Mübarək Ramazan ayının gündəlik duaları

Mübarək Ramazan ayının gündəlik duaları

2018-05-17 2470

Mübarək Ramazan ayının gündəlik duaları

1-ci günün duası:

اللَّهُمَّ اجْعَلْ صِيَامِي فِيهِ صِيَامَ الصَّائِمِينَ وَ قِيَامِي فِيهِ قِيَامَ الْقَائِمِينَ وَ نَبِّهْنِي فِيهِ عَنْ نَوْمَةِ الْغَافِلِينَ وَ هَبْ لِي جُرْمِي فِيهِ يَا إِلَهَ الْعَالَمِينَ وَ اعْفُ عَنِّي يَا عَافِيا عَنِ الْمُجْرِمِينَ

İlahi, bu gün mənim orucumu oruc tutanların orucundan və durub Sənə ibadət etməyimi ibadət edənlərin ibadətindən hesab et. Məni qəflətdə yatanların yuxusundan oyat. Bu gündə günahlarımı mənə bağışla, ey aləmlərin Allahı. Məni əfv et, ey günahkarları əfv edən!

2-ci günün duası:

اللَّهُمَّ قَرِّبني فيهِ إلى مَرضاتِكَ، وَجَنِّبني فيهِ مِن سَخَطِكَ وَنَقِماتِكَ، وَوَفِّقني فيهِ لِقِراءَة آياتِكَ، بِرَحمَتِكَ يا أرحَمَ الرَّاحِمينَ.

İlahi, bu gün məni razı olduğun əməllərə yaxın et. Məni Öz qəzəbindən və əzabından uzaqlaşdır. Məni Quranın ayələrini oxumağa nail et. Öz rəhmətinə xatir, ey rəhm edənlərin ən rəhmlisi!

3-cü günün duası:
اللَّهُمَّ ارْزُقْنِي فِيهِ الذِّهْنَ وَ التَّنْبِيهَ وَ بَاعِدْنِي فِيهِ مِنَ السَّفَاهَةِ وَ التَّمْوِيهِ وَ اجْعَلْ لِي نَصِيبا مِنْ كُلِّ خَيْرٍ تُنْزِلُ فِيهِ بِجُودِكَ يَا أَجْوَدَ الْأَجْوَدِينَ

İlahi, bu gün mənə yaxşı düşünmək və ayıq fikir ver. Məni ağılsız və səfeh işlərdən uzaq et. Bu gün nazil etdiyin hər bir xeyirdən mənə pay ayır. Öz səxavətinə xatir, ey səxavətlilərin ən səxavətlisi!

4-cü günün duası:

للَّهُمَّ قَوِّنِي فِيهِ عَلَى إِقَامَةِ أَمْرِكَ وَ أَذِقْنِي فِيهِ حَلاوَةَ ذِكْرِكَ وَ أَوْزِعْنِي فِيهِ لِأَدَاءِ شُكْرِكَ بِكَرَمِكَ وَ احْفَظْنِي فِيهِ بِحِفْظِكَ وَ سِتْرِكَ يَا أَبْصَرَ النَّاظِرِينَ

İlahi, Sənin əmrini yerinə yetirmək üçün mənə qüvvət ver. Səni zikr və yad etməyin şirinliyini mənə dadızdır. Öz kərəminlə məni şükr etməyə hazır et. Məni Öz hifzinlə və pis işlərdən qoruyan örtüyünlə qoru. Ey görənlərin ən yaxşı görəni!
5-ci günün duası:

اللَّهُمَّ اجْعَلْنِي فِيهِ مِنَ الْمُسْتَغْفِرِينَ وَ اجْعَلْنِي فِيهِ مِنْ عِبَادِكَ الصَّالِحِينَ الْقَانِتِينَ وَ اجْعَلْنِي فِيهِ مِنْ أَوْلِيَائِكَ الْمُقَرَّبِينَ

 بِرَأْفَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

İlahi, məni bu gün tövbə və istiğfar edənlərdən qərar ver. Məni təvazökar və saleh bəndələrindən qərar ver. Məni bu gün Sənə yaxın olan bəndələrindən qərar ver. Öz mərhəmətinə xatir, ey mərhəmət edənlərin ən mərhəmətlisi!

6-cı günün duası:
اللَّهُمَّ لا تَخْذُلْنِي فِيهِ لِتَعَرُّضِ مَعْصِيَتِكَ وَ لا تَضْرِبْنِي بِسِيَاطِ نَقِمَتِكَ وَ زَحْزِحْنِي فِيهِ مِنْ مُوجِبَاتِ سَخَطِكَ بِمَنِّكَ وَ أَيَادِيكَ يَا مُنْتَهَى رَغْبَةِ الراغبين

İlahi, məni bu gün Sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə. Qəzəb şallaqları ilə məni vurma. Məni bu gün qəzəbinə səbəb olan günahlardan uzaqlaşdır. Öz minnət və nemətlərinə xatir, ey arzu edənlərin son arzusu.

7-ci günün duası:

للَّهُمَّ أَعِنِّي فِيهِ عَلَى صِيَامِهِ وَ قِيَامِهِ وَ جَنِّبْنِي فِيهِ مِنْ هَفَوَاتِهِ وَ آثَامِهِ وَ ارْزُقْنِي فِيهِ ذِكْرَكَ بِدَوَامِهِ بِتَوْفِيقِكَ يَا هَادِيَ الْمُضِلِّينَ 

İlahi, mənə bu günün orucunu tutmaqda və yaxşı əməllər yerinə yetirməkdə kömək ol! Məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır. Məni Səni daim yad etməkdə müvəffəq et. Öz tovfiq əta etməyinə xatir, ey yolunu azmışlara yolgöstərən!

8-ci günün duası:

اللَّهُمَّ ارْزُقْنِي فِيهِ رَحْمَةَ الْأَيْتَامِ وَ إِطْعَامَ الطَّعَامِ وَ إِفْشَاءَ السَّلامِ وَ صُحْبَةَ الْكِرَامِ بِطَوْلِكَ يَا مَلْجَأَ الْآمِلِينَ 

İlahi, bu gün məni yetimlərə rəhm edən və Sənin yolunda yoxsullara yemək bəxşiş edən və salam verənlərdən qərar ver. Məni kəramətli və yaxşı insanlarla yoldaş et. Öz fəzlinə xatir, ey arzu edənlərin sığınacaq və pənahı!

9-cu günün duası:

اللَّهُمَّ اجْعَلْ لِي فِيهِ نَصِيبا مِنْ رَحْمَتِكَ الْوَاسِعَةِ وَ اهْدِنِي فِيهِ لِبَرَاهِينِكَ السَّاطِعَةِ وَ خُذْ بِنَاصِيَتِي إِلَى مَرْضَاتِكَ الْجَامِعَةِ بِمَحَبَّتِكَ يَا أَمَلَ الْمُشْتَاقِينَ 

İlahi, mənə bu gün Öz geniş rəhmətini qismət et və məni aydın, qüdrətli dəlilərinlə hidayət et, məni istədiyin əməllərin hamısına müvəffəq et. Öz məhəbbətinə xatir, ey istəklilərin yüksək arzusu!

10-cu günün duası:

اللَّهُمَّ اجْعَلْنِي فِيهِ مِنَ الْمُتَوَكِّلِينَ عَلَيْكَ وَ اجْعَلْنِي فِيهِ مِنَ الْفَائِزِينَ لَدَيْكَ وَ اجْعَلْنِي فِيهِ مِنَ الْمُقَرَّبِينَ إِلَيْكَ بِإِحْسَانِكَ يَا غَايَةَ الطَّالِبِينَ

İlahi, bu gün məni Sənə təvəkkül edənlərdən qərar ver. Bu gün Sənin hüzurunda feyzə çatanlardan qərar ver. Məni yaxın bəndələrindən qərar ver. Öz ehsanına xatir, ey istəyənlərin son istəyi!

11-ci günün duası:

اللَّهُمَّ حَبِّبْ إِلَيَّ فِيهِ الْإِحْسَانَ وَ كَرِّهْ إِلَيَّ فِيهِ الْفُسُوقَ وَ الْعِصْيَانَ وَ حَرِّمْ عَلَيَّ فِيهِ السَّخَطَ وَ النِّيرَانَ بِعَوْنِكَ يَا غِيَاثَ الْمُسْتَغِيثِينَ 

İlahi, bu gün mənə yaxşı əməlləri sevdir, məndə günah və əxlaqsızlığa qarşı nifrət oyat. Mənə qəzəb və cəhənnəm atəşini haram et! Öz yardımına xatir, ey pənahsızların ən ulu pənahı!

12-ci günün duası:

اللَّهُمَّ زَيِّنِّي فِيهِ بِالسِّتْرِ وَ الْعَفَافِ وَ اسْتُرْنِي فِيهِ بِلِبَاسِ الْقُنُوعِ وَ الْكَفَافِ وَ احْمِلْنِي فِيهِ عَلَى الْعَدْلِ وَ الْإِنْصَافِ وَ آمِنِّي فِيهِ مِنْ كُلِّ مَا أَخَافُ بِعِصْمَتِكَ يَا عِصْمَةَ الْخَائِفِينَ 

İlahi, bu gün məni günahlardan qorunmaq və iffətli olmaqla zinətləndir. Mənə qənaət və kifayət libasını geyindir. Məni bu gün ədalət və insafla yaşamaqda müvəffəq et. Məni qorxduğum işlərdən amanda saxla. Öz ismətinə xatir, ey qorxanların gözətçisi!

13-cü günün duası:

اللَّهُمَّ طَهِّرْنِي فِيهِ مِنَ الدَّنَسِ وَ الْأَقْذَارِ وَ صَبِّرْنِي فِيهِ عَلَى كَائِنَاتِ الْأَقْدَارِ وَ وَفِّقْنِي فِيهِ لِلتُّقَى وَ صُحْبَةِ الْأَبْرَارِ بِعَوْنِكَ يَا قُرَّةَ عَيْنِ الْمَسَاكِينِ

İlahi, bu gün məni çirkin əməl və pis işlərdən pak et. Bu gün qarşımıza çıxan hər bir asan və ya çətin işə qarşı səbir və dözüm ver. Məni təqvalı və yaxşı insanlarla yoldaşlıq etməyə müvəffəq et. Öz yardımına xatir, ey yoxsulların gözünün işığı!

14-cü günün duası:

اللَّهُمَّ لا تُؤَاخِذْنِي فِيهِ بِالْعَثَرَاتِ وَ أَقِلْنِي فِيهِ مِنَ الْخَطَايَا وَ الْهَفَوَاتِ وَ لا تَجْعَلْنِي فِيهِ غَرَضا لِلْبَلايَا وَ الْآفَاتِ بِعِزَّتِكَ يَا عِزَّ الْمُسْلِمِينَ 

İlahi, bu gün məni azğınlıqlarıma görə məzəmmət etmə. Bu gün xəta və günahlarıma güzəşt et. Məni bəlalara hədəf tutma, öz izzətinə xatir, ey müsəlmanların izzəti!

15-ci günün duası:

اللَّهُمَّ ارْزُقْنِي فِيهِ طَاعَةَ الْخَاشِعِينَ وَ اشْرَحْ فِيهِ صَدْرِي بِاِنَّابَةِ الْمُخْبِتِينَ بِأَمَانِكَ يَا أَمَانَ الْخَائِفِينَ 

İlahi, bu gün mənə Sənə həqiqi baş əyənlərin itaətini nəsib et. Sənə yaxşı bəndələr kimi tövbə etməklə qəlbimi genişləndir. Öz əminliyinə xatir, ey qorxanlara aman verən!

16-cı günün duası:

اللَّهُمَّ وَفِّقْنِي فِيهِ لِمُوَافَقَةِ الْأَبْرَارِ وَ جَنِّبْنِي فِيهِ مُرَافَقَةَ الْأَشْرَارِ وَ آوِنِي فِيهِ بِرَحْمَتِكَ إِلَى [فِي]‏ دَارِ الْقَرَارِ بِإِلَهِيَّتِكَ يَا إِلَهَ الْعَالَمِينَ

İlahi, bu gün məni yaxşı adamlarla dostluq etməyə müvəffəq et. Bu gün məni pis insanlar rəfiq olmaqdan  uzaq et. Öz rəhmətinlə məni əbədi məkan olan behiştində məskunlaşdır. Öz Allahlığına xatir, ey aləmlərin İlahı!

17-ci günün duası:

اللَّهُمَّ اهْدِنِي فِيهِ لِصَالِحِ الْأَعْمَالِ وَ اقْضِ لِي فِيهِ الْحَوَائِجَ وَ الْآمَالَ يَا مَنْ لا يَحْتَاجُ إِلَى التَّفْسِيرِ وَ السُّؤَالِ يَا عَالِما بِمَا فِي صُدُورِ الْعَالَمِينَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِينَ

İlahi, bu gün məni yaxşı əməllərə yönəlt. Bu gün mənim bütün arzu və ehtiyaclarımı ödə. Ey sual və izaha ehtiyacı olmayan! Ey aləmlərin qəlbində olanları bilən, Məhəmməd və onun pak Əhli-beytinə salavat (rəhmət) göndər!

18-ci günün duası:

اللَّهُمَّ نَبِّهْنِي فِيهِ لِبَرَكَاتِ أَسْحَارِهِ وَ نَوِّرْ فِيهِ قَلْبِي بِضِيَاءِ أَنْوَارِهِ وَ خُذْ بِكُلِّ أَعْضَائِي إِلَى اتِّبَاعِ آثَارِهِ بِنُورِكَ يَا مُنَوِّرَ قُلُوبِ الْعَارِفِينَ

İlahi, bu Ramazan ayının səhərlərinin bərəkəti üçün məni oyat. Bu gün bu ayın nuru ilə qəlbimi işıqlandır. Mənim bütün bədən üzvlərimi bu ayda olan gözəl əməlləri yerinə yetirməyə müvəffəq et. Öz nuruna xatir, ey ariflərin qəlblərini nurlandıran Allah!

19-cu günün duası:                                                                       

اللَّهُمَّ وَفِّرْ فِيهِ حَظِّي مِنْ بَرَكَاتِهِ وَ سَهِّلْ سَبِيلِي إِلَى خَيْرَاتِهِ وَ لا تَحْرِمْنِي قَبُولَ حَسَنَاتِهِ يَا هَادِيا إِلَى الْحَقِّ الْمُبِينِ 

İlahi, Ramazan ayında olan bərəkətlərdən mənim qismətimi artıq et. Mənim yolumu bu ayın xeyirlərinə doğru asanlaşdır. Məni bu ayın yaxşı əməllərinin qəbul olunmasından məhrum etmə. Ey açıq-aşkar haqqın tərəfinə hidayət edən!

20-ci günün duası:

اللَّهُمَّ افْتَحْ لِي فِيهِ أَبْوَابَ الْجِنَانِ وَ أَغْلِقْ عَنِّي فِيهِ أَبْوَابَ النِّيرَانِ وَ وَفِّقْنِي فِيهِ لِتِلاوَةِ الْقُرْآنِ يَا مُنْزِلَ السَّكِينَةِ فِي قُلُوبِ الْمُؤْمِنِينَ

İlahi, bu gün mənim üçün behişt qapılarını aç və cəhənnəm qapılarını bağla. Bu gün məni Quran oxumağa müvəffəq et. Ey möminlərin qəlblərinə aramlıq bəxş edən!

21-ci günün duası:

اللَّهُمَّ اجْعَلْ لِي فِيهِ إِلَى مَرْضَاتِكَ دَلِيلا وَ لا تَجْعَلْ لِلشَّيْطَانِ فِيهِ عَلَيَّ سَبِيلا وَ اجْعَلِ الْجَنَّةَ لِي مَنْزِلا وَ مَقِيلا يَا قَاضِيَ حَوَائِجِ الطَّالِبِينَ

İlahi, bu gün Öz istəkli əməllərinin yolunu mənə göstər. Şeytanın bu gün mənə qalib etmə. Məni cənnətdə məskunlaşdır və onu mənim üçün bir məskən qərar ver. Ey istəkləri olan bəndələrin ehtiyacını ödəyən!

22-ci günün duası:

اللَّهُمَّ افْتَحْ لِي فِيهِ أَبْوَابَ فَضْلِكَ وَ أَنْزِلْ عَلَيَّ فِيهِ بَرَكَاتِكَ وَ وَفِّقْنِي فِيهِ لِمُوجِبَاتِ مَرْضَاتِكَ وَ أَسْكِنِّي فِيهِ بُحْبُوحَاتِ جَنَّاتِكَ يَا مُجِيبَ دَعْوَةِ الْمُضْطَرِّينَ

İlahi, bu gün Öz ehsan və kərəm qapılarını mənim üzümə aç və Öz bərəkətini mənə nazil et. Məni bu gün Sənin razılığına səbəb olan əməlləri yerinə yetirməyə müvəffəq et. Məni Öz cənnətinin ən gözəl yerində məskunlaşdır. Ey çarəsizlərin duasını qəbul edən!

23-cügünün duası:

اللَّهُمَّ اغْسِلْنِي فِيهِ مِنَ الذُّنُوبِ وَ طَهِّرْنِي فِيهِ مِنَ الْعُيُوبِ وَ امْتَحِنْ قَلْبِي فِيهِ بِتَقْوَى الْقُلُوبِ يَا مُقِيلَ عَثَرَاتِ الْمُذْنِبِينَ 

İlahi, bu gün mənim günahlarımı yu, çirkin və eyibli işlərdən təmizlə, qəlbimə qəlblərə aid olan təqva ilə qurtuluş ver! Ey günahkarların tövbəsini qəbul edən!

24-ci günün duası:

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ فِيهِ مَا يُرْضِيكَ وَ أَعُوذُ بِكَ مِمَّا يُؤْذِيكَ وَ أَسْأَلُكَ التَّوْفِيقَ فِيهِ لِأَنْ أُطِيعَكَ وَ لا أَعْصِيَكَ يَا جَوَادَ السَّائِلِينَ

İlahi, bu gün Səndən, Səni razı salan əməlləri istəyirəm və Səni qəzəbləndirən əməllərdən Sənə pənah aparıram. Səndən istəyirəm ki, bu gün məni, Sənə itaət etməyə və günahdan çəkinməyə müvəffəq edəsən. Ey hacəti olanlara qarşı səxavətli olan!

25-ci günün duası:

اللَّهُمَّ اجْعَلْنِي فِيهِ مُحِبّا لِأَوْلِيَائِكَ وَ مُعَادِيا لِأَعْدَائِكَ مُسْتَنّا بِسُنَّةِ خَاتَمِ أَنْبِيَائِكَ يَا عَاصِمَ قُلُوبِ النَّبِيِّين

İlahi, məni bu gün dostlarını istəyən, düşmənlərini düşmən bilən, sonuncu Peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlblərini qoruyan!

26-cıgünün duası:

اللَّهُمَّ اجْعَلْ سَعْيِي فِيهِ مَشْكُورا وَ ذَنْبِي فِيهِ مَغْفُورا وَ عَمَلِي فِيهِ مَقْبُولا وَ عَيْبِي فِيهِ مَسْتُورا يَا أَسْمَعَ السَّامِعِينَ 

İlahi, bu gün mənim səyimi bəyənmiş, günahımı bağışlanmış, əməlimi qəbul olunmuş və eybimi örtülmüş qərar ver. Ey eşidənlərin ən yaxşı eşidəni!

27-ci günün duası:

اللَّهُمَّ ارْزُقْنِي فِيهِ فَضْلَ لَيْلَةِ الْقَدْرِ وَ صَيِّرْ أُمُورِي فِيهِ مِنَ الْعُسْرِ إِلَى الْيُسْرِ وَ اقْبَلْ مَعَاذِيرِي وَ حُطَّ عَنِّيَ الذَّنْبَ وَ الْوِزْرَ يَا رَءُوفا بِعِبَادِهِ الصَّالِحِينَ

İlahi, bu gün “qədr” gecəsinin fəzilətini mənə nəsib et, bütün çətinliklərimi asanlaşdır, mənim üzrlərimi qəbul et, günahlarımı təmizlə və çirkin əməllərin ağırlığından mənə nicat ver. Ey saleh bəndələrə mehriban olan!

28-ci günün duası:

اللَّهُمَّ وَفِّرْ حَظِّي فِيهِ مِنَ النَّوَافِلِ وَ أَكْرِمْنِي فِيهِ بِإِحْضَارِ الْمَسَائِلِ وَ قَرِّبْ فِيهِ وَسِيلَتِي إِلَيْكَ مِنْ بَيْنِ الْوَسَائِلِ يَا مَنْ لا يَشْغَلُهُ إِلْحَاحُ الْمُلِحِّينَ

İlahi, bu gün məni müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və arzularımı yerinə yetirməklə məni əziz tut. Bu gün Sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır. Ey istəyi olanların israrı və çox təmənna etmələri onu haqdan geri qoymayan Allah!

29-cu günün duası:

اللَّهُمَّ غَشِّنِي فِيهِ بِالرَّحْمَةِ وَ ارْزُقْنِي فِيهِ التَّوْفِيقَ وَ الْعِصْمَةَ وَ طَهِّرْ قَلْبِي مِنْ غَيَاهِبِ التُّهَمَةِ يَا رَحِيما بِعِبَادِهِ الْمُؤْمِنِينَ

İlahi, bu gün məni Öz rəhmətinlə əhatə et, mənə uğur və paklıq nəsib et, qəlbimi şübhəli işlər və töhmətli əməllərdən təmizlə, ey mömin bəndələrinə rəhm edən!

30-cı günün duası:

اللَّهُمَّ اجْعَلْ صِيَامِي فِيهِ بِالشُّكْرِ وَ الْقَبُولِ عَلَى مَا تَرْضَاهُ وَ يَرْضَاهُ الرَّسُولُ مُحْكَمَةً فُرُوعُهُ بِالْأُصُولِ بِحَقِّ سَيِّدِنَا مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِينَ وَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

İlahi, bu ayda mənim orucumu Özun və Peyğəmbərinin razı olduğu kimi mükafatlandırıb qəbul et. Ağamız Muhəmməd (s) və onun pak Əhli-beytinə xatir. Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur!

besiret.az