İbn Teymiyyənin Xanım Zəhranın (s.ə.) fəzilətini inkar etməsi

İbn Teymiyyənin Xanım Zəhranın (s.ə.) fəzilətini inkar etməsi

2020-01-27 539

Tarix boyu Əhli-beytin (ə) düşmənləri öz naqis düşüncələri ilə Əhli-beytin nurunu söndürmək üçün onların fəzilətlərini gizlətməyə çalışmışlar. Lakin Allah təalanın bu ayəsindən qafil olmuşlar:

“Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Lakin kafirlər istəməsələr belə Allah öz nurunu tamamlayacaqdır.”[i]

Bu işdə İslam düşmənlərinin üslublarından biri bu fəzilətlərə yalan töhməti vurmaqdır. İbn Teymiyyə də bu düşmənlərdən biridir. Hamı bilir ki, Əhli-beytin (ə) fəzilətlərini inkar etməkdə onun “yaxşı məharəti” var. Bu məqalədə biz Peyğəmbərin (s.ə.) Xanım Zəhranın (s.ə.) şənini açıqlayan “Allah Fatimənin qəzəbi ilə qəzəblənir, razılığı ilə razı olur” hədisi barəsindəki İbn Teymiyyənin rəyini bəyan edəcəyik. Bu hədis hər iki məzhəbin mənbələrində mövcuddur və şiə və sünni alimləri bu hədisi mötəbər sənədlərlə öz kitablarında nəql etmişlər.

İbn Teymiyyənin sözü

İbn Teymiyyə “Minhacus-sunnə” əsərində bu hədis barədə belə deyir:

“Onun “Onlar hamısı rəvayət ediblər ki, Peyğəmbər (s.a.s.) buyurub: “Ey Fatimə, Allah sənin qəzəbinə görə qəzəblənir, razılığına görə isə razı olur.” sözü isə onun yalanıdır. Onlar (şiələr) bu hədisi nəql ediblər. Lakin məşhur hədis kitablarının heç birində bu hədis yoxdur və onun Peyğəmbərdən  (s.a.s.) səhih olaraq və ya həsən olaraq bilinən bir isnadı da mövcud deyil.”[ii]

Bu söz barədə araşdırma

İbn Teymiyyənin bu sözünün müqabilində bir çox əhli-sünnə alimləri bu rəvayəti öz kitablarında səhih və ya mötəbər sənədlə qeyd etmişlər. Bu məsələni açıqlamaq üçün həmin kitablardan bir neçəsini qeyd edirik.

1. Hakim Nişapuri, “Mustədrək ələs-Səhiheyn”

Hakim Nişapuri “Mustədrək ələs-Səhiheyn” kitabında bu rəvayəti nəql edir və onun sənədinin səhihliyinə işarə edir.

“… Əlidən r.a. rəvayət etdi ki, Allah Rəsulu (s) Fatiməyə belə buyurub:

“Allah sənin qəzəblənməyinə görə qəzəblənir və sənin razı olmağına görə razı olur”.

Bu, isnadı səhih olan hədisdir. Lakin o ikisi (Buxari və Muslim) bu hədisi qeyd etməyiblər.”[iii]

2. Təbərani

Təbərani “əl-Mocəmul-Kəbir” kitabında deyir:

“...Əlinin belə dediyini nəql edib: “Peyğəmbər (s.a.s.) Fatiməyə buyurdu:

“Allah sənin qəzəbinlə qəzəblənir və sənin razılığınla razı olur”.

Kitabın muhəqqiqi hədisin haşiyəsində deyir:

 

[i] Saf surəsi, ayə 8.

[ii] “Minhacus-sunnətin-Nəbəviyyə” c.4 s248-249;  Təhqiq: Muhəmməd Rəşad Salim, “Kordoba” muəssisəsi, birinci çap, 1406 h.

[iii] “Mustədrək ələs-Səhiheyn” c.3 s.167, təhqiq: Mustafa Əbdul-Qadir Əta, nəşr edən: Darul-kutubul-elmiyyə, Beyrut, 1-ci çap, m.1990-h.1411