Dünyasını dəyişmiş atanın qəza namazları

Dünyasını dəyişmiş atanın qəza namazları

2017-09-16 1673

Bismillahir Rəhmanir Rəhim

Dünyasını dəyişmiş atanın qəza namazları

Gündəlik namazını, namazın bütün vaxtı ərzində hətta yuxuda olmaq və ya sərxoşluq səbəbindən olsa belə, vaxtında qıla bilməyən şəxs, qəza etməlidir. Öz vaxtında qılınmamış olan digər vacib namazlar da eyni hökmü daşıyır. Hətta ehtiyat-lazıma əsasən, nəzr etməklə müəyyən bir vaxtda vacib olan namaz da eyni hökmdədir. Vacib olan qəza namazlarından biri də ata ölən vaxtda böyük olan oğulun boynunda olan atanın qılmadığı qəza namazlarıdır.  Necə ki, bir hədisdə belə buyrulur:

Əbdullah ibni Sənan İmam Sadiq (ə)-dan belə nəql edir ki, İmam belə buyurdu: Meyyitə (ölən şəxsə) dünyasını dəyişməmişdən əvvəl vacib olan və vaxtı daxil olan namazı onun tərəfindən ondan irs aparan insanlardan ən yaxını (oğlu) qəza etməlidir. Mən (Əbdullah ibni Sənan) imama dedim ki, bəs meyyitə ən yaxın olan şəxs xanım olsa necə? Imam cavabında belə buyurdu: Xeyr! Bu yalnız kişiyə vacibdir.

Sual:

Bəs görəsən atanın qəza namazı hansı hallarda vacib olur və ya vacib olmur?

Cavab:

Ayətullah Sistani:

Ehtiyyata əsasən meyyitin vəlisinə (ata ölən vaxtda böyük olan oğula) vacibdir ki, atasının ölümündən sonra onun yuxu və bu kimi üzrlü səbəbə görə qılmadığı və qəzasını qılmağa imkanı olduğu halda qıla bilmədiyi gündəlik və qeyri-gündəlik namazların (Ayət və nəzr namazı kimi vacib oan namazların) qəzasını qılsın. Lakin bilərəkdən qılmadığı və düzgün yerinə yetirmədiyi namazların qəzasını qılmaq vacib deyil. Həmçinin ananın qılmadığı namazları da qəza etmək vacib deyil.

Əgər böyük oğul atası dünyasını dəyişdiyi zaman uşaq və yaxud dəli olmuşdursa, həddi-büluğa çatdığı və ya ağıllandığı zaman atasının qılmadığı namazlarını qəza etməsi vacib deyil.

Mənbə: "Minhacus-salihin, cild 1, məsələ 737-738".

Ayətullah Vəhid Xorasani:

Meyyitin vəlisinə (ata ölən vaxtda böyük olan oğula) vacibdir ki, atasının ölümündən sonra onun xəstəlik və bu kimi üzrlü səbəbə görə qılmadığı və qəzasını qılmağa imkanı olduğu halda qıla bilmədiyi gündəlik və qeyri-gündəlik namazların (Ayət və nəzr namazı kimi vacib oan namazların) qəzasını qılsın. Bilərəkdən qılmadığı və düzgün yerinə yetirmədiyi namazların qəzasını qılmaq ehtiyyata əsasən vacibdir. Ananın qılmadığı namazları qəza etmək vacib deyil.

Əgər böyük oğul atası dünyasını dəyişdiyi zaman uşaq və yaxud dəli olmuşdursa, həddi-büluğa çatdığı və ağıllandığı zaman atasının qılmadığı namazlarını qəza etməsi vacibdir.

Mənbə: "Minhacus-salihin, cild 2, məsələ 737-738".   

Kərbəlayi Cavid.