Ana Səhifə

Yeni məqalələr

Səqəleyn hədisində Əhli-beytin (ə) fəzilətləri

2024-03-10 150

Həzrət Peyğəmbərdən (s) nəql olunmuş mütəvatir hədislərdən biri də mübarək Səqəleyn hədisidir. Belə ki, həmin hədisdə əziz peyğəmbərimiz Həzrət Məhəmməd (s) belə buyurur: “Mən sizin aranızda elə iki ağır əmanət qoyub gedirəm ki, əgər onlardan yapışsanız, heç vaxt yolunuzu azmazsınız: Allahın kitabı və itrətim, Əhli-beytim. Həqiqətən də o ikisi hovzda gəlib mənə qovuşanadək bir-birindən ayrılmazlar”.

Əhli-beyt təqlid və fətvaya icazə verir (2)

2023-08-25 1017

Məqalənin birinci bölümündə fətva və təqlidin icazəli olmasına dair dörd qrup hədisləri qeyd etmiş, habelə həmin hədislərin mənaları, təqlid və fətvanın icazəli olmasına hansı şəkildə dəlalət etdiyini izah etmiş və hədislər barədə olan bəzi iradlara cavab vermişdir. İkinci hissədə isə fətva və təqlidin icazəli olmasına dair beşinci qrup hədislərlə tanış olacaqsınız. Son olaraq isə bu hədislər barədə ümumi olaraq səsləndirilən əsas iradları və həmin iradların cavablarını qeyd etmişik.

Əhli-beyt təqlid və fətvaya icazə verir (1)

2023-08-24 1273

Təqlidin icazəli, hətta zəruri bir məsələ olması şübhə və tərəddüd edilməməli bir məsələdir. Hər bir ağıl sahibi həyatın müxtəlif sahələrində yaranan ehtiyaclar səbəbilə mütəxəssislərə müraciət edir, onların vasitəsilə məsələlərini həll edir. Təqlid də bunlardan biridir. Elə İslamın əvvəlindən insanlar bu və ya digər şəkildə fəqihlərə müraciət etmiş, onların fətvalarına əməl etmişlər. Təqlidin icazəli olmasına müxtəlif dəlillər qeyd edilmişdir və bu dəlillərin hər biri ayrı-ayrılıqda məsələnin isbatı üçün kifayətdir. Lakin təbii olaraq İslamın əvvəlindən insanların əməl etdiyi belə bir əhəmiyyətli məsələnin dini mətnlərdə də əsası olmalıdır. Bu məqaləmizdə Əhli-beyt (ə) imamlarının fətva və təqlid barədə olan sözlərini araşdıracaq və onların bu işə icazə verdiyini göstərən hədislərin bir hissəsini təqdim edəcəyik.

Şeyx Tusinin şafei olması barədə şübhəyə cavab

2023-02-13 1194

Müxaliflərin bəzi alimləri tərəfindən imamiyyə məzhəbinin böyük fəqihi, alimi, dövrünün mərceyi-təqlidi Şeyx Əbu Cəfər Məhəmməd Tusinin şafei olması, yaxud əvvəllər şafei olub sonradan şiə olması barədə əsassız iddialar ortaya atılmışdır. İddianı ilk səsləndirən şəxslərdən biri şafei alimi Tacəddin Subkidir. Müxtəlif məqsədlərlə şiə alimlərini gözdən salmaq istəyən bəzi şəxslər də bu iddialara söykənmiş və onları təbliğ etməyə başlamışlar. Məsələ barədə Seyid Sistaninin ofisinə bağlı olan “aqaed.com” saytına sual ünvanlanmış və həmin suala bir neçə kitabda bu mövzu barədə qeyd edilənlərlə cavab verilmişdir.

Xanım Zəhranın (ə) Həzrət Məryəmdən (ə) üstünlüyü

2023-01-13 1227

“Ali-İmran” surəsinin 42-ci ayəsində buyurulur: “Ey Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur”. Görəsən, bu ayə əhli-sünnənin iddia etdiyi kimi Həzrət Məryəmin bütün aləmlərin qadınlarından, o cümlədən Xanım Zəhradan (ə) da üstünlüyünə dəlalət edirmi? Belə olduğu təqdirdə bəs Xanım Zəhranın (ə) aləmlərin bütün qadınlarından və o cümlədən Həzrət Məryəmdən üstün olması barədə Qurani-Kərimdə bir dəlil varmı?

Ramazan ayı 29 gün ola bilərmi?

2022-04-30 1983

Fəqihlərə istehza edib özlərini alim hesab edən bəzi cahillər iddia edirlər ki, ramazan ayı 29 gün ola bilməz. İddialarına əsasən, bu ay yalnız 30 gün ola bilər və yenə onlara görə, bəzi illərdə ramazan ayını 29 gün oruc tutan şəxslər isə bir gün qəza etməlidirlər. Bu iddia həmin şəxslərin savadsız fitnəkar olduqlarını bir daha sübut edir. Bu kiçik məqaləmizdə onların bu gülünc iddialarının nə qədər batil olduğunu Allah-taalanın izni ilə göstərəcəyik.

Muhəmməd Peyğəmbərin (s) Ramazan ayı ilə bağlı etdiyi xütbə

2022-04-02 1437

İmam Rza (ə) öz atalarından (ə), onlar da İmam Əlidən (ə) belə nəql edir: Allahın elçisi (s) bir gün bizə xütbə edərək dedi: Ey insanlar, Allahın ayı bərəkət, rəhmət və bağışlanma ilə sizə doğru yönəlib. O elə bir aydır ki, Allah yanında bütün aylardan üstündür. Onun gündüzləri ən üstün gündüz, gecələri ən üstün gecə, saatları isə ən üstün saatlardır. O elə bir aydır ki, siz o ayda Allahın qonaqlığına dəvət edilmiş və Allahın ehtiram etdiyi şəxslərdən qərar verilmisiniz...

Ayətullah Seyid Əli Sistaninin İmam Mehdinin (ə.f.) qeyb dövrü ilə bağlı möminlərə nəsihətləri

2022-03-16 2649

Dövrümüzün imamı Həzrət İmam Mehdinin (ə.f.) dünyaya gəlməsinin il dönümünün yaxınlaşdığı bu günlərdə bəzi möminlər tərəfindən Ayətullah Seyid Əli Sistaninin (Allah onu qorusun) ofisinə sual ünvanlanmış, qeyb dövründə möminlərin vəzifələrinin nələrdən ibarət olduğu soruşulmuşdur. Nəcəfül-Əşrəf şəhərindəki ofisi də bu müraciəti və onun cavabında Ayətullah Seyid Əli Sistaninin verdiyi tövsiyələri yayımlamışdır.