İmam Muhəmməd Təqi (əleyhissalam) əhli-sünnə nəzərində

İmam Muhəmməd Təqi (əleyhissalam) əhli-sünnə nəzərində

2019-08-01 1701

İmam Muhəmməd Təqi (əleyhissalam) əhli-sünnə nəzərində

Hidayət imamlarının doqquzuncusu olan İmam Muhəmməd Təqi (əleyhissalam) 195-ci hicri-qəməri ilinin Rəcəb ayında (digər bir nəzərə görə mübarək Ramazan ayında) Mədinə şəhərində dünyaya göz açmışdır. Həzrətin atası səkkizinci imam Həzrət Rza (əleyhissalam), anası isə Xeyzəran adlı fəzilətli bir xanımdır. İmam Rza (əleyhissalam) şəhadətə çatdıqda İmam Muhəmməd Təqinin (əleyhissalam) səkkiz yaşı var idi. İmam Muhəmməd Təqi (əleyhissalam) atasından sonra 17 il yaşamış və 25 yaşında 220-ci hicri-qəməri ilində Kazimeyn şəhərində şəhadətə yetmiş və məzlum babası İmam Musa ibn Cəfərin (əleyhimassalam) yanında dəfn olunmuşdur.

İmamın dövründə cəmiyyətdə elmi münazirələr geniş yayılmışdı. Təbii olaraq İmam Rzanın (əleyhissalam) şəhadətindən sonra dini mövzularda münazirə etmək və sualların cavablandırılması vəzifəsi İmam Muhəmməd Təqiyə (əleyhissalam) keçdi. Lakin, o Həzrəti digər imamlardan (əleyhimussalam) fərqləndirən bir xüsusiyyət bu idi ki, o, münazirələrdə iştirak etmək və suallara cavab vermək vəzifəsini çox gənc yaşda öz öhdəsinə götürmüş və bu vəzifəni məharətlə yerinə yetirmişdi. Onun yaşının az olmasına baxmayaraq suallara dəqiq cavab verməsi və bir sıra digər fəzilətləri hətta müxaliflərimizi belə onun haqqında fikir bildirməyə vadar etmişdir. Bu məqaləmizdə əhli-sünnə alimlərinin İmam Cavad (əleyhissalam) haqqında dedikləri nəzərləri əziz oxuculara təqdim edəcəyik.

1.Cahiz (vəfat-250 h.q.)

Üçüncü əsr alimlərindən olan Cahiz İmam Muhəmməd Təqini (əleyhissalam) və onun pak babalarını bu cür sadalayır

كل واحدٍ منهم : عالمٌ، زاهدٌ، ناسكٌ، شجاعٌ، جوادٌ، طاهرٌ، زاكٍ، فمنهم خلفاء، ومنهم مرشحون : ابن ابن ابن… ابن، هكذا إلى عشرة، وهم الحسن [العسكری] بن علی بن محمّد بن علی بن موسى بن جعفر بن محمّد بن علی بن الحسین بن علی، وهذا لم یتفق لبیت من بیوت العرب، ولا من بیوت العجم

“…Onlardan hər biri alim, zahid, ibadətlə məşğul olan, şücaətli, səxavətli, təmiz və pak insanlar olmuşdur. Onlardan bəziləri xəlifə, bəziləri isə xəlifəliyə namizəd olmuşlar. Onların hər biri digərinin oğludur. Onlar Həsən (İmam Həsən Əskəri) ibn Əli (İmam Hadi) ibn Muhəmməd (İmam Muhəmməd Təqi) ibn Əli (İmam Rza) ibn Musa (İmam Musa Kazim) ibn Cəfər (İmam Sadiq) ibn Muhəmməd (İmam Baqir) ibn Əli (İmam Səccad) ibn Huseyn ibn Əlidir (əleyhimussalam). Nə ərəb, nə də əcəm evlərinin heç birində bu cür bir şey (fəzilət və böyüklükdə imamlar kimi olmaq) baş verməmişdir”.[1]

2.İbn Ərəbi (vəfat-638 h.q.)

İbn Ərəbi İmam Cavad (əleyhissalam) haqqında yazır:

وعلى باب الله المفتوح , وكتاب الله المشروح , ماهیة الماهیات، مطلق المقیدات، وسر السریات الوجود، ظل الله الممدود، المنطبع فی مرآة العرفان، والمنقطع مِن نیله حبل الوجدان، غواص بحر القدم، محیط الفضل والكرم، حامل سر الرسول محمد بن علی الجواد (علیه السلام)

“(Salam olsun) Allahın açıq olan qapısına, şərh olunmuş kitabına, həqiqətlərin həqiqətinə, hər bir qeydlənmişin mütləqinə, vücud aləminin sirlərinin sirrinə, Allahın uzanmış kölgəsinə, irfan güzgüsündə nəqş olunmuşa, o kəsə ki, vicdan ipi ona çata bilməz (bu söz uca məqamından kinayədir), qədimlik dəryasının (ilahi dəryanın) dalğıcına, fəzilət və kəraməti əhatə edənə, Peyğəmbərin (sallallahu əleyhi və alih) sirrini daşıyana...Muhəmməd ibn Əli Cavada”[2]

3.Muhəmməd ibn Təlhə (vəfat-652 h.q.)

Şafei alimlərindən olan Muhəmməd ibn Təlhə İmamı bu cür vəsf edir:

.. وهو وإن كان صغیر السن فهو كبیر القدر رفیع الذكر . ثم قال: وأما مناقبه فما اتّسعت حلبات مجالها، ولا امتدّت أوقات آجالها.

“(İmam Cavad) Yaşının az olmasına baxmayaraq qədr və mənzilət baxımından böyük və şəni uca olmuşdur. Onun fəzilətlərinə gəlincə, meydanlar onun fəzilətləri üçün geniş olmamış, zaman isə (bu fəzilətlərin yayılması üçün) uzanmamışdır (İmamın ömrünün az olmasından kinayə edilir)”.[3]

4.Sibtu ibn Covzi (vəfat-654 h.q.)

O, kitabında İmam haqqında məxsusi bir fəsl açır və yazır:

وکان علی منهاج ابیه فی العلم والتقی والزهد والجود ولما مات ابوه قدم علی المامون فاکرمه واعطاه ما کان یعطی اباه

“O, elmdə, təqvada, zöhddə və səxavətdə atasının tutduğu yolu gedirdi. Elə ki, atası öldü Məmunun qarşısına çıxdı və atasının Məmuna əta etdiyini o da əta edirdi”.[4]

5.İbn Teymiyyə (vəfat-728 h.q.)

Vəhhabilərin məşhur alimlərindən biri İbn Teymiyyə İmam haqqında yazır:

«إن محمد بن علی الجواد كان من أعیان بنی هاشم و هو معروف بالسخاء والسؤدد ولهذا سمی الجواد»

“Muhəmməd ibn Əli əl-Cavad Bəni-Haşimin öndə gedən şəxsiyyətlərindən olmuşdur. O, hörmətli və səxavətli olmaqla məşhur idi. Buna görə də Cavad adlanmışdı”.[5]

6.Zəhəbi (vəfat-748 h.q.)

Əhli-sünnənin böyük alimlərindən Şəmsuddin Zəhəbi yazır:

كان یلقب بالجواد، وبالقانع، وبالمرتضى كان من سروات آل بیت النبی صلى الله علیه و سلم ... وكان أحدالموصوفین بالسخاء، ولذلك لقب بالجواد

“O, Cavad, Qani və Murtəza ləqəbləri ilə tanınırdı və Peyğəmbər ailəsinin öndə gedənlərindən idi. Səxavətlə vəsf olunanlardan biri də o idi və buna görə də Cavad ləqəbinə layiq görülmüşdü”.[6]

7.İbn Səbbağ əl-Maliki (vəfat-855 h.q.)

وإن كان صغیر السنّ فهو كبیر القدر رفیع الذكر، القائم بالإمامة بعد علی بن موسى الرضا

“Yaşının az olmasına baxmayaraq qədr və mənzilət baxımından böyük və şəni uca olmuşdur. Əli ibn Musa ər-Rzadan sonra imamət öhdəçiliyinə yiyələnmişdir”.[7]

8.Qurmani (vəfat-1019 h.q.)

وأما مناقبه فما امتدت أوقاتها ولا تأخر میقاتها، بل قضت علیه الأقدار الإلهیة بقلة بقائه فی الدنیا، فقل مقامه وعاجله حمامه، ولم تطل أیامه غیر أن الله عزوجل خصه بمنقبة شریفة وآیة منیفة.

“Onun fəzilətli işləri zaman baxımından uzun çəkmədi və qərarlaşdırılmış vaxtı gecikmədi. Əskinə, Allahın iradəsi bu cür oldu ki, o, bu dünyada az qalsın. (Bu dünyadakı) Məqamı azaldı və (ölüm) quşu onu yaxaladı. Onun günləri uzun çəkmədi. (Bütün bu ədəbi ifadələr İmamın ömrünün az olmasından kinayədir). Allah təala ona şərafətli fəzilət və böyüklük nişanəsi əta etmişdi”.[8]

9.Əbdul-Fəttah Hənəfi Hindi (vəfat-1096 h.q.)

Mərhum Ayətullah Seyid Şahabuddin Mərəşi Nəcəfi “İhqaqul-həqq” kitabında adını qeyd etdiyimiz sünni aliminin “Miftahul-arif” kitabından belə nəql edir:

وكان علیه السلام صاحب الخوارق والكرامة من طفولیته

“(İmam Cavad) Uşaqlığından möcüzə və kəramət sahibi idi”.[9]

10.Şəbravi Şafei (vəfat 1171 h.q.)

وکراماته رضی الله عنه کثیرة ومناقبه شهیرة

“Onun – Allah ondan razı olsun – kəramətləri çox, fəzilətləri isə məşhur idi”.[10]

11.Xeyruddin Zərkəli (vəfat-1410 h.q.)

Zərkəli əhli-sünnənin nəsəbşünas alimlərindən biridir. O, yazır:

«الملقب بالجواد تاسع الائمة الاثنی عشر عند الامامیه کان رفیع القدر کأسلافه ذکیا طلق اللسان قوی البدیهة»

“İmamiyyə firqəsinə görə 12 imamın doqquzuncusudur və Cavad ləqəbiylə ləqəblənmişdir. Qədr və mənzilət baxımından öz sələfləri kimi yüksək olmuşdur. O, zəki biri olmuş, gözəl bəyana sahib və hazırcavab olmuşdur”.[11]   

12.Nəbhani Şafei (vəfat-1350 h.q.)

محمد الجواد بن علی الرضا أحد أکابر الائمة ومصابیح الامة من ساداتنا أهل البیت

“Muhəmməd əl-Cavad ibn Əli ər-Rza imamların böyüklərindən biri və seyidlərimiz Əhli-beytdən olan ümmətin hidayət çırağı olmuşdur”.[12]

Bizim kitablarda yazılanlar və müxaliflərimizin İmam Muhəmməd Təqi (əleyhissalam) haqqında dedikləri onun fəzilətlərindən bir zərrə belə deyildir. Allah bizi İmam Cavadın və onun pak əcdadının (əleyhissalam) yolunda sabitqədəm etsin.

“Vəliyyi-əsr” təhqiqat müəssisəsi

Tərcümə etdi: Baqir Cəfəri

Besiret.az

 

[1] “Rəsailul-Cahiz”, səh.453, “Hilal” nəşriyyatı, Beyrut, 2002 miladi

[2] Ayətullah Seyid Şahabuddin Mərəşi Nəcəfi, “İhqaqul-həqq”, c.29, səh.21

[3] “Mətalibus-suul fi mənaqibi alir-Rasul”, səh.467-458

[4] “Təzkirətul-xəvas”, səh.358-359

[5] “Minhacus-sunnətin-nəbəviyyə”, c.4, səh.68

[6] “Tarixul-İslam”, c.15, səh.385

[7] “əl-Fusulul-muhimmə fi mərifətil-əimmə”, c.2, səh.103

[8] “Əxbarud-duvəl”, c.1, səh.346

[9] “İhqaqul-həqq”, c.19, səh.585

[10] “əl-İthaf”, səh.65

[11] “əl-Əlam”, c.6, səh.272

[12] “Cameu kəramatil-ovliya”, səh.168