Əhli-sünnənin İmam Həsənin (ə.s) övladının adını təhrif etməsi

Əhli-sünnənin İmam Həsənin (ə.s) övladının adını təhrif etməsi

2018-06-26 317

Əhli-sünnənin İmam Həsənin (ə.s) övladının adını təhrif etməsi

Təəssüflər olsun ki, əhli-sünnə məktəbinin ardıcılları tarix boyunca həqiqətləri təhrif etmək üçün bir çox yollara əl atmış və həqiqətlərin üstünü örtməyə çalışmışlar. Onlar bu yolla camaatı öz istədikləri yola yönəltmək və xəlifələri zorla camaata sevdirməyi hədəfə almışlar. Bu yazıda həmin təhriflərdən birini siz oxuyuculara təqdim edirik.

Vəhhabilərin çap etdiyi "Tarixi-Təbəri"-yə baxdıqda görürük ki, İmam Həsənin (ə.s) övladlarından birinin adı belə qeyd edilmişdir:

عمر بن حسن بن علي

Ömər ibn Həsən ibn Əli

Bu mətni oxuyan bir kəs elə başa düşəcək ki, İmam Həsənin (ə.s) Ömər adında bir övladı olmuşdur. Çünki, adı "əyn" , "mim" və "ra" hərfləri ilə yazmışlar və bunu oxuyan şəxsdə elə təəssürat yaranır ki, imamın (ə.s) övladının adı Ömərdir.

Diqqət edin:

“Tarixi-Təbəri”, çap: “Beytul-əfkarid-duvəliyyə”, Səudiyyə Ərəbistanı, səh 1016

Kitabın elektron versiyası:

  

 

Amma Tarixi-Təbərinin qədim çaplarına müraciət etdikdə İmam Həsənin (ə.s) övladının adının belə yazıldığını görürük:

عمرو بن حسن بن علي

Əmr ibn Həsən ibn Əli

Yəni, bu qədim nüsxədə imamın (ə.s) övladının adının "əyn", "mim" "ra" və "vav" ilə yazıldığının şahidi oluruq. Bu isə Ömər şəklində yox Əmr şəklində oxunur. Gördüyünüz kimi vəhhabilər imamın (ə.s) övladının adının Ömər kimi oxunması üçün təhrifə əl atmış və vav hərfini yazmamışlar.

1897-ci ildə çap olunmuş nüsxənin elektron versiyası (c.7, səh.378):

    

Bu qədim nüsxəni yükləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

http://majles.alukah.net/t24758/

Həmçinin, “Tarixi-Təbəri”-nin 1403-cü ildə Beyrutda nəşr olunmuş Ələmi (اعلمي) çapına müraciət etdikdə də, imamın (ə.s) bu övladının adının Ömər yox Əmr şəklində yazıldığının şahidi oluruq.

Tarixi-Təbərinin Misirdə nəşr olunmuş “Darul-məarif” çapına, cild 5, səhifə 462-yə baxdıqda da, qeyd etdiyimiz təhrifin şahidi oluruq. Amma burada diqqəti çəkən bir nüans var. O da budur ki, kitabın mühəqqiqi insafa riayət etmiş və haşiyədə bu adın əslində Əmr ibn Həsən ibn Əli olduğunu qeyd etmişdir.

Diqqət edin, kitabın elektron versiyası:

  

Niyə muxaliflər belə təhriflərə əl atmışlar? Qəzavəti ağıl sahiblərinin öhdəsinə buraxırıq.

Mürtəza Heydəri

Besiret.az