3. Öldürülməkdən qorxmaq
Tarixdən də məlum olduğu kimi zəmanə Sahibinin (ə.f.) qeybə çəkilməsinin zahiri səbəbi onun öldürülməkdən qorxmasıdır. Onun (ə.f.) düşmənləri İmamı öldürməyə çalışaraq nurunu söndürmək və bu mübarək nəsli (əleyhimus-səlam) kəsmək istəmişlər. Bu barədə hədis kitablarımızda da bir çox rəvayətlər gəlmişdir. Misal olaraq onlardan bir neçəsini qeyd edirik.
عَنْ زُرَارَةَ قَالَ: سَمِعْتُ أَبَا جَعْفَرٍ ع يَقُولُ إِنَّ لِلْقَائِمِ غَيْبَةً قَبْلَ ظُهُورِهِ قُلْتُ وَ لِمَ قَالَ يَخَافُ وَ أَوْمَى بِيَدِهِ إِلَى بَطْنِهِ قَالَ زُرَارَةُ يَعْنِي الْقَتْلَ.
“Zürarə deyir: İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: “ Qaimin (ə.f.) aşkar olmasından öncə qeybi vardır.” Soruşdum: “Nə üçün?” İmam (ə) buyurdu: “Qorxduğu üçün.” Zürarə deyir: “İmam (ə) əli ilə qarnına işarə edirdi. Yəni öldürülməkdən qorxduğu üçün.”[1]
İmam Sadiq (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:
قَالَ رَسُولُ اللَّهِ ص لَا بُدَّ لِلْغُلَامِ مِنْ غَيْبَةٍ فَقِيلَ لَهُ وَ لِمَ يَا رَسُولَ اللَّهِ قَالَ يَخَافُ الْقَتْلَ.
“ Oğlan (Qaim (ə.f.)) üçün qeybin olması labüddür. Soruşuldu: “Nəyə görə ey Allahın rəsulu?” Peyğəmbər (s) buyurdu: “Öldürülməkdən qorxduğu üçün.”[2]
Başqa bir hədisdə Zürarə (r) nəql edir ki, İmam Sadiq (ə) buyurur:
قَالَ أَبُو عَبْدِ اللَّهِ ع لَا بُدَّ لِلْغُلَامِ مِنْ غَيْبَةٍ قُلْتُ وَ لِمَ قَالَ يَخَافُ وَ أَوْمَأَ بِيَدِهِ إِلَى بَطْنِهِ وَ هُوَ الْمُنْتَظَرُ وَ هُوَ الَّذِي يَشُكُّ النَّاسُ فِي وِلَادَتِهِ فَمِنْهُمْ مَنْ يَقُولُ حَمْلٌ وَ مِنْهُمْ مَنْ يَقُولُ مَاتَ أَبُوهُ وَ لَمْ يُخَلِّفْ وَ مِنْهُمْ مَنْ يَقُولُ وُلِدَ قَبْلَ مَوْتِ أَبِيهِ بِسَنَتَيْنِ قَالَ زُرَارَةُ فَقُلْتُ وَ مَا تَأْمُرُنِي لَوْ أَدْرَكْتُ ذَلِكَ الزَّمَانَ قَالَ ادْعُ اللَّهَ بِهَذَا الدُّعَاءِ- اللَّهُمَّ عَرِّفْنِي نَفْسَكَ فَإِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي نَفْسَكَ لَمْ أَعْرِفْكَ اللَّهُمَّ عَرِّفْنِي نَبِيَّكَ فَإِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي نَبِيَّكَ لَمْ أَعْرِفْهُ قَطُّ اللَّهُمَّ عَرِّفْنِي حُجَّتَكَ فَإِنَّكَ إِنْ لَمْ تُعَرِّفْنِي حُجَّتَكَ ضَلَلْتُ عَنْ دِينِي:" قَالَ أَحْمَدُ بْنُ الْهِلَالِ سَمِعْتُ هَذَا الْحَدِيثَ مُنْذُ سِتٍّ وَ خَمْسِينَ سَنَةً"
“Oğlan üçün ( Qaim ə.f.) bir qeybin olması labüddür.” (Zürarə deyir) Dedim: “Nəyə görə?” İmam (ə) buyurdu: “Öldürülməkdən qorxur” və əli ilə qarnına işarə etdi. (Ardıyca buyurdu) O, Muntəzərdir (Gözlənilən şəxsdir). O, dünyaya gəlməsi barədə insanların şəkkə düşəcəyi kəsdir. İnsanlardan bəziləri deyəcək “O, doğulacaq.” Bəziləri isə deyəcək:“ Atası ölüb və özündən sonra xələf qoymayıb. (Yəni belə bir şəxs yoxdur)” Bəziləri isə deyəcək:“Atasnın ölümündən iki il öncə dünyaya gəlib.” Zürarə dedi ki, (İmama ə) dedim: “Əgər o zamana yetişsəm nə etməyimi əmr edirsən?” İmam (ə) buyurdu:“Bu duanı et:“İlahi, mənə özünü tanıtdır. Əgər sən mənə özünü tanıtdırmasan səni tanıya bilmərəm (bəzi hədislərdə: “Peyğəmbərini tanıya bilmərəm”) İlahi, mənə Peyğəmbərini tanıtdır. Əgər sən onu mənə bildirməsən mən əsla onu tanıya bilmərəm (bəzi hədislərdə “Höccətini tanıya bilmərəm”). İlahi, mənə höccətini tanıtdır. Əgər sən onu mənə tanıtdırmasan dinimdə zəlalətə uğrayaram (dinimdən azaram).”...”[3]
Məqalənin əvvəlində də qeyd etdiyimiz kimi, qeybin səbəbinin məlum olmaması bəzi alimlərimizin fikridir. Bu məqalə Ayətullah Safi Qulpeyqaninin kitabı (kitabda “qeybin səbəbi fəsli”) əsasında hazırlandığı üçün biz əvvəldə Şeyxin nəzərini qeyd etmiş və müəyyən izah və əlavələr etməklə birlikdə əsasən onun sözlərinə yer vermişik. Lakin bəzi alimlərimiz İmam Zamanın (Allah zühurunu tezləşdirsin) qeybə çəkilməsi məsələsində öldürülməkdən qorxmasını əsas səbəb bilmişlər. Məsələn Şeyx Tusi “Əl-Ğeybə” əsərində İmamın (ə.f.) zühuruna maneə olan səbəb fəsli açır və deyir ki, “onun zühuruna maneə olan tək səbəb öldürülməkdən qorxmasıdır.”[4] Qorxu aradan gedib öldürülmə təhlükəsi sovuşduqda İmam (Allah zühurun tezləşdirsin) zahir olacaq.
Burada qeyd edilməli digər bir məsələ də bundan ibarətdir ki, İmamın (ə.f.) can qorxusu məsələsi sırf onun nəfsi qorxusu mənasında deyildir. Əksinə burada can qorxusu daha böyük bir fəsadın qarşısının alınması üçündür. O da, İlahi imamətin yer üzündən kəsilməsidir. Məlumdur ki, İmam Zamanın (ə.f.) digər imamlardan əsas fərqlərindən biri onun qiyam edəcək olması və yer üzünü ədalətlə doldurmasıdır. Bu da dövrünün hakimlərinin onu öldürmək istəməsinə yol açır. Onun (ə.f.) öz hakimiyyətləri üçün təhdid olduğunu bilirlər. Buna görə ilk fürsətdə bu işə cəhd edəcəkdilər. Bu iş baş versə və İmam (ə.f.) qətlə yetirilsə yer ilə olan İlahi rabitə aradan gedər və İlahi höccətlər yer üzərindən kəsilərdi. Çünki ondan sonra bir imam olmayacaq, bir peyğəmbər gəlməyəcək. İmamın da (ə.f.) əsl qorxduğu məsələ budur. Bu onun öldürülməsinin nəticəsidir.
Sual oluna bilər ki, bəs nə üçün digər İmamlar (ə) aşkarda olduqları halda, İmam Zaman (ə.f.) qeybdədir? Halbuki, eyni təhlükə onlar üçün də mövcud idi.
Bu sualın da cavabı əslində yuxarıda yazdıqlarımızdan aydın olur. Digər İmamların (ə) heç birinin qiyam edib yer üzünü ədalətlə doldurmaq kimi bir vəzifəsi mövcud deyildi. Ona görə də zəmanə hakimləri üçün elə də böyük təhlükə ərz etmədikləri üçün onlara bir müddət toxunmamış, daha sonra şəhid etmişlər. Lakin İmam Rzadan (ə) sonrakı İmamlar (ə) daha öncəki İmamlara (ə) nisbətdə daha çox təqib edilmiş, zülmlərə məruz qalmışdır. Belə ki, onların hər biri cavan yaşlarında şəhid edilmişlər. Hakimlər hədislərdə gələn, yer üzünü ədalətlə dolduracaq İmamın (ə.f.) on ikinci İmam (ə) olacağını bildikləri üçün məxsusən bu dövrdə onlara (ə) zülmləri artırmışlar. İmam Həsən Əskərini (ə) tam nəzarətdə saxlamışdılar ki, dünyaya bir övladı gəldiyi təqdirdə onu qətl etsinlər. Bütün bu hallar İmam Zamanın (ə.f.) gizlin şəkildə dünyaya gəlməsinin zəruri olduğunu və qeybinin labüd olduğunu göstərir. Allah Əhli-beytə (ə) zülm edənlərə lənət etsin.
4. Boynunda heç bir şəxsin beyəti olmasın.
Qeybətin məqsəd və məsləhətlərini bəyan edən bir çox rəvayətlərdə bunlardan biri olaraq göstərilmişdir ki, imam (ə.f.) qeybə çəkilməsi sayəsində zühur edəcəyi vaxt boynunda heç bir hakimin beyəti olmasın.
Məqalənin əvvəlində də qeyd edilən, İmam Zamana (ə.f.) nisbət verilən məktubun ardında İmam (ə.f.) buyurur:
إِنَّهُ لَمْ يَكُنْ لِأَحَدٍ مِنْ آبَائِي ع إِلَّا وَ قَدْ وَقَعَتْ فِي عُنُقِهِ بَيْعَةٌ لِطَاغِيَةِ زَمَانِهِ وَ إِنِّي أَخْرُجُ حِينَ أَخْرُجُ وَ لَا بَيْعَةَ لِأَحَدٍ مِنَ الطَّوَاغِيتِ فِي عُنُقِي
“...Mənim atalarımdan hər birinin boynunda öz zəmanələrinin zalım hakimlərinin beyəti var idi. Həqiqətən də mən qiyam etdiyim zaman boynumda heç bir zalım hakimin beyəti olmayacaq...”[5]
Buradan da aydın olur ki, qeybə çəkilmənin məsləhətlərindən biri də heç bir hakimin boynunda beyəti olmamasıdır.
قَالَ حَدَّثَنَا عَلِيُّ بْنُ الْحَسَنِ بْنِ عَلِيِّ بْنِ فَضَّالٍ عَنْ أَبِيهِ عَنْ أَبِي الْحَسَنِ عَلِيِّ بْنِ مُوسَى الرِّضَا ع أَنَّهُ قَالَ: كَأَنِّي بِالشِّيعَةِ عِنْدَ فَقْدِهِمُ الثَّالِثَ مِنْ وُلْدِي كالنعم يَطْلُبُونَ الْمَرْعَى وَ لَا يَجِدُونَهُ قُلْتُ لَهُ وَ لِمَ ذَلِكَ يَا ابْنَ رَسُولِ اللَّهِ قَالَ لِأَنَّ إِمَامَهُمْ يَغِيبُ عَنْهُمْ قُلْتُ وَ لِمَ قَالَ لِئَلَّا يَكُونَ فِي عُنُقِهِ لِأَحَدٍ بَيْعَةٌ إِذَا قَامَ بِالسَّيْفِ.
“...Əli ibn Həsən ibn Əli ibn Fəzzaldan, o da atasından İmam Rza (ə)-ın belə dediyini rəvayət edir: “Mən sanki şiələri övladlarımdan üçüncünü itirən zamanda görürəm. Otlaq tələb edib lakin onu tapmayan dördayaqlı kimidirlər.” Dedim:“Bu nəyə görədir, ey Rəsulullahın (s) övladı?” İmam (ə) buyurdu: “Çünki imamları onlardan gizli olar.” Dedim:“Nə üçün?” İmam (ə) dedi: “Çünki qılıncla qiyam etdiyi zaman boynunda heç kəsin beyəti olmasın.”[6]
إِبْرَاهِيمَ بْنِ عُمَرَ الْيَمَانِيِّ قَالَ سَمِعْتُ أَبَا جَعْفَرٍ ع يَقُولُ إِنَ لِصَاحِبِ هَذَا الْأَمْرِ غَيْبَتَيْنِ وَ سَمِعْتُهُ يَقُولُ لَا يَقُومُ الْقَائِمُ وَ لِأَحَدٍ فِي عُنُقِهِ بَيْعَةٌ.
“İbrahim ibn Ömər əl-Yəmani dedi: “İmam Baqirin (ə) belə buyurduğunu eşitdim: “Bu işin sahibi üçün iki qeybət vardır.” və eşitdim ki deyir: “Qaim kiminsə boynunda beyəti olduğu halda qiyam etməz.”[7]
أَبِي بَصِيرٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ: صَاحِبُ هَذَا الْأَمْرِ تَغِيبُ وِلَادَتُهُ عَنْ هَذَا الْخَلْقِ كَيْ لَا يَكُونَ لِأَحَدٍ فِي عُنُقِهِ بَيْعَةٌ إِذَا خَرَجَ وَ يُصْلِحُ اللَّهُ عَزَّ وَ جَلَّ أَمْرَهُ فِي لَيْلَةٍ وَاحِدَةٍ.
“Əbu Bəsir İmam Sadiqin (ə) belə buyurduğunu rəvayət edir:“Bu işin sahibinin dünyaya gəlməsi bu camaatdan gizlin baş verəcək ki, zühur etdiyi zaman heç bir boynunda şəxsə beyəti olmasın. İzzət və cəlal sahibi olan Allah onun işlərini bir gecədə səhmana salacaq.”[8]
عَنْ أَبِي عَبْدِ اللَّهِ عَلَيْهِ السَّلَامُ، قَالَ: يُبْعَثُ الْقَائِمُ وَ لَيْسَ فِي عُنُقِهِ بَيْعَةٌ لِأَحَدٍ.
“İmam Sadiq (ə) buyurur:“Qaim (ə.f.) boynunda heç kəsin beyəti olmamış halda göndərilər (zühur edər)”.[9]
عَنْ هِشَامِ بْنِ سَالِمٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ: يَقُومُ الْقَائِمُ وَ لَيْسَ لِأَحَدٍ فِي عُنُقِهِ عَهْدٌ وَ لَا عَقْدٌ وَ لَا بَيْعَة
“Hişam ibn Salim Əbu Əbdillahın (İmam Sadiqin) (ə) belə buyurduğunu rəvayət edir:“Qaim heç bir şəxsə əhdi, əqdi olmadan və heç kəsə beyət etməmiş halda qiyam edər.”[10]
Əllamə Məclisi (r.ə.) “Miratul-uqul”-da hədisi qeyd edib səhih olduğunu bildirir. Daha sonra şərh olaraq yazır:
“Əhd, əqd və beyət yaxın mənalı sözlərdir və bir birini təkidləndirir. Əhddən məqsəd ehtimal ki, zalım xəlifələrə (hakimlərə) riayət etmək və ya edilən vəsiyyət barəsində vəd verməkdir. Deyilər: “Vəsiyyət etdiyi zaman ona əhd-söz verdi.” Yaxud məqsəd İmam Rzada olduğu kimi vilayət barəsində əhd (Məmunun İmam Rzanı ə. Vəliəhd etməsinə işarə edir) verməkdir. Əqddən məqsəd isə sülh və atəşkəs razılaşmasıdır. Necə ki, İmam Həsən (ə) və Müaviyə arasında bağlanmışdı. Beyət isə başqa bir şəxsin zahirən xəlifə olduğunu qəbul edərək əllərlə (əlini əlinə qoyaraq) müəyyən (məxsus) şəkildə iqrar etməkdir. Sanki İmam (ə) burada qeybətin səbəblərindən və faydalarından birinə işarə edir. Necə ki, Şeyx Səduq (r.ə.) öz sənədi ilə Əbu Bəsirdən, o da İmam Sadiqdən nəql etmişdir ki, ...”[11] və yuxarıda qeyd etdiyimiz hədisi nəql edir.
Hədislərdə gələn bir sıra digər məsləhətlər.
Pak Əhli-beyt (əleyimus-səlam) imamlarından gələn hədislərdə İmam Zamanın (Allah zühurunu tezləşdirsin) qeybə çəkilməsi barəsində yuxarıda qeyd etdiyimiz məsləhətlərdən başqa bir çox fayda, məsləhət və səbəblər qeyd edilmişdir. Onlardan bəzisini qeyd edirik.
الْحَسَنِ بْنِ مَحْبُوبٍ عَنْ إِبْرَاهِيمَ الْكَرْخِيِّ قَالَ: قُلْتُ لِأَبِي عَبْدِ اللَّهِ ع أَوْ قَالَ لَهُ رَجُلٌ أَصْلَحَكَ اللَّهُ أَ لَمْ يَكُنْ عَلِيٌّ ع قَوِيّاً فِي دِينِ اللَّهِ عَزَّ وَ جَلَّ قَالَ بَلَى قَالَ فَكَيْفَ ظَهَرَ عَلَيْهِ الْقَوْمُ وَ كَيْفَ لَمْ يَدْفَعْهُمْ وَ مَا مَنَعَهُ مِنْ ذَلِكَ قَالَ آيَةٌ فِي كِتَابِ اللَّهِ عَزَّ وَ جَلَّ مَنَعَتْهُ قَالَ قُلْتُ وَ أَيُّ آيَةٍ قَالَ قَوْلُهُ تَعَالَى لَوْ تَزَيَّلُوا لَعَذَّبْنَا الَّذِينَ كَفَرُوا مِنْهُمْ عَذاباً أَلِيماً إِنَّهُ كَانَ لِلَّهِ عَزَّ وَ جَلَّ وَدَائِعُ مُؤْمِنِينَ فِي أَصْلَابِ قَوْمٍ كَافِرِينَ وَ مُنَافِقِينَ فَلَمْ يَكُنْ عَلِيٌّ ع لِيَقْتُلَ الْآبَاءَ حَتَّى تَخْرُجَ الْوَدَائِعُ فَلَمَّا خَرَجَ الْوَدَائِعُ ظَهَرَ عَلِيٌّ عَلَى مَنْ ظَهَرَ فَقَاتَلَهُ وَ كَذَلِكَ قَائِمُنَا أَهْلَ الْبَيْتِ لَنْ يَظْهَرَ أَبَداً حَتَّى تَظْهَرَ وَدَائِعُ اللَّهِ عَزَّ وَ جَلَّ فَإِذَا ظَهَرَتْ ظَهَرَ عَلَى مَنْ ظَهَرَ فَقَتَلَهُ.
“Həsən ibn Məhbub İbrahim əl-Kərxinin belə dediyini rəvayət edir: “İmam Sadiqə (ə) dedim (ravi deyir ki,) və ya bir şəxs dedi: “Allah işini avand etsin. Əli (ə) Allahın dinində qüvvətli deyildimi?” İmam (ə) buyurdu: “Bəli, elə idi.” Dedi: “ Elə isə, camaat ona necə qalib gəldi? Necə oldu ki, onları dəf edə bilmədi? Bu məsələdə ona nə mane oldu?” İmam (ə) buyurdu: “Allahın kitabında olan bir ayə ona bu məsələdə mane oldu.” (Ravi) deyir ki, dedim: “Hansı ayə?” İmam (ə) buyurdu: “Allah təalanın bu sözü “Əgər onlar bir-birindən seçilsəydilər, Biz onlardan kafir olanlara ağrılı-acılı bir əzab verərdik.”[12] Allah təalanın kafir və münafiq qövmün sülbündə mömin olan əmanətləri vardır. Əli (ə) həmin qoyulan əmanətlər çıxmayanadək atalarını qətlə yetirmədi. Əmanətlər üzə çıxınca isə Əli (ə) həmin şəxslərdən aşkar olanları (kimlərin ki, sülbündə mömin əmanətlər qalmadı) öldürdü. Biz Əhli-beytin (ə) Qaimi (ə.f.) də belədir. O, Allahın əmanətləri aşkar olmayanadək zühur etməyəcək. Əmanətlər zahir olan kimi o da zühur edib düşmənlərini öldürəcək.”[13]
Bu hədis bizlərə iki mətləbi bəyan edir. Onlardan birincisi qeyb məsələsində olan hikmətlərdən birinin açıqlanmasıdır. İkinci məsələ isə İmam Əli ibn Əbu Talibin (ə.s.) haqqı qəsb edildiyi zaman nə üçün qiyam etmədiyi və sükut etməyə məcbur olduğunu bizlərə bildirir. Qeyd edək ki, İmam Əlinin (ə) sükut səbəbi barəsində də ətraflı məqalə saytımızda mövcuddur.[14]
حَنَانِ بْنِ سَدِيرٍ عَنْ أَبِيهِ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ: إِنَّ لِلْقَائِمِ مِنَّا غَيْبَةً يَطُولُ أَمَدُهَا فَقُلْتُ لَهُ يَا ابْنَ رَسُولِ اللَّهِ وَ لِمَ ذَلِكَ قَالَ لِأَنَّ اللَّهَ عَزَّ وَ جَلَّ أَبَى إِلَّا أَنْ تَجْرِيَ فِيهِ سُنَنُ الْأَنْبِيَاءِ ع فِي غَيْبَاتِهِمْ وَ إِنَّهُ لَا بُدَّ لَهُ يَا سَدِيرُ مِنِ اسْتِيفَاءِ مَدَدِ غَيْبَاتِهِمْ قَالَ اللَّهُ تَعَالَى لَتَرْكَبُنَّ طَبَقاً عَنْ طَبَقٍ أَيْ سَنَنَ مَنْ كَانَ قَبْلَكُمْ.
“Hənan ibn Sədir atasından İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Bizdən olan Qaimin (ə.f.) müddəti uzun olan bir qeybəti vardır. (Ravi deyir) İmama (ə) dedim: “Ey Allah rəsulunun övladı, bu nəyə görədir?” İmam (ə) buyurdu: “Çünki, Allah Qaim (ə.f.) barəsində peyğəmbərlərin (ə) qeybətlərindəki sünnəsinin həyata keçməsini istəyir. Ey Sədir, peyğəmbərlərin (ə) qeyb müddətini tamamlaması Qaim (ə.f.) üçün labüddür. Allah təala buyurur: “Siz haldan-hala düşəcəksiniz”.[15] Yəni özünüzdən əvvəl olanların sünnələri (bu qövmə üz gətirəcək).”[16]
عَنْ مَرْوَانَ الْأَنْبَارِيِّ قَالَ خَرَجَ مِنْ أَبِي جَعْفَرٍ ع إِنَّ اللَّهَ إِذَا كَرِهَ لَنَا جِوَارَ قَوْمٍ نَزَعَنَا مِنْ بَيْنِ أَظْهُرِهِمْ.
“Mərvan əl-Ənbari deyir ki, İmam Baqirdən (ə) belə bir xəbər sadir oldu ki, “Həqiqətən də əgər Allah bizim bir qövmlə qonşu olmağımızdan xoşlanmasa, bizi o qövmün arasından çıxardar.”[17]
Təbii ki, İmamın (ə.f.) qeybində olan məsləhət və hikmətlər bunlarla məhdudlaşmır. Burada qeyd edilənlər onlardan sadəcə bir hissədir.
Məqalə Ayətullah Lütfullah Safi Qulpeyqaninin “Muntəxəbul-əsər” kitabı əsasında hazırlanmışdır.
Kərbəlayi Əbdussaməd
Besiret.az
[1] “İləluş-şəraye” c.1 s.243.
[2] Həmin mənbə s.245.
[3] “Kafi” c.2 s. 166-167.
[4] “əl-Ğeybə” s.329.
[5] “Kəmalud-din” c.2 s.483-485.
[6] “Uyunu əxbarir-Rza” c.1 s.273.
[7] “Qeybəti-Numani” s.171.
[8] “Kəmalud-din” c.2 s.480.
[9] “Əl-İmamə vət-Təbsirə” s.116.
[10] “Miratul-uqul” c.4 s.58.
[11] Həmin mənbə.
[12] Fəth surəsi, ayə 25.
[13] “İləluş-şəraye” c.1 s.147.
[14] Məqalənin linki: https://besiret.az/meqale?id=126
[15] İnşiqaq surəsi, ayə 19.
[16] “Kəmalud-din” c.2 s.481.
[17] “İləluş-şəraye” c.1 s.244.