Xanım Fatimənin (ə) şəhid edilməsi İmam Sadiqin (ə) bəyanında

Xanım Fatimənin (ə) şəhid edilməsi İmam Sadiqin (ə) bəyanında

2018-03-04 2085

Xanım Fatimənin (səlamullahi əleyha) şəhid edilməsi İmam Sadiqin (əleyhissəlamın) bəyanında

حَدَّثَنِي أَبُو الْحُسَيْنِ مُحَمَّدُ بْنُ هَارُونَ بْنِ مُوسَى التَّلَّعُكْبَرِيُّ، قَالَ:حَدَّثَنِي أَبِي، قَالَ: حَدَّثَنِي‏ أَبُو عَلِيٍّ مُحَمَّدُ بْنُ هَمَّامِ بْنِ سُهَيْلٍ (رَضِيَ اللَّهُ عَنْهُ)، قَالَ: رَوَى أَحْمَدُ ابْنُ مُحَمَّدِ بْنِ الْبَرْقِيِّ، عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ الْأَشْعَرِيِّ الْقُمِّيِّ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي نَجْرَانَ‏، عَنْ عَبْدِ اللَّهِ بْنِ سِنَانٍ، عَنِ ابْنِ مُسْكَانَ، عَنْ أَبِي بَصِيرٍ، عَنْ أَبِي عَبْدِ اللَّهِ جَعْفَرِ بْنِ مُحَمَّدٍ (عَلَيْهِ السَّلَامُ)، قَالَ: وَلَدَتْ فَاطِمَةُ (عَلَيْهَا السَّلَامُ) فِي جُمَادَى الْآخِرَةِ، يَوْمَ الْعِشْرِينَ مِنْهُ، سَنَةَ خَمْسٍ وَ أَرْبَعِينَ مِنْ مَوْلِدِ النَّبِيِّ (صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ). وَ أَقَامَتْ بِمَكَّةَ ثَمَانَ سِنِينَ، وَ بِالْمَدِينَةِ عَشْرَ سِنِينَ، وَ بَعْدَ وَفَاةِ أَبِيهَا خَمْسَةً وَ سَبْعِينَ يَوْماً. وَ قُبِضَتْ فِي جُمَادَى الْآخِرَةِ يَوْمَ الثَّلَاثَاءِ لِثَلَاثٍ خَلَوْنَ مِنْهُ، سَنَةَ إِحْدَى عَشْرَةَ مِنَ الْهِجْرَةِ. وَ كَانَ سَبَبُ‏ وَفَاتِهَا أَنَّ قُنْفُذاً مَوْلَى عُمَرَ لَكَزَهَا بِنَعْلِ السَّيْفِ‏ بِأَمْرِهِ، فَأَسْقَطَتْ مُحَسِّناً وَ مَرِضَتْ مِنْ ذَلِكَ مَرَضاً شَدِيداً، وَ لَمْ تَدَعْ أَحَداً مِمَّنْ آذَاهَا يَدْخُلُ عَلَيْهَا. وَ كَانَ الرَّجُلَانِ مِنْ أَصْحَابِ النَّبِيِّ (صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ) سَأَلَا أَمِيرَ الْمُؤْمِنِينَ أَنْ يَشْفَعَ لَهُمَا إِلَيْهَا، فَسَأَلَهَا أَمِيرُ الْمُؤْمِنِينَ (عَلَيْهِ السَّلَامُ) فَأَجَابَتْ، فَلَمَّا دَخَلَا عَلَيْهَا قَالا لَهَا: كَيْفَ أَنْتِ يَا بِنْتَ رَسُولِ اللَّهِ؟ قالَتْ: بِخَيْرٍ بِحَمْدِ اللَّهِ. ثُمَّ قَالَتْ لَهُمَا: مَا سَمِعْتُمَا النَّبِيَّ (صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ) يَقُولُ: «فَاطِمَةُ بَضْعَةٌ مِنِّي، فَمَنْ آذَاهَا فَقَدْ آذَانِي، وَ مَنْ آذَانِي فَقَدْ آذَى اللَّهَ»؟ قَالا: بَلَى. قَالَتْ: فَوَ اللَّهِ، لَقَدْ آذَيْتُمَانِي. قَالَ: فَخَرَجَا مِنْ عِنْدِهَا وَ هِيَ سَاخِطَةٌ عَلَيْهِمَا

... Əbu-bəsir İmam Sadiqin (əleyhissəlam) belə buyurduğunu nəql edir:

Fatimə (əleyha-s-salam) Peyğəmbərin (sallallahu-əleyhi və alihi) dünyaya gəlməsindən 45 il sonra cəmadiul-axir ayının 20-si dünyaya gəlmişdir. Məkkədə 8 il, Mədinədə isə 10 il, atasının vəfatından 75 (və ya 95) gün sonraya qədər yaşadı. Hicrətin 11-ci ilində cəmadiul-axir ayının 3-ü çərşənbə axşamı günü vəfat etdi. Vəfatının səbəbi Ömərin əmri ilə onun qulu Qunfuzun qılıncın qını ilə ona zərbə vurması idi. (Bu zərbədən sonra bətnindəki övladı olan) Muhsini siqt elədi (düşürdü) və bundan bərk xəstələndi. Ona zülm etmiş şəxslərdən heç birinin onun yanına gəlməyinə icazə vermədi. Peyğəmbərin (sallallahu əleyhi və alihi) səhabələrindən olan iki kişi (Əbu-bəkr və Ömər) Əmirəl-muminindən istədilər ki, onlara xanımın yanına gələ bilmələri üçün kömək eləsin. Əmirəl-muminin xanımdan xahiş etdi, xanım da onun xahişini qəbul etdi. O ikisi xanımın yanına daxil olduqda ona dedilər: “Ey Peyğəmbərin qızı, necəsən?” – Xanım onların cavabında buyurdu: “Allaha həmd olsun ki, yaxşıyam.” Sonra onlara belə buyurdu: “Siz ikiniz Peyğəmbərdən (sallallahu əleyhi və alihi) eşitməmisiniz ki, o həzrət buyurub: “Fatimə mənim bir parçamdır. Kim ona əziyyət verərsə, mənə əziyyət vermişdir.? O ikisi belə dedi: “Bəli eşitmişik.” Xanım onlara belə buyurdu: “Allaha and olsun ki, siz ikiniz mənə əziyyət vermisiniz.” (İmam Sadiq (əleyhissəlam) belə) buyurdu: “O iki nəfər xanımın yanından xaric olduqda xanım o ikisinə qarşı qəzəbli halda idi.”

Hədisin sənədi:

Muhəmməd ibn Cərir ibn Rustəm Ət-Təbəri (şiə) – siqə

“Dəlailul-İmamət” kitabının müəllifidir. Adı və atasının məşhur tarix kitabının müəllifi olan əhli-sünnə alimi Muhəmməd ibn Cərir Təbəri ilə eyni də olsa, bu alim ayrı şəxsdir və şiə məzhəbinin böyük alimlərindəndir.

Şeyx Nəcəşi onun haqqında belə yazır:

1024 محمد بن جرير بن رستم الطبري الآملي‏

أبو جعفر، جليل، من أصحابنا، كثير العلم، حسن الكلام، ثقة في الحديث. له كتاب المسترشد في الإمامة

“Muhəmməd ibn Cərir ibn Rüstəm Ət-Təbəri Amuli, Əbu Cəfər - Böyük məqamlı alimlərimizdəndir. Çoxlu elmi, gözəl kəlamı var. Hədis nəqlində siqədir (inanılan biridir.) Onun “Əl-Mustərşəd fil-imamə” adlı kitabı var.”[1]

Şeyx Tusi onun haqqındabelə yazır:

جليل من اصحابنا كثير العلم حسن الكلام ثقة فى الحديث‏

“Böyük məqamlı alimlərimizdəndir. Çoxlu elmi, gözəl kəlamı var. Hədis nəqlində siqədir (inanılan biridir.)”[2]

Muhəmməd ibn Harun ibn Musa siqə

Böyük mühəqqiq Şeyx Ağa Bozorg Tehrani özünün məşhur “Əz-zəriə” adlı əsərində Muhəmməd ibn Harun ibn Musanın Şeyx Nəcaşinin şeyxlərindən olduğunu bildirir.[3] Bundan əlavə Şeyx Nəcaşi Muhəmməd ibn Harun ibn Musaya rəhmət oxumuşdur.[4] Həmçinin böyük hədis şeyxlərindən olan “Dəlailul-İmamə” kitabının müəllifi Şeyx Təbəri Muhəmməd ibn Harundan çoxlu hədis nəql etmişdir.

Böyük rical alimlərindən bir çoxu (onlardan biri də Seyyid Xoyidir (r)) Şeyx Nəcaşinin şeyxlərinin siqə olmasını qəbul edirlər. Buna səbəb isə Şeyx Nəcaşinin öz şeyxləri barədə olan şəhadətidir.[5] Muhhəmməd ibn Harun da böyük rical alimi Şeyx Ağa Bozorg Tehraninin (r) qeyd etdiyinə əsasən Şeyx Nəcaşinin (r) şeyxlərindəndir.

Rical alimlərindən bir qrupu böyük və tanınmış siqə bir şəxsin hansısa ravidən çoxlu hədis nəql etməsini həmin ravinin siqəliyinə dəlil bilmişlər.[6]

Bundan əlavə digər bir qism rical alimləri isə böyük hədis alimlərindən birinin şeyxlərindən olması və həmin hədis alimlərinin bu ravidən çoxlu hədis nəql etməsini, həmçinin haqqında Şeyx Nəcaşinin rəhmət oxumasını və barəsində heç bir qədhin (onu pisləyən bir sözün) olmamasını dəlil gətirərək onun siqəliyi və etimadlı şəxs olması üçün kifayət bilirlər.[7]

Harun ibn Musa Ət-təlləukbərisiqə

Şeyx Nəcaşi onun haqqında belə yazır:

كان وجها في أصحابنا، ثقة، معتمدا لا يطعن عليه‏

“Bizim alimlərimizin tanınmış siması idi. Siqə və etimad olunan biri idi. Haqqında pis söz deyilməyib.”[8]

Şeyx Tusi onun barədə belə qeyd edir:

جليل القدر، عظيم المنزلة، واسع الرواية، عديم النظير، ثقة

“Böyük məqama, əzəmətli mənzilətə sahibdir. Çoxlu hədis rəvayət etmiş və bənzəri olmayan biridir. Siqədir.”[9]

Muhəmməd ibn Hammam ibn Suheylsiqə

Şeyx Nəcaşi onun haqqında yazır:

شيخ أصحابنا و متقدمهم. له منزلة عظيمة، كثير الحديث‏

“Alimlərimizin şeyxi və öndə gələnidir. Əzəmətli məqama malikdir. Çoxlu hədis nəql etmişdir.”[10]

Şeyx Tusi onun haqqında yazır:

جليل القدر، ثقة. له روايات كثيرة

“Böyük məqamı olan və siqə biridir. Onun çoxlu nəql etdiyi hədislər mövcuddur.”[11]

Əhməd ibn Muhəmməd ibn Xalid Əl-Bərqisiqə

Şeyx Nəcaşi onun haqqında yazır:

كان ثقة في نفسه‏

“O, özü siqə idi.”[12]

Əhməd ibn Muhəmməd ibn İsa əl-əşərisiqə

Şeyx Tusi onun haqqında yazır:

أحمد بن محمّد بن عيسى‏ الأشعري القمّيّ، ثقة، له كتب‏

“Əhməd ibn Muhəmməd ibn İsa Əl-Əşəri Əl-Qummi. Siqədir. Onun kitabları mövcuddur.”[13]

Əbdur-rəhman ibn Əbi Nəcransiqə

Şeyx Nəcaşi onun haqqında yazır:

و كان عبد الرحمن ثقة ثقة معتمدا على ما يرويه. له كتب كثيرة

“Əbdur-Rəhman siqədir, siqədir. Rəvayət etdiyinə etimad olunur. Onun çoxlu kitabı var.”[14]

Əbdullah ibn Sinansiqə

Şeyx Nəcaşi onun haqqında yazır:

كوفي، ثقة، من أصحابنا، جليل، لا يطعن عليه في شي‏ء

“Kufəlidir. Siqədir. Bizim alimlərimizdəndir və böyük məqamı var. Heç bir məsələdə onun barədə pis bir söz deyilməyib.”[15]

Şeyx Tusi onun haqqında yazır:

عبد اللّه بن سنان، ثقة.

“Abdullah ibn Sənan. Siqədir.”[16]

Qeyd: Əllamə Məclisi (r) “Biharul-ənvar” kitabında bu hədisi nəql edərkən hədisin sənədində ixtisar edərək “Abdullah ibn Sinan” əvəzinə ancaq “ibn Sinan” yazıb. Bu da hədis üçün “Biharul-ənvar” kitabına müraciət edən bəzi şəxslərin bu ravinin kimliyi barədə səhv nəticəyə gəlməsinə səbəb olub. Belə ki, bəziləri bu şəxsin bir qism rical alimi tərəfindən zəif ravi kimi qəbul edilmiş Muhəmməd ibn Sənan olduğunu düşünmüşlər. Bəziləri isə ən azından bu ravinin bu iki şəxsdən hansı olduğu bilinmədiyi üçün hədisin sənəd cəhətindən zəif olduğu qənaətinə gəlmişlər. Lakin həmin şəxslər hədisin əsli mənbəsi olan “Dəlailul-İmamə” kitabına müraciət etsələr bu hədisin ravisinin “Abdullah ibn Sinan” olduğunu görərlər.

Əbdullah ibn Miskansiqə

Şeyx Nəcaşi onun haqqında yazır:

ثقة، عين‏

“Siqədir. Seçilmiş şəxslərdəndir.”[17]

Şeyx Tusi onun haqqında yazır:

عبد اللّه بن مسكان، ثقة.

“Abdullah ibn Muskan. Siqədir.”[18]

Əbu-Bəsir (Yəhya ibn Qasim Əl-Əsədi)siqə

Şeyx Nəcaşi onun haqqında yazır:

ثقة، وجيه‏

“Siqədir. Tanınmış şəxslərdəndir.”[19]

Kəşşi onun əshabi-icmadan olduğunu bildirir.[20]

Şeyx Fəqan

besiret.az


[1] Şeyx Nəcaşi, “Ricalun-Nəcaşi”, səh. 376

[2] Şeyx Tusi, “Əl-fehrest”, səh. 282

[3] Ağa Bozorg Tehrani, “Əz-zəriə”, c. 8, səh. 242

[4] Şeyx Nəcaşi, “Ricalu-Nəcaşi”, səh. 79

[5] Seyyid Xoyi, “Mucəmur-Rical”, c. 1, səh. 50-51

[6] “Şeyx Baqir İrəvani, “Əl-qəvaidur-ricaliyyə”, səh. 155

[7] http://www.al-milani.com/qa/printer.php?cat=10076&itemid=574

[8] Şeyx Nəcaşi, “Ricalu-Nəcaşi”, səh. 439

[9] Şeyx Tusi, “Ricalu-Tusi”, səh. 449

[10] Şeyx Nəcaşi, “Ricalu-Nəcaşi”, səh. 379

[11] Şeyx Tusi, “Fehrest”, səh. 402

[12] Şeyx Nəcaşi, “Ricalu-Nəcaşi”, səh. 76

[13] Şeyx Tusi, “Ricalu-Tusi”, səh. 351

[14] Şeyx Nəcaşi, “Ricalu-Nəcaşi”, səh. 235

[15] Şeyx Nəcaşi, “Ricalu-Nəcaşi”, səh. 214

[16] Şeyx Tusi, “Fehrest”, səh. 291

[17] Şeyx Nəcaşi, “Ricalu-Nəcaşi”, səh. 214

[18] Şeyx Tusi, “Fehrest”, səh. 294

[19] Şeyx Nəcaşi, “Ricalu-Nəcaşi”, səh. 441

[20] “İxtiyaru-mərifətir-rical”, səh. 174