necә imkan verir ki, öz qövmünü paklaşdırmağı tәrk etsin?[5].
5. İnzar ayәsi olan “Ən yaxın qohumlarını qorxut və xəbərdarlıq et! Sənə tabe olan möminləri qanadın altına al (onlara qarşı təvazökar ol)”[6] “Әbәsә” surәsindәn iki il әvvәl nazil olub. Elә isә Peyğәmbәr (s) ona tabe olanların üzәrinә tәvazökarlıq qanadını endirmәk ilә vәzifәlәndirildiyini unutdu? Әgәr unutmuşdusa, bizi nә әmin edir ki, o (s), bundan başqa işlәri dә unutmayıb. Yox әgәr unutmayıbsa, bәs niyә bu
açıq-aşkar günahı qәsdәn edirdi?
6. Ayәdә onun (həmin ayənin) Peyğәmbәrә xitab edildiyinә dәlalәt edәn bir şey yoxdur. Әksinә, Allah Peyğәmbәrә (s) hәr hansısa bir şәxsdәn xәbәr verәrәk deyir: “O yanına bir korun gəlməsinə görə qaşqabağını sallayıb üzünü yana çevirdi”. (“Əbəsə” srəsi, 1, 2-ci ayələr) Sonra Allah xitabı hәmәn şәxsin (qaşqabağını sallayan) özünә yönәltdi vә ona belә xitab etdi: “Nə bilirdin ki, bəlkə də o, günahlardan paklanacaqdı?!” (“Əbəsə” surəsi, 3-cü ayə) Yәni Peyğәmbәrin (s) mәclisindә iştirak etmәk vә orada olan söhbәtlәri eşitmәklә vә s. paklanacaqdı.
7. Əllamə Təbətabai deyir: “Üstün bilib-bilməməkdə meyar varlı, yaxud kasıb olmaq deyil, yalnız saleh əməllər, gözəl xüsusiyyətlər və yüksək dəyərlərdir. Bu, ağlın hökmüdür və hənif din də bunu bildirmişdir. Elə isə necə ola bilər ki, o (s), buna xilaf çıxsın və kafiri sahib olduğu nüfuza görə mömindən fərqləndirsin?!”[i]
Peyğəmbərin (s) həmin şəxsin müsəlman olmasını istədiyi, bununla dinin qüvvətlənməsinə ümid etdiyi üçün belə etdiyini demək və bunun da din yolunda, din uğrunda bir iş olduğu üçün yaxşı bir iş olduğunu demək düzgün deyil. Çünki bu, ayələrin açıq-aşkar mənası ilə ziddir. Hansı ki, “qaşqabağını tökən” şəxsin məzəmmət edilməsinin varlıyla varlı olduğu üçün maraqlanmasına, kasıbdan isə kasıb olduğu üçün uzaqlaşmasına görə olduğunu bildirir. Əgər bu düzgün olsaydı, Quranın onu bolca mədh etməsi, onu dininə olan şövqünə və öz risaləti üçün can yandırmasına görə tərifləməsi lazım idi. Bəs bu məzəmmət və danlaq nədir?!
Son olaraq işarə edək ki, bəzi şəxslər deyiblər:
“Deyilə bilər ki, ayədəki xitab ümumidir. Mənası budur ki, Peyğəmbər (s) bir fəqir gördüyü zaman narahat olar və ondan üz döndərərdi.
Cavab:
Birincisi: Bu onların qeyd etdiyi, sonradan təkrarlanmamış bir hadisə barədə olan qissə ilə ziddiyət təşkil edir.
İkincisi: Əgər qəsd edilən bütün fəqirlərdən Peyğəmbərin (s) üz döndərməsi idisə, nəyə görə kor şəxs bildirilib?!
Üçüncüsü: Peyğəmbərin (s) belə bir adətinin olması doğru ola bilərmi?!
[1] Müraciət et: Əl-huda ila dinil-Mustafa, c.1, səh.158
Əllamə Təbatəbai, Əl-Mizan, c.20, səh.203
Tənzihul-ənbiya, səh.119
Şeyx Təbərsi, Təfsiru məcməil-bəyan, c.1, səh.438
[2] “Tövbə” surəsi, 128-ci ayə
[3] “Ənam” surəsi, 52-ci ayə
[4] “Cümə” surəsi, 2-ci ayə
[5] Tənzihul-ənbiya, səh.119
[6] “Şüəra” surəsi, 214, 215-ci ayələr
[i] Əllamə Təbatəbai, Əl-Mizan, c.20, səh.303.