Peyğəmbərin (s) mövludu

Peyğəmbərin (s) mövludu

2017-12-06 301

Peyğəmbərin (s) təvəllüdü

Aləmlərə rəhmət olaraq göndərilmiş həzrət Peyğəmbərimiz (s) Fil ili, Rabiül-Əvvəl ayının on yeddisində (Miladi 570-ci ildə) cümə günü şəfəq vaxtı Məkkə şəhərində dünyaya gəlmişdir. [1] Allah Rəsulunun (s) atası Abdullah ibn Əbdül-Müttəlib ibn Haşim ibn Əbdulmənaf idi. Anası isə Vəhəb ibn Əbdülmənafın qızı Aminə xanlm idi. Hər iki şəxsiyyətin qohumluq bağı Əbdülmənafda birləşirdi.

İmam Baqir (ə.s) bu hadisə haqqında belə buyurur: “Həzrətin doğumunun yeddinci günü Əbu Talib, Peyğəmbər (s) üçün bir qurban kəsdi və qohumlarını qonaqlığa dəvət edərək belə dedi: "Bu Əhmədin əqiqəsidir." Qonaqlar: "Onun adını niyə Əhməd qoydun?"-deyə soruşduqlarında, Əbu Talib: "Yer  və göy əhlinin tərifinə görə onun adını Əhməd qoydum"- deyə buyurdu.”[4] Elə buna  görə Əmirəl-Muminin Əli (ə) Allah Rəsulunun (s) iki adı olan peyğəmbərlərdən biri olduğunu söyləmişdir (yəni Əhməd və Muhəmməd).[5]

Həzrət Peyğəmbərimiz (s) hələ dünyaya gəlmədən atası vəfat etmişdi.[6] Dünyaya gəldikdən sonra isə onu Həlimə Sadiyyə adlı dayəyə əmanət etdilər. İbni Sədin yazdığına görə Həlimə həzrəti qucağına alar-almaz sinəsi südlə doldu. Belə ki, Peyğəmbərimiz və Həlimənin aclıqdan yatmayan uşağı o süddən doyurdular.[7]

Peyğəmbər (s) üç yaşına qədər süd anası Həlimənin yanında qaldı, daha sonra Məkkə şəhərinə- öz anasının yanına qaytdı.

Peyğəmbər (s) altı yaşındaykən anası Aminə və baxıcısı Ümmi-Eymənlə birlikdə qohumlarını görmək üçün Mədinəyə getdilər. Bir ay Mədinədə qaldıqdan sonra Məkkəyə qayıtdıqda Əbva məntəqəsində (Küfədən 37 km. uzaq) çatdıqlarında həzrət Peyğəmbərimizin əziz anası vəfat etdi və orada dəfn edildi. Ümmü-Eymən həzrət Peyğəmbəri (s) Məkkəyə apardı, orada isə Əbdül-Müttəlib onun qəyyumluğunu boynuna götürdü.[8] Amma iki il sonra Əbdül-Müttəlib də dünyadan köçdü. [9]  Onun vəsiyyətinə görə  həzrət Əbu Talib (ə) qardaşı oğlu həzrət Muhəmmədin (s) qəyyumluğunu  boynuna götürdü.[10]

İbn Abbasın nəql etdiyinə görə: “Əbu Talib (ə) həzrət Peyğəmbər (s) ilə elə maraqlanırdı ki, gecə-gündüz ondan bir an belə olsun ayrılmırdı, onu öz yanında yatırdır və onun haqqında heç kimə  güvənmirdi.”[11]

Allah Rəsulu (s) on iki yaşında Əbu Taliblə (ə) birlikdə Şama səfərə çıxdı.[12] Bu səfərdə Buheyra adında bir rahiblə qarşılaşdılar. Buheyra Məsihi (Xristian) alimlərinin ən biliklilərindən idi. Həzrət Peyğəmbərimizi (s) gördükdə onun axirəz-zaman peyğəmbəri olduğunu dərhal anladı. Buheyra Əbu Talibə (ə) dönüb belə dedi: "Əvvəlki səmavi kitablarda bu gəncin peyğəmbərliyi ilə əlaqədar xəbər vardır."[13]

Allah Rəsulu (s) yetkinlik çağına qədər həzrət Əbu Talibin (ə) evində qaldı. Həzrət davranış, şücaət, insanlarla rəftar  və əmanətə riayət etmək baxımından elə bir əxlaqa sahib idi ki, xalq ona "Əmin" (yəni, əmanətdar şəx)-deyə çağırırdılar.[14]

besiret.az

[1] – “İqbalul-Ə’mal”, c.3, s.121.

[2] – “Kafi”, c.8,s.301

[3] – “Təbəqat”, c.1,s.106.

[4] – “Kafi”, c.6,s.34.

[5] – “Uyunu Əxbarur-Rza”, c.1,s.245.

[6] – “Qisəsul-Ənbiyai Ravəndi”, s.316

[7] – “Təbəqat”,  c.1,s.111.

[8] – “Təbəqat”,  c.1,s. 112-117.

[9] – “Sirei İbn İshaq”,  s.68.

[10] – “Əl-İsabə”, c.4,s.115. “Mənaqibi İbn Şəhraşub”, c.1,36

[11] – “Kəmalud-Din”, c.1,s.172.

[12] – “Təbəqati İbn Sə’d”, c.1,s.121.

[13] – “Sirei İbn İshaq”, s.73. “Sirei İbn Hişam”, c.1,s.191. “Tarixi Təbəri”, c.2,s.32.

[14] – “Təbəqati İbn Sə’d”, c.1,s.128

[15]  “Təbəqati İbn Sə’d”, c.1,s.128