İmam Huseynin (əleyhissalam) ailəsinin Ərbəin günü Kərbəlaya çatması haqqında şübhəyə cavab

İmam Huseynin (əleyhissalam) ailəsinin Ərbəin günü Kərbəlaya çatması haqqında şübhəyə cavab

2019-11-04 2720

İmam Huseynin (əleyhissalam) ailəsinin Ərbəin günü Kərbəlaya çatması haqqında şübhəyə cavab

Şiə aləmində Ərbəin İmam Huseynin (əleyhissalam) şəhadətinin qırxıncı gününə deyilir ki, hicri aylarına müvafiq olaraq bu gün Səfər ayının iyirmisinə təsadüf edir. Hədis mənbələrimizə müraciət etdikdə görürük ki, İmam Huseynin (əleyhissalam) ziyarəti çox təkid olunmuş və həmçinin, İmamı Ərbəin günü ziyarət etmək möminlərin əlamətlərindən biri sayılmışdır. Bu barədə İmam Həsən Əskəri (əleyhissalam) belə buyurur:

ويستحب زيارته عليه السلام فيه وهي زيارة الأربعين، فرُوِيَ عَنْ أَبِي مُحَمَّدٍ الْحَسَنِ بْنِ عَلِيٍّ الْعَسْكَرِيِّ عليه السلام أَنَّهُ قَالَ عَلَامَاتُ الْمُؤْمِنِ خَمْسٌ صَلَاةُ الْإِحْدَى وَالْخَمْسِينَ وَزِيَارَةُ الْأَرْبَعِينَ وَالتَّخَتُّمُ فِي الْيَمِينِ وَتَعْفِيرُ الْجَبِينِ وَالْجَهْرُ بِ بِسْمِ اللَّهِ الرَّحْمنِ الرَّحِيمِ.

“Möminin beş əlaməti var: əlli bir rükət namaz, Ərbəin ziyarəti, üzüyü sağ ələ taxmaq, alını torpağa qoymaq və “Bismillahir-Rəhmanir-Rəhim”-i ucadan demək”.[1]

Digər bir hədisdə Səfvan əl-Cəmmal və Əbu Nəsir adlı səhabələri İmam Sadiqdən (əleyhissalam) şiələrinin nişanələrini soruşduqda İmam (əleyhissalam) buyurur:

يعرف شيعتنا بخصال شتّى» . فقلت : جعلت فداك، بماذا يُعرفون ؟ قال : «... وزيارة الأربعين...».

 “Bizim şiələrimiz müxtəlif nişanələrlə tanınar... (Həmin nişanələrdən biri də) Ərbəin ziyarətidir”.[2]

Ərbəin ziyarətinin əhəmiyyəti hətta o dərəcədədir ki, məsumlardan (əleyhimussalam) İmam Huseyni (əleyhissalam) Ərbəin günü ziyarət etmək üçün məxsusi ziyarətnamə nəql olunmuşdur:

عَنْ صَفْوَانَ بْنِ مِهْرَانَ قَالَ: قَالَ لِي مَوْلَايَ الصَّادِقُ سلام الله عليه فِي زِيَارَةِ الْأَرْبَعِينَ تَزُورُ عِنْدَ ارْتِفَاعِ النَّهَارِ وَتَقُولُ: السَّلَامُ عَلَى وَلِيِّ اللَّهِ وَحَبِيبِهِ السَّلَامُ عَلَى خَلِيلِ اللَّهِ وَنَجِيبِهِ. السَّلَامُ عَلَى صَفِيِّ اللَّهِ وَابْنِ صَفِيِّه‏... .

 “Səfvan ibn Mihran belə deyir: “Ağam İmam Sadiq (əleyhissalam) Ərbəin ziyarəti haqqında belə dedi: “Günəş üfüqdən bir qədər qalxandan sonra (İmam Huseyni) ziyarət edirsən və belə deyirsən: “Salam olsun Allahın vəlisinə və onun sevdiyinə. Salam olsun Allahın dostuna və Onun seçdiyinə. Salam olsun Allahın seçdiyinə və Allahın seçdiyinin oğluna”.[3]

Əbu Reyhan əl-Biruni İmamın ailəsinin (əleyhimussalam) Kərbəlaya qayıtmasını bu cür yazır:

 

[1] Şeyx Tusi, “Misbahul-mütəhəccid”, səh.788, “Təhzibul-əhkam”, c.6, səh.52

[2] Muhəmməd ibn Həsən əl-Qummi, “əl-Əqdun-nəzid”, səh.46

[3] Şeyx Tusi, “Misbahul-mütəhəccid”, səh.788