“O qaşqabağını töküb üzünü çevirdi” ayəsi Peyğəmbərəmi aiddir?

“O qaşqabağını töküb üzünü çevirdi” ayəsi Peyğəmbərəmi aiddir?

2020-11-04 197

“O qaşqabağını töküb üzünü çevirdi” ayəsi Peyğəmbərəmi aiddir?

Allah-taala Qurani-Kərimin “Əbəsə” surəsinin ilk ayələrində varlı şəxsə xüsusi diqqət ayıraraq yanına gəlmiş kor şəxsə qaşqabaq sallayan və ondan üz döndərən şəxsi məzəmmət edir. Bəs məzmmət edilən şəxs kimdir? Hadisə nədən ibarətdir? Doğrudanmı bu məzəmmət Peyğəmbərə aiddir? Necə ki, bunu iddia etmişlər.

Tarixçilər “Ğəraniq” hadisəsindən sonra (digər) bir hadisə qeyd edirlər. Hansı ki, “Nəcm” surəsindən sonra nazil olan məkki “Əbəsə” surəsi bu səbəbdən nazil olub.

Peyğәmbәr (s) Qureyşin bәzi mәqam vә mal sahiblәri ilә birlikdә söhbәt edirdi. Bu zaman gözlәri kor olan Abdullah ibn Ummu-Mәktum adlı bir şәxs Peyğәmbәrin (s) yanına gәlәrәk onun üçün Qurandan bir ayә oxumasını istәdi vә dedi: “Ey Allahın Elçisi, Allahın sәnә öyrәtdiklәrindәn mәnә dә öyrәt! Peyğәmbәr (s) onun bu sözlәrinә görә qaşqabağını salladı, üzünü döndәrdi vә onunla danışmaq istәmәdi. Daha sonra üzünü o şәxslәrә döndәrdi ki, onların müsәlman olmasını istәyirdi.
Bu zaman Allah Ayә nazil etdi:
O yanına bir korun gəlməsinə görə qaşqabağını sallayıb üzünü yana çevirdi. Nə bilirdin ki, bəlkə də o günahlardan paklanacaqdı?! Yaxud öyüd-nəsihət alacaq və bu ona fayda verəcəkdi?! Amma dövlətli, yaxud özünü dövlətli və ehtiyacsız hesab edənə gəldikdə isə sən onu (yaxşı) qarşılayırsan və istiqanlı rəftar edirsən! Halbuki onun paklanmamasına görə sən məsul deyilsən. Sənin yanına gələrək (doğru yol və xeyir tapmağa) çalışan kəs (özü də Allahından) qorxduğu halda ona məhəl qoymursan!”[1]

Bir rəvayətdə deyilir: Peyğәmbәr (s) İbn Ummu-Mәktumun gәlişindәn narahat olub öz-özünә belә dedi: “İndi bu qureyşlilәr deyәcәklәr ki, Muhәmmәdә tabe olanlar yalnız korlar, aşağı sәviyyәli insanlar vә kölәlәrdir”. Sonra üzünü turşutdu... Sanki Qureyşin böyüklәri bunu bilmirdi vә sanki Qureyş әhli bunu açıq-aşkar bildirmәmişdi.
Həkəmdən nəql olunur: Bu ayә nazil olduqdan sonra Peyğәmbәr (s) varlılara diqqәt ayıran vә kasıblardan üz döndәrәn görülmәyib.

İbn Zeyddən nəql olunur: Әgәr Peyğәmbәr (s) vәhydәn hәr hansısa bir şeyi gizlәtsә idi, özü haqqında bunu gizlәdәrdi.[2] İbn Zeyd bu sözü ilә bu işin (qaşqabağını sallayaraq üzünü yana çevirdi) nә qәdәr pis bir iş olduğunu vә Peyğәmbәrin (s) (insanlar arasında) nә qәdәr sәmimi vә açıq sözlü olduğunu bildirir. Həmçinin bildirir ki, bu iş çox çirkin vә pis bir iş olmağına baxmayaraq Peyğəmbər bunu belә gizlәtmәmişdi.
Әhli-beyt (ә) şiәlәri istisna olmaqla bütün Quran tәfsirçilәri vә hәdis elmi ilә mәşğul olanlar işarә etdiyimiz bu hadisәnin doğruluğunda ittifaq etmişlәr.
Biz etiqad edirik ki, hәqiqәtәn bu, uydurulmuş hadisәdir vә doğru olması mümkün deyil. Bu isә (aşağıdakı dəlillərə əsasəndir):

1. İstinad edilәn sәnәdlәrin zәif olması, çünki sәnәd ya Aişәdә, ya Әnәsdә, ya da Peyğәmbәrin (s) sәhabәlәrindәn olan İbn Abbasda bitir. Adı çәkilәn şәxslәrin heç biri bu hadisәni görmәyiblәr. Çünki hәmin vaxt ya uşaq idilәr, ya da heç doğulmamışdılar.[3] Yaxud da Əbu Malikdә[4], Hәkәmdә, İbn Zeyddә, Zәhhakda, Mücahiddә vә Qәtadәdә bitir ki,  bunlardan da hәr biri tabeindəndirlәr.[5] Belәliklә, rәvayәt dә onlara nisbәtdә qopuq olur vә buna görə də, rəvayət höccәt deyil.
2. Mәtnlәrin biri digәri ilә ziddiyәtli olması.[6] Hətta Aişədən nəql edən ravilərin rəvayətləri arasında belə (ziddiyyətlət mövcuddur). Belә ki, (bu ziddiyyətlər) rәvayәtin mәtnlәrinin çoxunda yalan vә uydurmanın olduğuna işarә edir. Mәhz buna görә dә, doğru olanı müәyyәn etmәdәn onlara etimad etmәk olmaz.
Bir rəvayətdə deyilir: Peyğәmbәrin (s) yanında müşriklәrin böyüklәrindәn olan bir kişi var idi. Başqa bir hәdisdә Aişәdәn nәql olunur: (Peyğəmbərin yanındakılar) Ütbә vә Şeybә idi.

Aişədən nəql olununan 3-cü rəvayətdə deyilir: Bu bir mәclisdә olub, orada Qureyşin bәzi öndә gedәnlәrindәn bir qrup şәxs var idi. Әbu Cәhl vә Ütbә ibn Rubeyә dә orada idi.
İbn Abbasdan nəql olunan bir rəvayətdə belə deyilir: Peyğәmbәr (s) Ütbә, әmisi Abbas vә Әbu Cәhllә birlikdә pıçıltı ilә söhbәt edirdilәr.

İbn Abbasa nisbət verilən bir təfsirdə isə belə deyilir: (Peyğəmbərin yanındakılar) Abbas, Ümәyyә ibn Xәlәf vә Sәfvan ibn Ümәyyә idi.

Qətadədən nəql olunur: (Peyğəmbərin yanındakı) Ümәyyә ibn Xәlәf idi. Ondan nәql olunan başqa bir rәvayәtә әsasәn, Әbi ibn Xәlәf idi.

Mücahiddən nəql olunur: (Peyğəmbərin yanındakı) Qureyşin bәzi cәsur şәxsiyyәtlәrindәn biri idi. Ondan nәql olunan digәr bir rәvayәtdә: (Peyğəmbərin yanındakı) Ütbә ibn Rubeyә vә Ümәyyә ibn Xәlәf idi. Bu hәlә rәvayәtlәrin bir-birilәri arasındakı ziddiyәtlәrindәn әlavәdir. Bu ziddiyәtlәr olub keçmiş hadisәlәrdә, Allah
elçisinin kәlamlarında vә İbn Mәktumun kәlamının nәqlindә mövcuddur. Biri digәri ilә ziddiyәt tәşkil edәn rәvayәtlәr çoxdur. Biz bu qәdәrlә kifayәtlәnirik, bundan daha artığını bilmәk istәyәn kәslәr digәr yerlәrә müraciәt etmәklә rәvayәtlәri qarşılaşdıra bilәr.

 

 

[1] “Əbəsə” surəsi, 1-10-cu ayələr

[2] Rəvayət üçün müraciət et: Şeyx Təbərsi, Təfsiru məcməil-bəyan, c.10, səh.437,

Təfsiru İbn Kəsir, c.4, səh.470

Həyatus-səhabə, c.2, səh.520

Təfsirut-Təbəri, c.30, səh.33, 34

Durrul-mənsur, c.6, səh.314, 315

[3] Müraciət et: Əl-huda ila dinil-Mustafa, c.1, səh.158

[4] Zahir budur ki, Əbu Malikdәn mәqsәd ravilik vә Quran tәfsiri ilә mәşhur olan Əbu Malik әl-Əşcәidir vә o, tabeindir.

[5] “Tabein” Peyğәmbәri (s) görmәyәn, lakin onun (s) bәzi sәhabәlәrini görәnlәrә deyilir.

[6] Müraciət et: Əl-huda ila dinil-Mustafa, c.1, səh.158, 15