Rəcət barədə etiqadımız

Rəcət barədə etiqadımız

2017-11-20 676

Rəcət barədə etiqadımız

Giriş

Rəcət haqqında olan ayələr və onların təfsiri

Keçmiş ümmətlərdə baş verənlər bu ümmətdədə baş verəcək

Rəcət barədə olan hədislər

İsa ibn Məryəmin (aleyhiməssəlam) rəcətlə dünyaya qayıdışı.

Alimlərin rəcət haqqında nəzərləri

Giriş

Rəcət şiə əqidəsinin əsaslarından hesab olunur. Çünki, Qurani-Kərimin yüzdən çox ayəsi və təvatür həddində olan hədislərimiz bizə rəcətə etiqad etməyi vacib etmişdir.  Alimlərimiz “rəcət” sözünə bu cür tərif vermişlər:

“Rəcət- insanın öldükdən sonra qiyamət günündən əvvəl dünyaya yenidən qayıdışıdır.”

(Şeyx Hürr Amili, “Rəcət” səh.71)

Lüğət alimləri “rəcətə iman gətirmək” ifadəsinin mənasını belə izah edirlər:

1) Böyük lüğət alimi Covhəri özünün “əs-Sihah” kitabında rəcət haqqında yazır:

“Filankəs rəcətə iman gətirir-yəni ölümdən sonra dünyaya qayıdışa iman gətirir.”

(“Əs-Sihah” c.3, səh.1216.)

2) Muhəmməd ibn Yəqub əl-Firuz öz “Qamusul-Muhit” kitabında yazır:

“Rəcətə iman gətirir, yəni, ölümdən sonra dünyaya qayıdışa iman gətirir.”

(Əl-Qamusul-Muhit” c.3, səh.36.)  

Rəcətin haqq olmasına dəlillərin icmalı:

1) Məadın mümkünlüyü üçün  olan dəlillər həmçinin rəcətə də dəlildir. 

2) Qurani-Kərimin bir çox ayələrinin bu işin baş verəcəyindən xəbər verməsi. Bəzi ayələr bunu aşkar şəkildə bizə söyləmiş, bəzilərinin  isə təfsiri bunu bizə bəyan etmişdir.

3)Rəcətin keçmiş ümmətlərdə baş verməsi, onun mümkün bir iş olmasına dəlildir.

4)Əksərinin mənaları aşkar olan və təvilə ehtiyacı olmayan  Həzrət Peyğəmbər  (səllallahu əleyhi və alihi və səlləm) və məsum imamlardan (əleyhimussəlam) bizə gəlib çatmış təvatür xəbərlər. (Şeyx Hürr Amili, “Rəcət” səh.72,83)

5)Şiə alimlərinin rəcətin haqq və mümkün bir iş olmasına etiqad etmək barədə olan icması.

Məqalənin həcmini nəzərə alaraq biz burada dəlillərdən bir qismini zikr edəcəyik. Bu barədə geniş məlumat əldə etmək istəyənlər müfəssəl kitablara müraciət edə bilərlər.