Qurani-Kərimin təhrif edildiyi barədə bəzi şəxslərin şübhə etməsinə, zehinlərində suallar yaranmasına səbəb olan rəvayətlərdəndən bir qrupu da İmam Əlinin (əleyhissəlam) və İmam Mehdinin (Allah zühurunu tezləşdirsin) Quranı barədə olan rəvayətlərdir. Məzmunu məşhur olan bu rəvayətlərdən həmin Quranın bizim dövrümüzdə mövcud olan, oxuduğumuz Qurandan müəyyən qədər fərqləndiyi aydın olur. Bəs fərq nədən ibarətdir?
Yeni məqalələr
Müxtəlif dövrlərdə böyük alimlərimiz açıq-aşkar bildirmişlər ki, əlimizdə olan Quran təhrifdən qorunub. Bununla belə onların heç biri şiə kitablarında Quranın bir hissəsinin aradan getdiyini bildirən hədislərin olduğunu inkar etməyiblər. Əksinə bəziləri bu hədislərin çox olduğunu bildirib. Necə ki şiə kitablarında cəbr və təfviz, Allahı məxluqata bənzətmə və cismləşdirmə və bu kimi hədislər də var. Lakin alimlərimiz həmin hədislərdən üz döndərmiş və Quranda təhrifin olduğunu inkar etmişlər.
Allah-taala Qurani-Kərimin “Əbəsə” surəsinin ilk ayələrində varlı şəxsə xüsusi diqqət ayıraraq yanına gəlmiş kor şəxsə qaşqabaq sallayan və ondan üz döndərən şəxsi məzəmmət edir. Bəs məzəmmət edilən şəxs kimdir? Hadisə nədən ibarətdir?
Əhməd ibn Əli Təbərsi (v. 588 h.) özünün “əl-İhticac” əsərində öz sənədi ilə İmam Baqirdən (əleyhissəlam) Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) Qədir-xum günündə söylədiyi geniş xütbəni belə nəql edir: Əbu Cəfər Muhəmməd ibn Əli (əleyhissəlam) belə buyurdu: “Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) həcc və vilayətdən başqa dinin bütün hökmlərini öz qövmünə bəyan etdikdən sonra Mədinədən həccə yola düşdü.
Əllamə Məclisi (r.ə) deyir: “Bu gecələrdə ən fəzilətli əməl bağışlanma diləmək və özünün, valideynlərinin, qohumlarının, mömin qardaşlarından diri olan və ölənlərinin dünya və axirət hacətlərini istəmək, zikr etmək, imkan qədərində Muhəmməd və Onun ailəsinə (s) salavat deməkdir. Bəzi hədislərdə isə bu üç gecədə “Covşənul-kəbir” duasını oxumağın müstəhəbliyi də gəlmişdir”.
Qurani-Kərimin təhrif edilməməsi barədə olan dəlillər qüvvət və möhkəmlik baxımından elə bir həddədir ki, bunun müqabilində zahiri etibarilə təhrifə işarə edən dəlillər hətta öz-özlüyündə mötəbər və çox olsaydı belə heç bir etibarlılığı qalmazdı. Hətta alimlərin çoxu təhrifin baş verdiyini qəbul etsəydi belə (təhrifin baş verməməsinə dair olan dəlillər) bu iddianı puç edərdi. Burada həmin dəlilləri xülasə şəkildə qeyd edəcəyik.
Möminlərin əmiri İmam Əli (əleyhissalam) Fil ilinin 30-cu ilində, Rəcəb ayının 13-ü müqəddəs Kəbə evində dünyaya göz açmışdır. Həzrət Əlinin (əleyhissalam) əzəmətli Kəbə evində dünyaya gəlməsi hadisəsi əhli-sünnə və şiə alimləri arasında qəbul olunan bir şey olmuşdur.
İmam Muhəmməd Baqir (əleyhissalam) hicrətin 57-ci ilində, rəcəb ayının birinci günü müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır. İmam Muhəmməd Baqirin atası İmam Səccad (əleyhissalam), anası isə İmam Həsənin qızı Həzrət Fatimə (əleyhimassalam) olmuşdur.