İmam Zamanın (ə.f.) qeybə çəkilməsinin səbəbi

İmam Zamanın (ə.f.) qeybə çəkilməsinin səbəbi

2018-05-02 4679

İmam Zamanın (ə.f.) qeybə çəkilməsindəki bir sıra məsləhət və faydalar

İmamın qeybətinin əsil səbəbinin bilinməməsi ilə birlikdə bu işdə bizə məlum olan bir çox məqsəd və məsləhətlər mövcuddur. Onlardan bir neçəsini qeyd edirik:

1. Bəndələrin imtahanı

Qeyb dövrünün mühüm faydalarından biri, bu dövr ərzində İmamın (ə.f.) qeybi ilə bəndələrin imtahan olunması, Allahın Peyğəmbərə (s.ə.a.s.) vəhy vasitəsi ilə bildirdiyi və onun çatdırdığı məsələlərə mərifətlərinin və imanlarının hansı səviyyədə olduğunun aydın olmasıdır. Allah təalanın bir çox işləri də bu hikmət əsasında baş vermişdir. Belə ki, insanların yaradılması, peyğəmbərlərin (ə) göndərilməsi, kitabların nazil edilməsi hamısı məhz bəndələrin imtahanı üçündür. Allah təala da Qurani-Kərimin bir çox ayəsində bu mətləbə işarə edir.

إِنَّا خَلَقْنَا الْإِنْسَانَ مِنْ نُطْفَةٍ أَمْشَاجٍ نَبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا

“Həqiqətən, biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq.[i]

الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا  وَهُوَ الْعَزِيزُ الْغَفُورُ

“Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.[ii]

أَحَسِبَ النَّاسُ أَنْ يُتْرَكُوا أَنْ يَقُولُوا آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ

“İnsanlar elə güman edirlər ki, təkcə: 'İman gətirdik!'– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?”[iii]

Pak Əhli-beyt imamlarından (əleyhimus-səlam) nəql edilən hədislərə əsasən də qeyblə imtahan edilmə ən çətin imtahanlardandır və bu dövrdə dinində sabitqədəm olan şəxs sanki əlləri ilə tikan sıyıran şəxs kimidir.

 عَنْ أَبِي بَصِيرٍ عَنْ أَبِي جَعْفَرٍ ع قَالَ: قَالَ رَسُولُ اللَّهِ ص ذَاتَ يَوْمٍ وَ عِنْدَهُ جَمَاعَةٌ مِنْ أَصْحَابِهِ اللَّهُمَّ لَقِّنِي إِخْوَانِي مَرَّتَيْنِ فَقَالَ مَنْ حَوْلَهُ مِنْ أَصْحَابِهِ أَ مَا نَحْنُ إِخْوَانُكَ يَا رَسُولَ اللَّهِ ص فَقَالَ لَا إِنَّكُمْ أَصْحَابِي وَ إِخْوَانِي قَوْمٌ مِنْ آخِرِ الزَّمَانِ آمَنُوا بِي وَ لَمْ يَرَوْنِي لَقَدْ عَرَّفَنِيهِمُ اللَّهُ بِأَسْمَائِهِمْ وَ أَسْمَاءِ آبَائِهِمْ مِنْ قَبْلِ أَنْ يُخْرِجَهُمْ مِنْ أَصْلَابِ آبَائِهِمْ وَ أَرْحَامِ أُمَّهَاتِهِمْ لَأَحَدُهُمْ أَشَدُّ بَقِيَّةً عَلَى دِينِهِ مِنْ خَرْطِ الْقَتَادِ فِي اللَّيْلَةِ الظَّلْمَاءِ أَوْ كَالْقَابِضِ عَلَى جَمْرِ الْغَضَا أُولَئِكَ مَصَابِيحُ الدُّجَى يُنْجِيهِمُ اللَّهُ مِنْ كُلِّ فِتْنَةٍ غَبْرَاءَ مُظْلِمَةٍ.

“Əbu Bəsir İmam Baqirin (ə) belə buyurduğunu nəql edir: “Allah rəsulu (s) bir gün yanında səhabələri olduğu zaman iki dəfə dedi: “İlahi, məni qardaşlarımla görüşdür.” Onun yanında olan səhabələr dedilər: “Ey Allahın rəsulu, biz sənin qardaşların deyilikmi?” Peyğəmbər (s) buyurdu: “Xeyr. Siz mənim səhabələrimsiniz. Mənim qardaşlarım isə axirəz-zamanda olan, məni görmədikləri halda mənə iman gətirən bir qövmdür. Allah onları hələ atalarının sülblərindən və analarının rəhmlərindən çıxmamış mənə adları və atalarının adları ilə tanıtmışdır. Onlar (dində qalmanın) zülmət gecədə əllə tikanlı bir ağacın tikanlarını qoparmaqdan və ya “Ğəzanın” (böyük və kömürü uzun müddət sönməyən ağac növü) yanan kömürünü əllə tutmaqdan çətin olduğu bir vaxtda öz dinində möhkəm qalacaqlar. Onlar qaranlıqlardakı çıraqlardır. Allah onları hər bir zülmət fitnələrdən qurtarar.”[iv]

Peyğəmbərin (s.ə.a.s.) Allah tərəfindən gətirdiyi bütün qeybi məsələlərə inanmaq, onları təsdiq etmək və özünü bu barədə mükəlləf bilməkdə imtahan, xüsusi nəfsi tərbiyə, mənəvi aramlıq vardır. Bu imtahan həm əməli və həm də elmi və iman cəhətindəndir.

Qeyb dövründə çoxlu böyük fitnələr baş verir. İnsanlar bir sıra müsibətlər və imtahanlarla qarşılaşırlar ki, bunlar dini vəzifələrinin icrasında və bunun davamlı olmasında insana bir çox maneələr yaradır. Bu, imtahanın əməli cəhətidir.

İman və elmi cəhətindən imtahan olması isə aydındır. Belə ki, İmam Zamanın (Allah zühurunu tezləşdirsin) qeybə çəkilməsini təsdiq etmək qeybi bir məsələyə iman gətirməkdir. Buna isə imanı kamil olan, mərifəti çox olan və niyyəti xalis olan şəxsdən başqası iman gətirməz.

İnsanlar Allaha iman gətirmək, Peyğəmbərin (sallallahu əleyhi və alih) xəbər verdiyi məsələləri təsdiq edib bunların müqabilində təslim olmaq məsələsində imtahan olunur. Qeybi məsələlərdə bəndələrin imtahan olunması isə bəzən bir sıra məsələlərdən daha çətin olur. Belə ki, insanların bunlardan birini təsdiq etməsi digərinə nisbətdə daha çətin ola bilir. Bunlardan hazırki dövrümüzdə ən mühüm olanı Həzrət Qaimin (ə.f.) qeybdə olmasına iman gətirməkdir. Allah təala bu məsələdə sabit qalan şəxsləri “müttəqilər” olaraq vəsf edir. Quranda buyurur:

ذَٰلِكَ الْكِتَابُ لَا رَيْبَ فِيهِ هُدًى لِلْمُتَّقِينَ الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ

“Bu, (haqqında) heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən bir kitabdır. O kəslər ki, qeybə iman gətirir...”[v]

يَحْيَى بْنِ أَبِي الْقَاسِمِ قَالَ: سَأَلْتُ الصَّادِقَ ع عَنْ أَوَّلِ سُورَةِ الْبَقَرَةِ الم ذلِكَ الْكِتابُ لا رَيْبَ فِيهِ هُدىً لِلْمُتَّقِينَ الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَ يُقِيمُونَ الصَّلاةَ وَ مِمَّا رَزَقْناهُمْ يُنْفِقُونَ وَ الَّذِينَ يُؤْمِنُونَ بِما أُنْزِلَ إِلَيْكَ وَ ما أُنْزِلَ مِنْ قَبْلِكَ وَ بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ مَنْ هُمُ الْمُتَّقُونَ وَ مَا الْمُرَادُ بِالْغَيْبِ قَالَ الْمُتَّقُونَ شِيعَةُ عَلِيٍّ وَ الْغَيْبُ هُوَ الْحُجَّةُ الْغَائِبُ ع‏.

“Yəha ibn Əbul-Qasim deyir: İmam Sadiqdən (ə) Bəqərə surəsinin ilk ayələrində “Bu, (haqqında) heç bir şəkk-şübhə olmayan, müttəqilərə doğru yol göstərən bir kitabdır. O kəslər ki, qeybə iman gətirir...” müttəqilərin kim olduğunu və qeybin nə məna ifadə etdiyini soruşdum. İmam (ə) buyurdu: “Müttəqilər Əlinin şiələri, qeyb isə gizlində olan Höccətdir (ə.f.)”.[vi]

عَنْ أَبِي بَصِيرٍ قَالَ سَمِعْتُ أَبَا جَعْفَرٍ مُحَمَّدَ بْنَ عَلِيٍّ ع يَقُولُ‏ وَ اللَّهِ لَتُمَيَّزُنَّ وَ اللَّهِ لَتُمَحَّصُنَّ وَ اللَّهِ لَتُغَرْبَلُنَّ كَمَا يُغَرْبَلُ الزُّؤَانُ مِنَ الْقَمْحِ‏.

“Əbu Bəsir İmam Baqirin (ə) belə buyurduğunu nəql edir:“And olsun Allaha ki, (mömin olanlarınız imanı zəyif olanlardan) seçiləcəksiniz. And olsun Allaha ki, sınanacaqsınız və Allaha and olsun ki, zərərli otlar buğdadan ələndiyi kimi ələnəcəksiniz.”[vii]

عَنْ أَبِي جَعْفَرٍ ع أَنَّهُ قَالَ: لَتُمَحَّصُنَّ يَا شِيعَةَ آلِ مُحَمَّدٍ تَمْحِيصَ الْكُحْلِ فِي الْعَيْنِ‏ وَ إِنَّ صَاحِبَ الْعَيْنِ يَدْرِي مَتَى يَقَعَ الْكُحْلُ فِي عَيْنِهِ وَ لَا يَعْلَمُ مَتَى يَخْرُجُ‏ مِنْهَا وَ كَذَلِكَ يُصْبِحُ الرَّجُلُ عَلَى شَرِيعَةٍ مِنْ أَمْرِنَا وَ يُمْسِي وَ قَدْ خَرَجَ مِنْهَا وَ يُمْسِي عَلَى شَرِيعَةٍ مِنْ أَمْرِنَا وَ يُصْبِحُ وَ قَدْ خَرَجَ مِنْهَا.

“İmam Baqir (ə) buyurur: “Ey Muhəmməd ailəsinin (s) şiələri, gözdəki sürmətək təmizlənəcəksiniz. Necə ki, gözünə sürmə çəkən şəxs sürməni çəkdiyi vaxtı bilir, lakin nə vaxt təmizlənib aradan gedəcəyini bilmir. Habelə bir şəxs günün səhərini bizim işimiz üzrə (vilayətimizdə) olduğu halda açacaq, axşam isə ondan çıxmış olacaq. Yaxud gecəni bizim işimizdə olduğu halda keçirəcək, səhər isə ondan çıxmış olacaq.”[viii]

عَنْ مِهْزَمِ بْنِ أَبِي بُرْدَةَ الْأَسَدِيِّ وَ غَيْرِهِ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع أَنَّهُ قَالَ: وَ اللَّهِ لَتُكْسَرُنَّ تَكَسُّرَ الزُّجَاجِ وَ إِنَّ الزُّجَاجَ لَيُعَادُ فَيَعُودُ كَمَا كَانَ وَ اللَّهِ لَتُكْسَرُنَّ تَكَسُّرَ الْفَخَّارِ فَإِنَّ الْفَخَّارَ لَيَتَكَسَّرُ فَلَا يَعُودُ كَمَا كَانَ وَ وَ اللَّهِ لَتُغَرْبَلُنَّ وَ وَ اللَّهِ لَتُمَيَّزُنَّ وَ وَ اللَّهِ لَتُمَحَّصُنَّ حَتَّى لَا يَبْقَى مِنْكُمْ إِلَّا الْأَقَلُّ وَ صَعَّرَ كَفَّهُ‏.

“Mihzəm ibn Əbu Burdə əl-Əsədi və başqa bir şəxs imam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “And olsun Allaha, sizlər şüşənin sındığı kimi sınacaqsınız. Həqiqətən də şüşə düzəldilir (düzəldilə bilir) və əvvəlki kimi olur. Allaha and olsun ki, saxsının sındığı kimi sınacaqsınız. O isə sındığı zaman əvvəlki halına qayıtmır. Allaha and olsun ki, siz ələnəcəksiniz. Allaha and olsun ki, (imanlı olanınızla imanı zəyif olanlarınız) seçiləcəksiniz. Allaha and olsun ki, siz sınanacaqsınız o vaxta qədər ki, sadəcə az bir qisminiz (öz əqidəsində) qalacaq.” (Ravi deyir) İmam (ə) bunu deyib əlini tərsinə yellədi.”[ix]

Müəllif Əbu Abdullah Muhəmməd ibn İbrahim ən-Numani (r.ə.) hədisi qeyd etdikdən sonra yazır:

“Ey şiələr, Əmirul-muminin (əleyhis-səlam) və ondan sonra gələn İmamlardan (ə) nəql edilən bu hədislərə diqqətlə nəzər salın və onların xəbərdar edib çəkindirdikləri şeylərdən çəkinin. Onlardan gəlib çatan bu hədislər üzərində yaxşı-yaxşı düşünün və onlar barədə dərindən təfəkkür edin. Görəsən bundan daha üstün xəbərdarlıq olarmı ki, onlar (ə) buyurur: bir şəxs günün səhərini bizim işimiz üzrə (vilayətimizdə) olduğu halda açacaq, axşam isə ondan çıxmış olacaq. Yaxud gecəni bizim işimizdə olduğu halda keçirəcək, səhər isə ondan çıxmış olacaq.” Məgər bu, imamət nizamından çıxmağa və etiqad etdiyi nurlu yolu tərk etməyə işarə etmirmi?

Həmçinin İmamın (əleyhis-səlam) “And olsun Allaha, sizlər şüşənin parçalandığı kimi parçalanacaqsınız. Həqiqətən də şüşə qaytarılır (yenidən düzəlir) və əvvəlki kimi olur. Allaha and olsun ki, saxsının parçalandığı kimi parçalanacaqsınız. O isə əvvəl olduğu kimi olmur” sözü barədə düşünün. O, (ə) sözləri ilə imamiyyə məzhəbində düçar olduğu imtahan səbəbi ilə başqa bir məzhəbə keçən şəxsə misal vurur (bənzətmə edir). Daha sonra bu şəxs Allahın ona nəzər etməsi, düşdüyü zülməti və uzaqlaşdığı xoşbəxtliyi ona bəyan etməsi ilə səadətə yetişir. Ölümündən öncə tövbə edir və haqqa qayıdır. Allah da onun tövbəsini qəbul edir. Onu hidayətdə olduğu halına qaytarır. Bu şəxs parçalandıqdan sonra yenidən əvvəlki halına qayıdan şüşə kimidir. İmam bu əqidə üzərində olub daha sonra ondan çıxıb bədbəxt halda ömrü tamam olan, həmin halında, tövbə etmədən və haqqa qayıtmadan ölümü çatan şəxsi də misal vurur. Onun misalı parçalanan və əvvəlki halına qaytarıla bilməyən saxsının misalı kimidir. Çünki ölüm anında və ondan sonra tövbə yoxdur...”[x]

Peyğəmbərin (s.ə.a.s.) xəbər verdiyi və bizlərdən gizlin olan məsələlərə iman gətirmək yalnız güclü yəqini olan şəxslərə məxsusdur. Bu imana yetişmək yalnız vəsvəsə edənlərin və şeytani şübhələrin azdıra bilmədiyi, qəlbləri mərifət nuru ilə aydınlanmış şəxslərə nəsib olur. Bu imtahanda imanı sarsılmayıb sabitqədəm olan şəxslər üçün isə çox böyük mükafat vardır.

قَالَ: مَنْ ثَبَتَ عَلَى مُوَالاتِنَا فِي غَيْبَةِ قَائِمِنَا أَعْطَاهُ اللَّهُ عَزَّ وَ جَلَّ أَجْرَ أَلْفِ شَهِيدٍ مِثْلَ شُهَدَاءِ بَدْرٍ وَ أُحُدٍ.

“İmam Zeynul-Abidin (ə) buyurur: “Hər kim bizim Qaimimizin (ə.f.) qeybəti dövründə vilayətimizdə sabitqədəm olarsa Allah ona Bədr və Uhud şəhidlər kimi min şəhidin savabını verər.”[xi]

قَالَ: يَأْتِي‏ عَلَى‏ النَّاسِ‏ زَمَانٌ‏ يَغِيبُ‏ عَنْهُمْ‏ إِمَامُهُمْ فَيَا طُوبَى لِلثَّابِتِينَ عَلَى أَمْرِنَا فِي ذَلِكَ الزَّمَانِ إِنَّ أَدْنَى مَا يَكُونُ لَهُمْ مِنَ الثَّوَابِ أَنْ يُنَادِيَهُمُ الْبَارِئُ جَلَّ جَلَالُهُ فَيَقُولَ عِبَادِي‏ وَ إِمَائِي آمَنْتُمْ بِسِرِّي وَ صَدَّقْتُمْ بِغَيْبِي فَأَبْشِرُوا بِحُسْنِ الثَّوَابِ مِنِّي فَأَنْتُمْ عِبَادِي وَ إِمَائِي حَقّاً مِنْكُمْ أَتَقَبَّلُ وَ عَنْكُمْ أَعْفُو وَ لَكُمْ أَغْفِرُ وَ بِكُمْ أَسْقِي عِبَادِيَ الْغَيْثَ وَ أَدْفَعُ عَنْهُمُ الْبَلَاءَ وَ لَوْلَاكُمْ لَأَنْزَلْتُ عَلَيْهِمْ عَذَابِي قَالَ جَابِرٌ فَقُلْتُ يَا ابْنَ رَسُولِ اللَّهِ فَمَا أَفْضَلُ مَا يَسْتَعْمِلُهُ الْمُؤْمِنُ فِي ذَلِكَ الزَّمَانِ قَالَ حِفْظُ اللِّسَانِ وَ لُزُومُ الْبَيْتِ.

“Cabir İmam Baqirin (ə) belə buyurduğunu nəql edir: “Bir zaman gələcək ki, insanların İmamı (ə.f.) onlardan gizlində olacaq. Xoş o zamanda bizim vilayətimizdə sabit olan şəxslərin halına. Onların savab və mükafatlarının ən azı (mükafatlarının ən sadəsi) budur ki, Allah onlara belə xitab edəcək:“Ey bəndələrim və kənizlərim (nökərlərim) siz mənim sirrimə iman gətirdiniz. Mənim qeybimi (İmamınızı (ə.f.) qeybə çəkməyimi) təsdiq etdiniz. Elə isə, məndən sizə gözəl mükafatla müjdə olsun. Siz mənim həqiqi bəndələrim və kənizlərimsiniz. Yalnız sizdən qəbul edir, sizi əfv edir və bağışlayıram. Yalnız sizə görə bəndələrimə yağış yağdırır və onlardan bəlanı uzaqlaşdırıram. Əgər siz olmasaydınız onlara bəla nazil edərdim.” Cabir deyir: “Dedim: Ey Allah rəsulunun (s) övladı, möminin həmin dövrdə əməl edəcəyi ən üstün şey nədir? İmam buyurdu: “Dilini qoruması və evində oturması.”[xii]

قَالَ: مَنْ مَاتَ مُنْتَظِراً لِهَذَا الْأَمْرِ كَانَ كَمَنْ كَانَ مَعَ الْقَائِمِ ع فِي فُسْطَاطِهِ لَا بَلْ كَانَ بِمَنْزِلَةِ الضَّارِبِ بَيْنَ يَدَيْ رَسُولِ اللَّهِ ص بِالسَّيْفِ‏.

“İmam Sadiq (ə) buyurur: “Hər kim bu işi gözləyərək (İmamın (ə.f.) zühurunun intizarında) vəfat edərsə Qaim (ə.f.) ilə onun çadırında olan şəxs kimidir. Xeyr, Allah rəsulunun (s) qarşısında qılınc vuran şəxsin məqamındadır.”[xiii]

2.Bəndələrin zühura hazır olması

İmam Zaman ağanın (ə.f.) zühuru ilə Allahın peyğəmbərləri (s) və digər höccətləri üçün baş verən zühur bir deyildir. Adi və zahiri səbəblərə bağlı deyildir. Onun üslubu-sirəsi də digərlərindən fərqlidir və həqiqətlərə, vaqei hökmlərlə hökm etməyə, dini məsələlərdə təqiyyənin və göz yummanın olmamasına söykənir. Belə ki, İmam Məhdi (ə.f.) günahkarlara qarşı şiddətli olacaq. Bunların baş verməsi üçün isə dünyanın buna xüsusi şəkildə hazır olmalıdır. Bəşəriyyət elm və məarif, təfəkkür, əxlaq cəhətdən inkişaf etməlidir ki, onun verəcəyi ali əmr və təlimatları, onun islah proqramını qəbul etməyə istedadlı olsun.

DAVAMI NÖVBƏTİ SƏHİFƏDƏ

 

[i] İnsan surəsi, ayə 2.

[ii] Mülk surəsi, ayə 2.

[iii] Ənkəbut surəsi, ayə 2.

[iv] Bəsairud-dərəcat c.1 s.84.

[v] Bəqərə surəsi, ayə 2-3.

[vi] Kəmalud-din c.2 s.340.

[vii] Həmin mənbə s.205.

[viii] Qeybəti numani s.206.

[ix] Həmin mənbə s.207.

[x] Həmin mənbə.

[xi]Kəmalud-din” c.1 s.323.

[xii] Həmin mənbə s.330.

[xiii] Həmin mənbə c.2 s.338.