Zəmanə İmamını tanımanın vacibliyi

Zəmanə İmamını tanımanın vacibliyi

2018-04-06 3086

Zəmanə imamını tanımağın vacibliyi

Üsulid-dinin beş qismindən biri “İmamət”-dir. Allah Peyğəmbərimiz Həzrət Muhəmmədin (s.a.a.s.) pak Əhli-beytindən (əleyhimus-səlam) on iki imamın itaətini bizlərə vacib etmişdir. Bu məqalədə bəhs edəcəyimiz mövzu isə dinimizin üsulunun bu qismi barədə biz mükəlləflərin vəzifəsi olan İmamı tanımaq məsələsidir. Yəni imamı tanımaq vacibdirmi? İmamı tanımanın vacibliyi barədə əqli dəlil varmı? Bəs bu barədə mənbələrimizdə məsum Əhli-Beyt (ə) imamlarından və Peyğəmbərdən (s.a.a.s.) nəql edilən rəvayət mövcuddurmu? Bu rəvayətlərə əsasən insanların zəmanə imamları barəsində vəzifələri nədir?

Hər bir mükəlləfə Allahın itaət edilməsini vacib etdiyi imamı tanımaq vacibdir. Zəmanə imamını tanımadan şəxs (həqiqətdə) iman gətirmiş sayılmaz. Bunu həm əqli həmdə nəqli dəlillər bunu bildirir.

  1.  Əqli dəlil:

İnsanların (dünya və axirət işləri ilə bağlı) Peyğəmbərin (s.a.a.s.) varlığına duyduğu ehtiyacla Peyğəmbərin vəfatından sonra İmamın (ə) varlığına duyduqları ehtiyac və həmçinin insanların Peyğəmbərə müraciət etməli olduqları səbəblərlə imama müraciət etmə səbəbləri eynidir. Elə isə Allaha imam təyin etməsi, insanlara isə onu tanımaq vacibdir. Çünki Allahın təyin etdiyi imama itaət etmək onu tanımağa bağlıdır.

İrad

Əgər irad edilsə ki bu iki məsələ arasında fərq vardır. Belə ki, peyğəmbərin göndərilməsinə ehtiyac yaradan səbəb insanların dünya və axirət işləri üçün lazım olan (ilahi) qanunları bilmələridir. Bu da peyğəmbərin olmasını labüd edir.

Peyğəmbərimiz Həzrət Muhəmməd (s.a.a.s.) gəldi və insanlara lazım olan hökm və qaydaları bəyan etdi. İnsanlar da onun sayəsində bunları bildilər. Elə isə artıq insanların peyğəmbər göndərilməsinə ehtiyacı qalmayıb. İnsanlara bu hökmlərin çatdırılması, onların izah edilməsi məsələsində isə alimlərin varlığı və bu sahədə olan kitablar kifayət edir.

Cavabı

Deyərik ki, bu irad bir neçə cəhətdən işkallıdır:

1-ci cəhət:

Peyğəmbər (s) sadəcə ümumi-kulli qaydaları və adətən qarşıya çıxan məsələlərin hökmlərini bəyan etmişdir. Peyğəmbərin (s) hədislərindən agah olan hər bir şəxsə də bu məsələ aydındır. Buna görə də, bunlar insanların ehtiyacının ödənilməsi üçün kifayət deyildir. Hətta biz görürük ki, nəyinki adi şəxslərə, böyük alimlərə belə qaranlıq qalan bir çox məsələlər mövcuddur. Elə isə, hər bir zamanda insanların ehtiyaclı olduqları, hökmləri barəsində Peyğəmbərdən (s) heç bir rəvayət yetişməyən məsələlərdə müraciət edəcəkləri məsum bir imamın olması vacibdir. Heç bir şübhə yoxdur ki, Allah rəsulu (s) bütün hökmləri və elmləri özündən sonra imam olacaq vəsisinə (ə) bildirmişdir. Eləcə də hər bir imam (ə) özündən sonrakı imama bunları bəyan etmişdir. Bu, növbə zəmanəmizin İmamına (Allah onun zühurunu və fərəcini tezləşdirsin) çatana qədər davam etdi. Onların hamısı Peyğəmbərdən (s) əxz etdikləri ilahi hökmləri insanlara bəyan etmişlər.

Heç bir şəkk şübhə yoxdur ki, insanlara Allah rəsulunun (s.a.a.s.) hökmləri bəyan edən şəxslər mütləq məsum olmalıdırlar. Əks təqdirdə insanlar onun sözlərindən əsla əmin ola bilməzlər. Bu hal isə Peyğəmbərin (s) göndərilməsinin məqsədi ilə ziddiyət təşkil edər.

2-ci cəhət:

İnsanlar arasında müxtəlif səbəblərdən ixtilaf və ziddiyyətin olması açıq aşkar məsələdir. Buna görə də ilahi lütf tələb edir ki, Allah insanlara hər bir zamanda doğru olanı bilən bir şəxsi göndərsin və o, insanların ixtilaflı olduqları məsələlərdə müraciət edəcəkləri şəxs olsun. Onun vasitəsi ilə haqq öz sahibinə çatsın. İlahi ədalət insanlar arasında hökm sürsün. Bu şəxs də, insanlara bütünlüklə itaəti vacib edilmiş, ixtilaflarında müraciət etməli olduqları və ehtiyaclı olduqları məsələlərdə etimad etməli olduqları imamdır.

İrad

İmamlar (əleyhimussəlam) aşkar olduqları dövrlərdə yalnız zahiri qaydalara uyğun şəkildə hökm etmişlər. Bu halda necə iddia edə bilərsən ki, ilahi lütf məxsusi elmi ilə insanlar arasında həqiqətə-vaqeiyyətə uyğun olan şəkildə hökm edən bir imam təyin edilməsini tələb edir.

Cavabı

Onların öz məxsusi elmləri ilə insanlar arasında hökm etmələrinə insanların özləri maneə olurlar. Necə ki, İmamın (Allah zühurunu tezləşdirsin) zühurunun baş verməsinin qarşısını alan da insanların özlərini əməlləridir. İnsanlar bütün bunlarda özləri səbəbkar olduqları halda onlar bunu ilahi lütf əleyhinə höccət olaraq göstərə bilməzlər. Bunların da alimlər tərəfindən qəbul edilmiş, ağılın hökm etdiyi lütf qaydası ilə heç bir ziddiyyəti yoxdur.

Bu mətləbə çoxlu rəvayətlər açıq aşkar şəkildə dəlalət edir. Belə ki, “əgər onlar üçün bir oturacaq qurularsa, rəhbərlik onlara verilərsə, kömək edilərsə Davud (ə) ailəsinin hökm etdiyi kimi, Allahdan aldıqları vaqei-həqiqi hökmlərlə (zahiri olmayan hökmlərlə) hökm edərlər.”

“Üsuli-Kafi”-də Əbu Ubeydə əl-Həzzanın İmam Sadiqdən (ə) nəql etdiyi hədis də bunu bildirir. İmam (ə) buyurur:

“Ey Əbu Ubeydə, bizim Qaimimiz (ə.f.) zühur etdiyi zaman Davud və Süleymanın hökm etdiyi kimi hökm edər. Ondan dəlil soruşulmaz.”[i]

Yenə də Kafidə səhih sənədlə Abandan nəql edilən hədisdə deyir: İmam Sadiqin (ə) belə dediyini eşitdim:

“Dünya mənim nəslimdən olan, Davud ailəsinin hökm etdiyi kimi hökm edən bir şəxs zühur etməyincə yox olmaz. Ondan (etdiyi hökm üçün) dəlil soruşulmaz. Hər bir şəxsə öz haqqını çatdırar”[ii]

Səhih sənədlə Əmmar əs-Səbati vasitəsi ilə İmam Cəfər Sadiqdən (ə) nəql edilən rəvayətdə ravi deyir:

“İmam Sadiqə (ə) dedim: “Siz hökm etdikdə nə ilə hökm edirsiniz?” İmam (ə) buyurdu: “Allahın və Davudun hökmü ilə. Bizə bir sual verildikdə əgər onun cavabı bizdə olmazsa ruhul-Qudus bizə onun cavabını bildirir.””[iii]

Cueyd Həmdani vasitəsilə İmam Səccaddan (ə) nəql edilən hədisdə ravi deyir:

“İmamdan (ə) soruşdum ki, “nə ilə hökm edirsiniz?” İmam (ə) buyurdu: “Davud ailəsinin hökmü ilə. Əgər bir şeyi bilməsək ruhul-qudus bizə onu bildirər.”[iv]

3-cü cəhət:

Əgər biz fərz etsək ki, alimlər hökmlərin hamısını bilirlər bu, yenədə insanların imamın varlığına olan ehtiyacını alimlər ödəyə bilməzlər. Çünki alimlər hər halda səhv və xətadan qorunmayıblar. Buna görə də hər bir zamanda xətadan, unutqanlıqdan qorunmuş olan – məsum bir şəxsin olması insanların müraciət etməsi, onlara hökmlərin həqiqətini bəyan etməsi üçün vacibdir. Bu da yalnız imamdır.

  1. Nəqli dəlil: Bu barədə olan nəqli dəlillər təvatür həddindədir. İxtisara riayət edərək Siqətul-İslam Şeyx Kuleyninin (r) “Kafi” əsərində nəql etdiyi bəzi hədisləri qeyd edirik:

1. Müaviyə ibn Əmmardan nəql edilən səhih bir hədisdə İmam Sadiq (ə) “Ən gözəl adlar (Əsmaul-husna) Allaha məxsusdur”[v] ayəsi haqqında buyurur:

نَحْنُ- وَ اللَّهِ- الْأَسْمَاءُ الْحُسْنَى‏ الَّتِي لَايَقْبَلُ اللَّهُ مِنَ الْعِبَادِ عَمَلًا إِلَّا بِمَعْرِفَتِنَا

“Allaha and olsun ki, “Əsmaul-husna” bizik. Allah bəndələrdən əməlləri yalnız bizi tanıdıqları halda qəbul edər.”[vi]

Deyirəm:

Ola bilsin ki, onlara Allahın adları deyilməsinin səbəbi Allahın (varlığının) dəlilləri, qüvvət və qüdrətinin nişanələri olmalarıdır. Necə ki, hər bir ad öz sahibi üçün əlamətdir və ona dəlalət edir. Allah daha yaxşı bilir.

Şeyx Kuleyninin (r) səhih sənədlə İmam Rzadan (ə) “və əlamətlər (yaratdı). Onlar ulduz vasitəsi ilə yolu taparlar”[vii] ayəsinin təfsiri haqqında nəql etdiyi hədis də bu mənanı bildirir:

نَحْنُ‏ الْعَلَامَاتُ‏ وَ النَّجْمُ رَسُولُ اللَّهِ .

“Əlamətlər bizik. Ulduz isə Allahın rəsuludur (s).”[viii]

2. Saleh bəndədən (İmam Cəfər Sadiq (ə)) nəql olunan səhih bir hədisdə İmam (ə) buyurur:

إِنَ‏ الْحُجَّةَ لَا تَقُومُ‏ لِلَّهِ عَلَى خَلْقِهِ إِلَّا بِإِمَامٍ حَتَّى يُعْرَفَ.

 “Allahın məxluqatı üzərindəki höccəti ancaq imamın varlığı ilə həyata keçir ki, (bununla da) Allah tanınsın.”[ix]

Deyirəm:

Hədisdə Allaha höccət təyin etmənin vacibliyinə, onu tanımağın yalnız imamın varlığı ilə həyata keçməsinə işarə olunub. Elə isə, insanlara imamı tanımaq Allaha isə imam təyin etmək vacibdir.

3. Səhih bir hədisdə İmam Sadiq (ə) öz xütbəsində imamların (ə) halı və vəsfləri barədə buyurur:

إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ أَوْضَحَ‏ بِأَئِمَّةِ الْهُدَى مِنْ أَهْلِ بَيْتِ نَبِيِّنَا عَنْ دِينِهِ وَ أَبْلَجَ بِهِمْ عَنْ سَبِيلِ مِنْهَاجِهِ وَ فَتَحَ بِهِمْ عَنْ بَاطِنِ يَنَابِيعِ عِلْمِهِ فَمَنْ عَرَفَ مِنْ أُمَّةِ مُحَمَّدٍ ص وَاجِبَ حَقِّ إِمَامِهِ وَجَدَ طَعْمَ حَلَاوَةِ إِيمَانِهِ وَ عَلِمَ فَضْلَ طُلَاوَةِ إِسْلَامِهِ‏ لِأَنَّ اللَّهَ تَبَارَكَ وَ تَعَالَى نَصَبَ الْإِمَامَ عَلَماً لِخَلْقِهِ وَ جَعَلَهُ حُجَّةً عَلَى أَهْلِ مَوَادِّهِ وَ عَالَمِهِ‏ وَ أَلْبَسَهُ اللَّهُ تَاجَ الْوَقَارِ وَ غَشَّاهُ مِنْ نُورِ الْجَبَّارِ يُمَدُّ بِسَبَبٍ إِلَى السَّمَاءِ لَا يَنْقَطِعُ عَنْهُ مَوَادُّهُ وَ لَا يُنَالُ مَا عِنْدَ اللَّهِ إِلَّا بِجِهَةِ أَسْبَابِهِ وَ لَا يَقْبَلُ اللَّهُ أَعْمَالَ الْعِبَادِ إِلَّا بِمَعْرِفَتِهِ فَهُوَ عَالِمٌ بِمَا يَرِدُ عَلَيْهِ مِنْ مُلْتَبِسَاتِ الدُّجَى وَ مُعَمَّيَاتِ السُّنَنِ وَ مُشَبِّهَاتِ الْفِتَنِ فَلَمْ يَزَلِ اللَّهُ تَبَارَكَ وَ تَعَالَى يَخْتَارُهُمْ لِخَلْقِهِ مِنْ وُلْدِ الْحُسَيْنِ ع مِنْ عَقِبِ كُلِّ إِمَامٍ يَصْطَفِيهِمْ لِذَلِكَ وَ يَجْتَبِيهِمْ وَ يَرْضَى بِهِمْ لِخَلْقِهِ وَ يَرْتَضِيهِمْ كُلَّمَا مَضَى مِنْهُمْ إِمَامٌ نَصَبَ لِخَلْقِهِ مِنْ عَقِبِهِ إِمَاماً عَلَماً بَيِّناً وَ هَادِياً نَيِّراً وَ إِمَاماً قَيِّماً وَ حُجَّةً عَالِماً أَئِمَّةً مِنَ اللَّهِ‏ يَهْدُونَ بِالْحَقِّ وَ بِهِ يَعْدِلُونَ‏ حُجَجُ اللَّهِ وَ دُعَاتُهُ وَ رُعَاتُهُ عَلَى خَلْقِهِ يَدِينُ بِهَدْيِهِمُ‏ الْعِبَادُ وَ تَسْتَهِلُّ بِنُورِهِمُ الْبِلَادُ وَ يَنْمُو بِبَرَكَتِهِمُ التِّلَادُ جَعَلَهُمُ اللَّهُ حَيَاةً لِلْأَنَامِ وَ مَصَابِيحَ لِلظَّلَامِ وَ مَفَاتِيحَ لِلْكَلَامِ وَ دَعَائِمَ لِلْإِسْلَامِ جَرَتْ بِذَلِكَ فِيهِمْ مَقَادِيرُ اللَّهِ عَلَى مَحْتُومِهَا فَالْإِمَامُ هُوَ الْمُنْتَجَبُ الْمُرْتَضَى وَ الْهَادِي الْمُنْتَجَى‏ وَ الْقَائِمُ الْمُرْتَجَى اصْطَفَاهُ اللَّهُ بِذَلِكَ وَ اصْطَنَعَهُ عَلَى عَيْنِهِ فِي الذَّرِّ حِينَ ذَرَأَهُ وَ فِي الْبَرِيَّةِ حِينَ بَرَأَهُ ظِلًّا قَبْلَ خَلْقِ نَسَمَةٍ عَنْ يَمِينِ عَرْشِهِ مَحْبُوّاً بِالْحِكْمَةِ فِي عِلْمِ الْغَيْبِ عِنْدَهُ اخْتَارَهُ بِعِلْمِهِ وَ انْتَجَبَهُ لِطُهْرِهِ بَقِيَّةً مِنْ آدَمَ ع وَ خِيَرَةً مِنْ ذُرِّيَّةِ نُوحٍ وَ مُصْطَفًى مِنْ آلِ إِبْرَاهِيمَ وَ سُلَالَةً مِنْ إِسْمَاعِيلَ وَ صَفْوَةً مِنْ عِتْرَةِ مُحَمَّدٍ ص لَمْ يَزَلْ مَرْعِيّاً بِعَيْنِ اللَّهِ يَحْفَظُهُ وَ يَكْلَؤُهُ بِسِتْرِهِ مَطْرُوداً عَنْهُ حَبَائِلُ إِبْلِيسَ وَ جُنُودِهِ مَدْفُوعاً عَنْهُ وُقُوبُ الْغَوَاسِقِ‏ وَ نُفُوثُ كُلِّ فَاسِقٍ مَصْرُوفاً عَنْهُ قَوَارِفُ السُّوءِ مُبْرَأً مِنَ الْعَاهَاتِ مَحْجُوباً عَنِ الْآفَاتِ مَعْصُوماً مِنَ الزَّلَّاتِ مَصُوناً عَنِ الْفَوَاحِشِ كُلِّهَا مَعْرُوفاً بِالْحِلْمِ وَ الْبِرِّ فِي يَفَاعِهِ‏ مَنْسُوباً إِلَى الْعَفَافِ وَ الْعِلْمِ وَ الْفَضْلِ عِنْدَ انْتِهَائِهِ مُسْنَداً إِلَيْهِ أَمْرُ وَالِدِهِ صَامِتاً عَنِ الْمَنْطِقِ فِي حَيَاتِهِ فَإِذَا انْقَضَتْ مُدَّةُ وَالِدِهِ إِلَى أَنِ انْتَهَتْ بِهِ مَقَادِيرُ اللَّهِ إِلَى مَشِيئَتِهِ وَ جَاءَتِ الْإِرَادَةُ مِنَ اللَّهِ فِيهِ إِلَى مَحَبَّتِهِ وَ بَلَغَ مُنْتَهَى مُدَّةِ وَالِدِهِ ع فَمَضَى وَ صَارَ أَمْرُ اللَّهِ إِلَيْهِ مِنْ بَعْدِهِ وَ قَلَّدَهُ دِينَهُ وَ جَعَلَهُ الْحُجَّةَ عَلَى عِبَادِهِ وَ قَيِّمَهُ فِي بِلَادِهِ وَ أَيَّدَهُ بِرُوحِهِ وَ آتَاهُ عِلْمَهُ وَ أَنْبَأَهُ فَصْلَ بَيَانِهِ وَ اسْتَوْدَعَهُ سِرَّهُ وَ انْتَدَبَهُ لِعَظِيمِ أَمْرِهِ وَ أَنْبَأَهُ فَضْلَ بَيَانِ عِلْمِهِ وَ نَصَبَهُ عَلَماً لِخَلْقِهِ وَ جَعَلَهُ حُجَّةً عَلَى أَهْلِ عَالَمِهِ ... فَلَيْسَ يَجْهَلُ حَقَّ هَذَا الْعَالِمِ إِلَّا شَقِيٌّ وَ لَا يَجْحَدُهُ إِلَّا غَوِيٌّ وَ لَا يَصُدُّ عَنْهُ إِلَّا جَرِيٌّ عَلَى اللَّهِ جَلَّ وَ عَلَا.

“Allah təala peyğəmbərimizin (s) əhli beytindən olan hidayət imamlar vasitəsilə öz dinini açıqlamış, yolunu işıqlardırmış, onların vasitəsi ilə özünün gizli elm çeşməsini açmışdır. Muhəmmədin (s) ümmətindən kim imamın vacib olan haqqını bilərsə imanın şirinliyini dadar,müsəlmanlığının gözəlliyinin fəzilətini bilər. Çünki, Allah təala imamı yaratdıqları üçün bayraq, aləmə və ağıl sahiblərinə höccət qərar vermişdir. Allah ona ləyaqət tacı vermiş, onu Cəbbar sifətinin nuru ilə bürümüşdür. Allah dərgahındakı nemətlərə onun səbəbilə yetişilə bilər. Allah bəndələrin əməllərini yalnız imamı tanıdıqları halda qəbul edər. İmam qarışıq və qaranlıq sualları, mürəkkəb adətləri və qeyri-müəyyən fitnələri bilir.

Allah təbarəkə və təala Hüseynin (ə) nəslindən qulları üçün imamları seçir. Hər bir imamın nəslindən bu iş üçün bir imam təyin edər, seçər, bəndələri üçün onları bəyənər. Hər biri dünyadan köçdükdən sonra onun nəslindən məxluqatı üçün açıq aşkar, nur saçan və hidayət edən bir əlamət, başçı, alim, höccət olan imamlar qərar vermişdir. Onlar insanları haqq yola aparır, (haqqı rəhbər tutaraq onlar arasında) ədalətlə hökm edirlər”.[x] Onlar Allahın höccətləri, dəvətçiləri və məxluqatın Allaha itaətində onlara yol göstərənlərdir. Ölkələr onların nuru ilə işıqlanar, köhnəlmişlər onların bərəkəti ilə yenilənər.

Allah onları məxluqatı üçün həyat mənbəyi, qaranlıqlara çıraq, (Allah) kəlamı üçün açar, İslam dininə dayaq qərar vermişdir. Onlar haqqında Allahın qəti təqdiri bu şəkildədir. İmam razı qalınmış, seçilmiş, hidayət edən, sirrlərə sahib olan, ümid edilən qaimdir. Allah onu bunun üçün seçmiş, yaratmış Zərr aləmində ona ehtiram göstərərək (onun bütün bu xüsusiyyətlərin əhli olduğunu bilərək), onu ərşinin sağ tərəfində qərar bir kölgə şəklində qərar vermişdir. Öz qeyb elmi ilə ona hikmət bəxş etmişdir. Onu paklığına görə seçmişdir.

Adəmin xilafəti ona çatmış, Nuhun ən üstün övladlarından olmuşdur. İbrahim ailəsinin, İsmailin və Muhəmməd (s) ailəsindən seçilmişdir. Həmişə Allahın nəzarəti altında olmuşdur. Allah öz örtüyü ilə onu qorumuş, İblis və qoşununun tələlərini ondan uzaqlaşdırmışdır. Gecənin pisliklərindən və cadugərlərin əfsunlarından müdafiə etmişdir. Pisliklərin, bəlaların, müsibətlərin ona üz gətirməsinə mane olmuş, büdrəmələrdən qorunmuşdur. Gəncliyində helm və yaxşılıqla tanınar, qocalığında iffət, elm və fəzilətlə bilinər. Atası həyatda olan zaman danışmaz, Allahın istəyi ilə atasının müddəti sona çatdıqda isə atasının işi (imamət) ona çatar. Allah onu dinlə vəzifələndirib bəndələrinə höccət qərar verər. Ölkələrə başçı təyin edib öz ruhu ilə onu qüvvətləndirər. Elmini ona verib, aşkar bəyandan (haqq sözdən, haqq ilə batili ayırmadaqdan) agah edər. Sirrini ona əmanət edər, əzəmətli iş üçün vəzifələndirər, elmini bəyan etmənin fəzilətini ona bildirər. Onu məxluqat üçün əlamət qərar verib aləmin əhlinə höccət təyin edər...

Belə bir alimin haqqını bədbəxt şəxsdə başqası görməzdən gəlməz. Azğın şəxsdən başqası onu inkar etməz. Uca olan Allaha qarşı cürətkar olan şəxsdən başqası əsla (insanları) ondan uzaqlaşdırmaz”[xi]

4. Səhih kimi və ya bəzi cəhətlərə görə səhih olan (müəllifin bu ibarəsi məqalənin sonunda açıqlanmışdır) bir hədisdə İmam Baqir və ya İmam Sadiqin (ə) belə buyurduğu nəql edilir:

لَا يَكُونُ الْعَبْدُ مُؤْمِناً حَتَّى يَعْرِفَ اللَّهَ وَ رَسُولَهُ وَ الْأَئِمَّةَ كُلَّهُمْ وَ إِمَامَ زَمَانِهِ وَ يَرُدَّ إِلَيْهِ وَ يُسَلِّمَ لَهُ ثُمَّ قَالَ كَيْفَ يَعْرِفُ الْآخِرَ وَ هُوَ يَجْهَلُ الْأَوَّلَ.

“Bəndə Allahı, Peyğəmbəri (s), imamların (ə) hamısını və öz zəmanəsinin imamını tanımadan, ona müraciət etmədən və ona təslim olmadan mömin olmaz.” (Daha sonra buyurdu) “(Bəndə) Birinci imamı bilmədən sonuncu imamı necə tanıya bilər?””[xii]

5. Zürarədən nəql edilən səhih bir hədisdə deyir:

قُلْتُ لِأَبِي جَعْفَرٍ ع أَخْبِرْنِي عَنْ مَعْرِفَةِ الْإِمَامِ مِنْكُمْ وَاجِبَةٌ عَلَى‏جَمِيعِ الْخَلْقِ فَقَالَ إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ بَعَثَ مُحَمَّداً ص إِلَى النَّاسِ أَجْمَعِينَ رَسُولًا وَ حُجَّةً لِلَّهِ عَلَى جَمِيعِ خَلْقِهِ فِي أَرْضِهِ فَمَنْ آمَنَ بِاللَّهِ وَ بِمُحَمَّدٍ رَسُولِ اللَّهِ وَ اتَّبَعَهُ وَ صَدَّقَهُ فَإِنَّ مَعْرِفَةَ الْإِمَامِ مِنَّا وَاجِبَةٌ عَلَيْهِ وَ مَنْ لَمْ يُؤْمِنْ بِاللَّهِ وَ بِرَسُولِهِ وَ لَمْ يَتَّبِعْهُ وَ لَمْ يُصَدِّقْهُ وَ يَعْرِفْ حَقَّهُمَا فَكَيْفَ يَجِبُ عَلَيْهِ مَعْرِفَةُ الْإِمَامِ وَ هُوَ لَا يُؤْمِنُ بِاللَّهِ وَ رَسُولِهِ وَ يَعْرِفُ حَقَّهُمَا

“İmam Baqirə (ə) dedim:“ Mənə sizdən (əhli beytdən) olan imamı tanımaq barədə xəbər ver. (Bu) bütün insanlara vacibdirmi?” İmam (ə) buyurdu:“Allah Muhəmmədi (s) insanların hamısına peyğəmbər olaraq, yer üzərində olan bütün məxluqata höccət olaraq göndərdi. Allaha, Allahın peyğəmbəri Muhəmmədə (s) iman gətirən, ona tabe olub onu təsdiq edən şəxsə bizdən olan imamı tanıma vacibdir. Allaha və Peyğəmbərə (s) iman gətirməyən, ona tabe olmayıb onu təsdiq etməyən şəxsə bu halda imamı tanımaq necə vacib ola bilər?”...”[xiii]

Deyirəm:

İmam (ə) Allahı və Peyğəmbəri (s) tanımanın imamı tanımaqdan müqəddəm olduğunu bildirir. Burada məqsədi Allah və Peyğəmbəri (s) tanımayana imamı tanımanın vacib olmaması deyil.

 

[i] “Kafi” c.1 s.397

[ii] Həmin mənbə s.396

[iii] Həmin mənbə 397

[iv] Həmin mənbə

[v] Əraf surəsi, ayə 180.

[vi]Kafi” c.1, s.351

[vii] Nəhl surəsi, ayə 16.

[viii]Kafi” c.1, s.207

[ix] Həmin mənbə c.1, s.177

[x] Əraf surəsi, ayə 181.

[xi] “Kafi” c.1, s.203

[xii] Həmin mənbə c.1 s.180

[xiii] Həmin mənbə